Gülbala Teymur – Tək şeir…

34459632_2001726396811656_1137906251695390720_nBayraqla başlayıb qurtarır vətən,
Ölkənin qüdrəti- bayrağı qədər.
Bayrağa sarılmaz hər yoldan ötən,
Hər kəsin bayrağı torpağı qədər.

Əzəmət rəmzidir, güclə, vüqarla,
Bu şöhrət Türk ilə keçmişə gedir.
Düşmənin üstünə ər oğullarla,
Bayraqlar həmişə döyüşə gedib.

Bizim döyüşümüz hələ qarşıda…
Parçamız kəsilib bu canımızdan.
Şuşada erməni bayrağı qalxıb,
Üzü kölgəliyik bayrağımızdan.

    Yazıya (98) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.