“Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya” adlı layihəsi zamanı ictimai birliyə Zaqatala rayonu Car kəndinin sakinləri Məhəbbət Abramova, Qarabağ müharibəsi əlili Elxan Arasov və anadangəlmə xəstə uşaq Asiyat Qazıyevanın valideynləri müraciət etmişlər. Bu günlərdə BƏCİB-in əməkdaşları onların problemləri ilə yaxından tanış olmaq üçün Zaqatala rayonunun Car kəndinə səfər etmişlər.
Məhəbbət Abramova bildirir ki, övladı 19 mart 2000-ci il təvəllüdlü Abramov Qurban Bahaddin oğlu onurğa-beyin yırtığı xəstəliyi ilə 1-ci qrup əlildir, evdə natamam orta təhsil alıb. Əlil arabasına möhtac olduğu üçün evdən heç yerə çıxa bilmir. Çünki çıxmağa nə yer var, nə də şərait. M.Abramova yollarda əlil arabaları üçün pandusların olmadığından, əlilliyi olan insanların görüşməyi üçün, nə isə bir işlə, oyunlarla məşğul olması üçün müəyyən bir yerlərin olmamasından gileylənir.
Car kənd sakini Qarabağ müharibəsi iştirakçısı Elxan Arasovun problemi isə Qarabağ müharibəsi əlilliyinin naməlum səbəblərdən avqust ayının 1-dən ləğv edilməsi və mənzil növbəsinə alınmaması ilə əlaqədardır. Məlum oldu ki, onun kimi 25 nəfərin də belə bir problemi var, bu da çox təəssüf hissi doğurur.
2022-ci il təvəllüdlü anadangəlmə daun sindiromlu Qazıyeva Asiyat Ramiz qızına əlilliyin düzgün təyin olnmamasından şikayətlənir. Belə ki, ona 1-ci dərəcəli əlilliyin təyin olunması üçün poliklinikadan TSEK-ə Forma 88-in təqdim olunmasına, hətta ağır xəstə olan Asiyat üçün dövlət tərəfindən xüsusi baxıcının təyin olunmasına baxmayaraq hələ də ona 1-ci dərəcəli əlillik verilməyib. İcitmi Birlik tərəfindən araşdırma aparılaraq həqiqətən də Asiyat Qazıyevaya 2-ci qrup əlilliyin təyin olunduğu məlum oldu.
BƏCİB tərəfindəfn onların problemlərinin müsbət həlli üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib.
Yazıya 2 dəfə baxılıb