Gənc yazar Əyyub Məmmədovun şeiri Türkiyədə dərc olunub

eyyub memmedov Jurnalist, publisist, şair Əyyub Məmmədovun Dəniz boyda sevgim adlı şeiri Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən məşhur “Kardelen”  dərgisinin ( http://www.kardelendergisi.com/yazi.php?yazi=2972) 105-ci sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində türk xalqlarının şair və yazıçılarının qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Kardelen” dərgisi “Fikrin dəyərini bilənlərə…” devizi ilə üç aydan bir nəşr olunur.

Jurnalist, şair Əyyub Məmmədovun adı çəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.

 

 

Dəniz boyda sevgim…

 

Gəlmişəm yenə də dəniz seyrinə,
Qəmli fikirlərlə həsrət ötürüm.
Baxıram dənizin ucqar yerinə
Deyirəm təəssüf mənim sevgimə.

 

Bir vaxtlar dənizi birlikdə sevdik
Gəlib kənarında, qışı yay etdik.
İndi bu yerlərə yalnız gəlirəm
Çılğın dalğalarla köks ötürürəm.

 

Gələrdik dənizə görüşmək üçün
Qol-boyun olub, sarılmaq üçün.
İndi tək-tək gedirik, düşünmək üçün
Oturub kənarda ağlamaq üçün

 

Dəniz boyda sevgim, deyərdin mənə
Mən də can deyib, baxardım sənə
İndi bu sularda üzün görünür,
Böyük ləpələrdə səsin duyulur.

dergi 105

 

Yazıya 513 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.