Kənardan baxanda iki fərqli başlıq kimi görünən bu mövzuları bir yazıda birləşdirib, oxşarlıqlarını anlatmağa çalışacam.
1.hissə- Qaqa təzə yazı varmı?
Nə yazıq ki, gördüklərimə əsaslanıb deyə bilərəm ki, son zamanlarda ədəbiyyat bir sənət sahəsindən çıxıb, biznes olub. Ədəbi- biznezdə isə hər cür eybəcərliyi görmək mümkündü. ədəbiyyat monopoliyaya çevrilib. Bəlli insanların nəzarətindədi demək olar ki. Istədikləri insanlara öz mətbu orqanlarında yer verib, istədikləri yazını yazdırırlar. Bu yazılar da çox vaxt” beldən aşağı” yazılar olur. Yazılarımda dəfələrlə bu məsələlərə toxunduğum üçün bu dəfə üstündən keçim… Onsuz da özünü filosof sayan saqqallı qaqaşların erotiq yazıları böyük ədəbi mətnlər, mənim yazılarım isə şablon adlandırılır. O qədər haqsızlıqlar olur ki, bu ədəbiyyat meydanında istər- istəməz Uluturk kimi deməyə məcbur olursan ki… “davam edir 37”..
Sadəcə “Ulduz” jurnalını misal çəkim. Bura bir neçə dəfə yazı göndərmişəm, ancaq heç vaxt yayınlanmayıb. Görəsən burada yayınlanmaq üçün nə yazmaq lazımdır, necə yazmaq lazımdı. Deyək ki, digər saytlar hansısa məmurun, iş adamının şəxsi saytıdı, məni orada görmək istəmir. Bunu anlamaq olar. Ancaq bu jurnal ki, hər kəsindi… kənddə yaşayan bir gənc yazara dəstək olmaq yerinə onu görməzdən gəlmək nə qədər düzgündür…
Gələk digər saytlara- yazımızı yüz minnətlə yayınlayan( əslində yayınlamasa ondan yaxşıdı). Baxırsan sayta tək- tək olur ki, bir adam iki yazı göndərsin. Yazısı çıxanlar da həvəskar gənclərdi. Sən isə bura daim yazılar göndərirsən. Di gəl ki, sənin yazın o qədər tənqid olunur ki, “zəif yazıdı, ancaq yayınlayırıq, zad” adamın o sayta yazı göndərdiyi üçün özündən zəhləsi gedir. Sonra öyrənirsən ki, məgər bu saytda yazarlara (yazdıqları yazılara görə) hətta pul da verilirmiş. Vay dədə həm əziyyət çək pulsuz yaz, həm də yazın yüz minnətlə yayınlansın…
Yenə bir başqa sayt əlimyandımda yazı gəzir. Dostluğa – tanışlığa işini, gücünü atıb yazı göndərirsən ki, haçansa mənə yardım edib, borclu qalmayım. Bu dəfə də bir hərf səhvinə görə adama elə sözlər deyir ki, yazmağa da, ədəbiyyata da nifrət edirsən. Ancaq yenə həmin sayt onu saymayanların yazılarını oradan buradan götürüb, böyük həvəslə yayınlayır.
Ədəbiyyatınız da, mətbuatınız da sizin olsun….
2. hissə- Qaqa neçə qızla yatmısan?
İndi bir az yaş artıb. Yaşıdlar evlənib, gənclərlə də arada sərhəd olduğundan canım bir az rahatlanıb. Ancaq tələbəlik illərində və ondan sonrakı ilk illərdə kiməsə salam verməyə peşman olurdum. O dəqiqə başlayırdı suallar “ neçə qız fırlatmısan, neçə qızla yatmısan”?
Sonra böyüdüm, əlimə qələm alıb yazıçı olmaq istədim. Yavaş- yavaş ədəbi mühitlə tanışlaşdım, tanıdığım kimi də uzaqlaşdım. Yazar duyqusal adamdı, ən xırda söz onu yaralaya, hətta öldürə bilər. Ancaq bu ədəbi mühitdə bu qədər intiriqalar, quyu qazmalar varkən necə ədəbiyyat yarana bilər ki? Yazılan yazılar cəhənnəmə, onu yazanların bəzilərini tanıdıqca adamın əli üzündə qalır. Sən demə bəzilərinin arasında yarış varmış. Görək kim daha çox qızla – qadınla yatacaq deyə…
Adam statusunda yatdığı qadınlarla bağlı xatirələrini sadalayır. Bir statusa üç – dörd qadın sığdırmağı bacarır, bu “dahi” yazarımız. Altında da “like”lar, şərhlər öz yerində… anlaya bilmirsən bir insan öz yataq macəralarını utanmadan necə ədəbiyyat deyə insanlara suna bilər və kütlə onu necə bəyənib, alqışlayar?! Gəl sən özünü öldür ki, ay əmi, ay xanım bunlar sənin oğlunun, qızın əxlaqına qəsd edir- kimdi səni dinləyən ?- heç kim…
Qadın səni adam bilim yazıb, dərdini bölüşüb. Bəlkə şeytana uyub ( gözəl sözlərə həsrət birinə sənin gözəl sözlərin şeytan olub) bir az erotik söhbətlər də etmisiz. Indi bunu yazmağın mənası nədi….
Hər an ölə biləcəyimiz dünyada yazıçı olub- məşhurlaşsaq nə olacaq, olmasa nə olacaq? O qara torpağın altına girdiyimiz gün bizim üşün bu dünya və içindəkilər bitir. Çalışıb yaxşını- gözəli qələmə almaq lazımdı…
Tural Sahab
Yazıya 1167 dəfə baxılıb