Vyaçeslav Ananyev – “Dualar və əllər” (tək şeir)

53720065_339721323312806_5129282714930774016_n (1)Kultur.az Rusiyanın tanınmış şairi, Vyaçeslav Ananyevin “Dualar və əllər” şeirini təqdim edir:

Könlüm nəğmə deyir bu əmin yolda
Uçür görüşünə ənginliklərin .
Əlvida, əzizim, əlvida sənə
Bağışla suçunu mən günahkarın.

Dualar və əllər, əllər və dua,
Çətindi bu yolda əfvi Tanrının.
Bu sevda tarimar qübbə, bəddua
Sonucu Tanrının, məğzi Tanrının.

Bəlkə də yenidən görüşəcəyik,
Yorğunluq əlində çaş-baş qalanda.
Yenidən sustalmış, təbib əllərin
Qonacaq çiynimə mələk donunda.

Günəşin zərrəsi məlhəm olacaq,
Qaranlıq odamda ağrılarıma.
Ruhumuz bir olub, vəslə yetəndə
Dönəcəm o uzaq, şən baharıma!

çevirim İradə Aytelindir

Yazıya 1195 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.