Natavan ÇAVUŞ- Getmə

natavanYuxularıma qarışmışdı sözlərin

 

Günəşlə Ayın sülhündən sonra

                      pişiklərin kölgəsi düşmüşdü

  şəhərə.

 

Kağız güllərin qoxusuna oyandım,

 

Bizsizliyin sükunəti çökdü üstümə.

 

           “Getmə” deyə bilməməyin

 günahına bulaşmışdım.

 

Nə gözlərin vardı,

nə əllərin…

 

Barmaq uclarında çıxıb getmişdin.

 

 

 

Yazıya 866 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.