İSMAYIL İMANZADƏ – İçindən qırılan şair

3OKTAY HƏZİYEVƏ MƏKTUB

      (Cəbrayıl rayonundakı Cocuq Mərcanlı kənd sakini)

 

Salam, nə var-nə yox, başına dönüm,

Kaş, bir də yanına düşəydi yönüm.

Bilmirəm heç necə danışıb-dinim -

Elə bil kəsiblər dilimi, Oktay!

 

Bir dünyam var  idi, aranlı-dağlı,

Gəzirəm hey onu əliçıraqlı…

Axşamım-sabahım zəfər soraqlı -

Haqqdan üzməmişəm əlimi, Oktay!

 

Sənin hər addımın təzədi-tərdi,

Varlığın bir ağır elə sipərdi.

Cocuq Mərcanlıda əkdin, göyərdi -

Solan çiçəyimi-gülümü, Oktay!

 

Ayları-illəri uc-uca düydük,

Lələdə düşmənin qəddini əydik.

Kaş,  yenə yazağzı gedib gəzəydik -

Gəyəndə yovşanlı çölümü, Oktay!

 

Tanrının hər sınağı bir aynadır,

Yurd nisgili səbrimizi qaynadır…

İyirmi beş ildir ki, yellər oynadır-

Sönən ocağımda külümü, Oktay!..

 

Nə bəndim-bərəm var, nə açıq qapım,

Yetər, qoy gurlasın tüfəngim, topum.

Qəddimi dikəldib təzədən tapım-

Bir vaxt itirdiyim elimi, Oktay!

09.08.2018

.

NİYƏ

Cavanlığım qaya çapan, daş qıran
Alın yazım haray çəkib qışqıran.
Bir zamanlar damarımdan fışqıran
Həyat eşqim mürgüləyir indi ta.

Yuxu deyil,- xeyirliyə yozam mən,
Ölməyib ki məzarını qazam mən.
Gücüm çatmır sükutunu pozam mən,
Bu da belə bir ömürdü, gündü ta.

Üzə düşüb öyrənəndə dilini,
Şaxta vurdu çiçəyini, gülünü.
Eşələyib xışmaladım külünü,
Bir də gördüm közərtisi söndü ta.

Dönük bəxtə nə yalvarış, nə hədə
Daşa döndü lal həsrətim sinədə.
Çatmayıbsa hələ sona vaxt-vədə,
Niyə bəxtin məndən üzü döndü ta?..

.

NƏ DЕDİ

Nеcə qаlхım bu yохuşu, bu diki
Nə “bir” mənə düşərlidir, nə “iki”.
Qаrа yеllər qəfil еlə əsdi ki,
Hеç bilmədim аyаz sənə nə dеdi.

Tüstülənən dilimdəki kəlmədi,
İçimdəki dərdi bоğdum, ölmədi.
Hа səslədim yахınımа gəlmədi,
Ötüb kеçən о yаz sənə nə dеdi?

Bu zülmətdən cаn qurtаrmаq tа çətin,
Hərdən çəkdim ötən günün хiffətin.
Yеnə niyə аvаzıdı sifətin,
Аy Dəli Kür, Аrаz sənə nə dеdi?

.

ЕLЕGİYА
(Həyаtdаn nаkаm gеdən bir qızа)

Аy sеvgisi nаkаm, lаl səsi diri,
Bir məzаr dоlusu nəfəsi diri.
Yаşаmаq istəyi-həvəsi diri,
Hеyrаndаr аğıllı-dəli, şəklinə.

Sızlаyаn nisgilə dönmüşəm sаnki,
Bu dərdə tаblаşıb dözmək аsаn ki?!

Sən indii о qədər uzаqdаsаn ki,
Çаtmаz bir kimsənin əli, şəklinə.

Qаyıtmаz nə yаzın, nə qışın mənə,
Tuş gəlməz gilеyin-qаrğışın mənə.
Dеsə “хоşbəхtsənmi”  bахışın mənə,
Yаlаndаn dеyimmi “bəli”, şəklinə?

Bu dərdə güc çаtmаz,- dаğdаn iridir,
Göz yаşım tоrpаğı-dаşı əridir.
Ürəyim qаrаlаn оcаq yеridir,
Dinsəm səpiləcək külü, şəklinə…

Bir həsrət dil аçdı sаçımdа dən-dən,
Mənim qismətimmiş bu dumаn, bu çən.
Qоy, nаkаm еşqinin tutub əlindən,
Üzümü söykəyim ölü şəklinə…

.

NАZLI-QƏMZƏLİ GЕCƏ

Zülmətdə аzdırdım qəmi,
Qəlbdə ümid şаmı yаnır.
Gеcə nаzlı bir qız kimi
Yаtаğımdа хumаrlаnır.

Siyаh sаçlı bu gözəlin
Düşüb üstümə kölgəsi.
Sükut burахmır yахınа
Uzаqlаrdаn gələn səsi.

İçimdə dəli еhtirаs,
Dilimdə öpüşün dаdı.
Kipriklərimlə gəzirəm
Sinəmdə közərən оdu.
Zülmət bоyаlı аnlаrın
Sükutu sığmır qəfəsə.
Bаrmаqlаrım sığаl çəkir
İçimdə hıçqırаn səsə.

Оyаqdır nə yоl, nə küçə
Ulduzlаr hаrа köç еdir?
Bоynumа sаrılıb gеcə,
Görəsən sааt nеçədir?..

.

GÖZLƏ, ŞƏKLİNİ ÇƏKİM

Səslə, yaxına gəlim,

Boşa çıxmasın əlim.

Dönsün fırçaya dilim –

Sözlə şəklini çəkim.

 

Hərdən sus, hərdən danış,

Eşqin odunda alış.

Geriyə qayıt tanış –

İzlə, şəklini çəkim.

 

Bir az başımı tovla,

Sonra qəlbimi ovla.

Qızınım od-alovla –

Közlə şəklini çəkim.

 

Həyat bir zülmət kaha,

Ümid varmı sabaha?

Qəfil qaçıb getmə ha –

Gözlə, şəklini çəkim.

02.12.2018

.

DEDİLƏR

 

İkini vurdum ikiyə,

Hasilə cəmdi-dedilər.

Ovcumdakı son tikəyə

Müftəcə yemdi-dedilər.

 

Nadan çıxanda qarşıma,

Mat qaldılar göz yaşıma.

Yer-göy fırlandı başıma-

Bəxtəvər dəmdi-dedilər.

 

Günlər-aylar gəlib keçdi,

Yetən mənə gülüb keçdi.

Söz sinəmi dəlib keçdi-

Məlhəmin qəmdir-dedilər.

 

Zülmət çökəndə izimə,

Hey divan tutdum özümə.

Halallıq gəzdim… üzümə-

Ağıldan kəmdi-dedilər…

.

VAXT

          (Elşən Əzimə)

Yalan bir anlıq tufandı,

Üzülən ürəkdi-candı.

İşin də tərsi-avandı –

Yükün də əyən vaxtı var.

 

Kölgəsi nə gəzir külün,

“Xəncəri” itidir dilin.

Möhlət bitəndə əcəlin –

Qapını döyən vaxtı var.

 

Rəngi dəyişəndə səsin,

Qar yağar üstə həvəsin.

Bələkdən sonra hər kəsin –

Kəfəni geyən vaxtı var.

 

Məqam var ki, susmaq ayıb,

Qorxağı kim ərən sayıb?

Böhtanın qana susayıb –

Kimisə yeyən vaxtı var.

Hər kəlmədə bal olmur ha,

Sevgidə sağ, sol olmur ha…

Vaxt həmişə kal olmur ha –

Vaxtın da dəyən vaxtı var.

10.12.2018

.

DƏYMƏSƏ

Toxunanda quruya yaş,

Aralığa düşər savaş.

Çat verməz nə qaya, nə daş-

Bu dağ, o dağa dəyməsə.

 

Şehli çəmən ləçək-ləçək,

Hünərin var şəklini çək…

Mayalanmaz açan çiçək-

Budaq-budağa dəyməsə.

 

Xoş sözlə könüllər abad,

Həvəs-istək ən şirin dad.

Şölə saçmaz ürəkdə od-

Dodaq-dodağa dəyməsə…

.

O BƏYAZ GECƏ…

( … )

O gün yol getmişdik tanış bir izlə,

O gün dil tapmışdıq alovla-közlə.

Sübhədək isindi nəfəsimizlə,-

Dönük bəxtimizin ayaz gecəsi.

 

Bir sevdalı anlar, bir də biz idik,

Xəlvət bir guşədə ikimiz idik.

Dəli ehtirasla üzbəüz idik,-

Nə qış axşamıydı, nə yaz gecəsi.

 

Ayrıldıq… təzədən yağdı qar, yağış

Əsdi xəzan yeli, ötüb keçdi qış.

Heç demə ən şirin vüsal çağıymış,-

Bizim ömrümüzün bəyaz kecəsi…

25. 01. 2015

.

SÖZ OĞRULARI

Hələ kəsmək olmur axan qanları,

Kim başa çıxardıb bu yamanları?

Nə xoş üzləri var, nə amanları,-

Heç vədə görmədim düz, oğruları.

 

Yol var ki, ömürdən, gündən uzundu,

Sandım hər ilahi kəlmə azandı.

Özgənin odunu qapıb qızındı,-

Ocaq oğruları, köz oğruları.

 

Hərdən sevincləri dönsə də yasa,

Çoxları aldandı kor ehtirasa.

Gah zərə uydular, gah da libasa,-

Namus dəllalları, qız oğruları.

 

Şöhrət düşkünləri uydular vara,

Saflıq da, düzlük də çəkildi dara.

Həmişə üz tutur əyri yollara,-

Cığır oğruları, iz oğruları.

 

Qəlbi ovlayanda oğrun baxışla,

Yuyulmaz suçları qarla, yağışla.

Üz-üzə qalırlar qanla, qarğışla,-

Yataq hərisləri, göz oğruları.

 

Qarışıq düşəndə səslər, hənirlər

Tarıma çəkilir simtək sinirlər.

Şairəm deyibən qürrələnirlər,

Təbləri ərəmik söz oğruları.

 

ŞAİR

Sevgisi qəlbi coşduran,

Gəlini-qızı çaşdıran.

Baxışı göz qamaşdıran-

Yetənə vurulan şair.

 

Tüstülənər hər yaşında,

Tapar dilini daşın da.

Bir qəfil söz savaşında-

Düyməsi qırılan şair.

 

Gizlətməz başını qında,

Bənd olan deyil heç yanda.

Tək bircə göz qırpımında-

Bulanıb-durulan şair.

 

Qədrini nə bilir naşı,

Qəzəbi də ər savaşı.

Nadanla getsə yanaşı-

Usanıb yorulan şair.

 

Ömrü-günü verməz bada,

Ağzı sözlə gələr dada.

Sınmayır dar ayaqda da-

İçindən qırılan şair.

 

Yazıya 2209 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.