“Çölçü” doqquz yeni mükafat aldı…

1593887666_f3f84e34-7c5a-4b98-b21c-e2455c7b684c

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Avstraliya, Nepal və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə doqquz mükafata layiq görülüb.

Kultur.az xəbər verir ki, “Çölçü” filmi “Old Monk İnternational Film Festival”da (fevral-may 2020, Nepal–Katmandu) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi və ssenari), “Sand Dance International Film Festival”da (yanvar-may 2020, Hindistan–Racastan) 4 dörd kateqoriya üzrə (ən yaxşı bədii film, rejissor işi, operator və musiqi) mükafat qazanıb.

Həmçinin “Wonderland International Film Festival” (yanvar-iyun 2020, Avstraliya–Sidney) və “Monthly Online İnternational Film Festival” (iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıb.

“Çölçü” 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyevdir. Film indiyədək 50-dən artıq müxtəlif mükafata layiq görülüb.

İstinad: Manera.az

    Yazıya (136) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.