Sərxan Əhmədov-5 yeni şeir

SERXAN

 

Tülkünün aqibəti

Tülkünün ayaqları
Altına sığışmadı.
Nə qədər qovladılar
Hinlərdən yığışmadı.

Əzəldən o,uğursuz
Əyri yolu seçmiçdi.
Axır bir natarazın
Yabasına keçmişdi.

Nəsli-nəcabəti də
Haqq yolunu azmışdı.
Onun taleyini də
Yazan belə yazmışdı.

Çoban istəyi nədir

Əlləriniz çobanın
Tütəyinin üstədi.
Çoban batmış quyudan
Bilirsiz nə istədi?

Düdi:-öləndə gəlin
Kişi kimi öləyin.
Gəlin dərdlərimizi
Təbiətlə böləyin.

Allah verən ömrün siz
Sonunu gözləməyin.
Sirri də içinizdə
Saxlayıb “gizləməyin”.

Gəlmişik

Bu Dünyaya gəlmişik
Səmimiyyət eşqinə.
Hamını xoşbəxt edən
Arzu-niyyət eşqinə.

Heyvan kimi çoxalıb-
Artmaq deyildir asan.
Gərək dost,qardaş kimi
Mehriban yaşayasan.

Bir-birini qırmağın
Axı nə mənası var.
Mehriban yaşayırlar
Ədalətli adamlar.

Qışdan sonrakı qonaq

“Qışdàn çıxmış çiçəyin”
Yanağıdı kəpənək.
Gözəl “qızn”-göyçəyin
Qonağıdı kəpənək.

Özləri müvəqqəti,
Eşqləri əbəďidi.
Gələcək nəsillərin
Məhəbbət məbədidi.

Sevib-sevilməyi də
Onlaŕdàn öyrənmişik.
Bu ehtirasla da biz
Seviləýə gəlmişik.

Ehtiram

Bol-bol gətirən ağac
Başını yerə əyir.
Onu dərmək istəyən
Adamĺarı gözləyir.

Bu ehtirama görə
Xeyirxahlıq deýirləŕ.
Onun əlamətinə
Ulu şahlıq deyirlər.

Nə olsun ki,dilsizdi,
Hərəkəti ınsanın.
Ləyaqət həvəsidi
İnsanın-insanlara
“Göndərdiyi”səsidi.

Yazıya 787 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.