“Toydan əvvəl və sonra” kitabı nəşr olundu

obl_Akif Abbasov_Toydan sonraobl_Akif Abbasov_Toydan sonra (1)“Mütərcim” nəşriyyatı professorlar Akif Abbasov və Hümeyir Əhmədovun “Toydan əvvəl və sonra” kitabını nəşr etmişdir.
Kitabın redaktoru pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovdur.
Kitab gənc nəslin müstəqil ailə həyatına və gələcək övladlarının tərbiyə olunması işinə kömək məqsədilə yazılmış, həm də tərtib edilmişdir. Bu məqsədlə Azərbaycan və xarici ölkə şifahi xalq yaradıcılıq nümunələrindən, “Qurani-Kərim”dən, müqəddəs şəxslərin – Hz. Məhəmməd peyğəmbərin, Hz. Əlinin, böyük övliyaların, mütəfəkkirlərin fikirlərindən istifadə olunmuşdur.
Kitab gənclər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    Yazıya (215) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.