Nüşabə Əsəd Məmmədli – YABANÇI BAL

Nuşabə Əsəd Məmmədli - "Yanvar şəhidlərinə"(iki pərdəli pyes)

 

Azərbaycanın, Gürcüstanın və  bütün dünyanın müharibə görmüş uşaqlarına həsr olunur

 

İŞTİRAK EDİRLƏR

Kəmran—8 yaşlı uşaq

Safiko—7yaşlı qız

Məryam—6yaşlı qız

Tamerlan—5yaşlı oğlan

Əkil-bəkil quşu

Boz ayı

Tülkü

 

Hadisələrbizim günlərdə Gəncə ətrafinda cərəyan edir.

 

Uşaqlar istirahət edirlər.Ətraf meşəlikdir, çay axır. Quşların səsləri eşidilir. Nəhəng Əkil-bəkil quşu ağacdan ağaca tullanır.

Əkil-bəkil quşu—Mən əbədi yaşar Əkil bəkil quşiyam torpağa qonmaq mənə heç vaxt nəsib olmayacaq. 300 il qabaq əcdadlarım mənə böyük cəza vermişlər—ayağım heç vaxt torpağa dəymiyəcək. Mən ancaq barıların üstü ilə gəzə biləcəm, birdə budaqdan budağa qona biləcəm. Əgər mən torpağa ensəm, dərhal yanacam. Bax beləcə, torpağa toxunmadan yaşayıram.

(Dibçəklərə gül əkən uşaqlar—Kəmran, Sofiko, Məryəm, Tamerlan qorxa-qorxa Əkil-bəkil quşuna baxırlar).

Kəmran- (dili topuq çala-çala) Əkil bəkil quşu bəs əcdadların nədən səni cəzalandırdılar?

Əkil bəkil quşu- (sanki onu eşitməyərək)-kar, kar. Mən əkil-bəkl quşuyam divara qonmuşam, kim məni tutmaq istəsə, mən onu tutaram…

Sofiko – Baxın, baxın, mənim güllərimə, onlar artıq açıblar.

Məryəm- nə qəribə güldür.

Tamerlan – Bu çiçəyin toxumunu hardan aldın?

Sofiko -Bu çiçəyin toxumunu mənə Kutaisidə yaşayan Manana nənəm bağışlayıb. Toxumla birgə o, mənə bir vedrə torpaq da verdi. Nənəm mənə dedi ki, bu çiçəklər ancaq doğma torpaqda bitirlər.

Məryəm- Mən anamla Kutaisidə olmuşam çox gözəl şəhərdir.

Sofiko-  Nənəm Rioni çayı üstündəki ağ körpünün yanında  yaşayır. Mən atamla-anamla bu körpünün üstündən keçəndə, sanki qəlbimdə bayrm olur. Mən anamın oxuduğu nəğməni eşidirəm:

“Bayaz körpunun altında

Sakit-sakit Rioni axır

Bizim dərdlərimizi aparır”

 

 

Tamerlan- Bir baxın mənimdə gülüm çiçək açdı. O necə də gözəldir. (Əl çalıb oynayır. Musiqi səslənir. Digər uşaqlar da onlara qoşulub-rəqs edirlər. Yaxınlıqdan Tülkü keçir. O rəqs edən uşaqlara və açılmış güllərə baxıb, quyruğunu bulayıb, qaçır. Musiqi səsi dayanır)

Kəmran- Baxın, mənim də gülüm açıldı.

Məryəm Mənim də (heyranlıqla dibçəyi əlinə alıb, başının üzərinə qaldırır). Görün nə gözəldir!

Sofiko- Bu ona görə gözəldir ki, çiçəklər öz torpaqlarında yetişdilər.

Amerlan (öz dibçəyinə baxır) baxın, mənim qırmızı gülümə. Mən qırməzə qülləri çox sevirəm (hoppanıb düşür, üzünü Kəmran və Sofikoya tutur) İndi əktiyimiz güllər də bu gün açaçaq?

Kəmran və Sofiko- (bir səslə) Yox, buna vaxt lazımdır.

(Uşaqların nənələrinin səsi eşidilir)

-Uşaqlar evə gəlin. Nahar etmək vaxtıdır.

(Tamerlan öz gül dibçəyini əlinə alır, ancaq məryəm və Sofiko dibçəyi onun əlindən alırlar)

Sofiko- Qoy dibçək burada qalsın. Ona heç kəs toxunmaz.

Məryəm- Nənəmiz bizi çaxırır. Gedək, yeməyimizi yeyək, qayıdıb burda bir qülüstan salarıq.

Kəmran- Gərək nənəmdən daha bir neçə dibçək alaq. (nənənin səsi gəlir)

–Uşaqlqr, hardasınız, yeməyiniz soyuyur.

Kəmran- Qedək (uşaqlar gedirlər).

Boz ayı- Sən haqlıydın, Tülkü. Bu doğrudan da cənnət bağıdır. Mən indiyə kimi belə gözəl güllər görməmişdim. Mən bu gülləri çox sevirəm.

Boz ayı- Sən düz deyirsən, tülkü. Mən yabanı balı çox sevirəm.

Tülkü.-O dərhal görünür. Sən elə güclü, elə qüdrətlisənki…Hətta fili, şiri gücdə sənnən müqayisə etmək olmaz.

Boz ayı -(məmnun-məmnun qülümsəyir) O qırmızı gülü, bir də qortenziyanı, pion və bənövşələri də mənə dər. Bu gülləri öz mağaranın yanında əkəcəyəm. Özümü cənnətdə zənn edəcəyəm. Sənə isə, Tülkü yabanı bal verəcəm.

Tülkü-Mən bu gülləri kökündən qoparacam (Çiçəkləri qoparır) Ancaq mən bal istəmirəm. Mən toyuq əti istəyirəm. Yamanca acmışam.

Boz ayı -Sən öz vərdişlərindən əl çəkmirsən. Nə qədər oğurluq edəcəksən? Heç utanmırsan? Sən hətta balaca cücələrə də can atırsan.

(Divarın üzərində Əkil-bəkil quşu görünür)

Əkil-bəkil quşu- Mən əkil bəkil quşuyam divara qonmuşam. Kim məni tutmaq istəsə mən onu tutub öldurəcəyəm, uşaqların qüllərinə toxunmayı. Bu gülləri uşaqlar gələcək üçün əkiblər,gözəllik üçün əkiblər. Bu gözəllik onların həyatlarında olmalıdır.

Boz ayı -Öz işinlə məşğul ol. Ba.qaların işlərinə qarışma. (Tülküyə) Gedək , Tülkü.

(Əkil bəkil quşu onların üzərində dövrə vurur. Ancaq onların yanına düşə bilmir. Boz ayı və Tülkü qoparılmış güllərlə birgə gedirlər.

Uşaqlar qayıdır. Onlar dəhşət içində görürlər ki, becərdikləri güllər artıq yoxdur. Balaca Tamerlan torpağın üstündə oyurub, ağlayır. O biri uşaqlar da şaşqınlıq içindədilər.

Sofiko – (Ağacın üstündə Əkil bəkil quşunu görür) Ey müdrik quş, sən bilmədin bizim gülləri kim oğurlayıb?

Məryəm -Bizim güllərimizi kim aparıb?

Kəmran- bu yagin bizim düşmənlərimizdir.

Əkil bəkil quşu- Sizin gülləri Boz ayı və tülkü apardı. Onlar sizin gülləri dibçəkdən kökündən qopartdılar. Boz ayı bu gülləri öz mağarasının yanında əkəcək. Ancaq onlar dərk etmədi ki, bu güllər  ğzgə torpaqda bitmir. Fəqət siz öz torpaqlarınızı qoruyun, heç vaxt onu heç kimə verməyin.

Məryəm-. Mənə çox pisdir (ağlayır)

Kəmran- Ağlama, bacım. Mən Boz ayının üstünə gedəcəm, güllərimizi onun əlindən alacam.

Tamerlan- (ağlayır) Mən də sənnən gedəcəm. Mən boz ayını öldürəcəm,güllərimizi qaytaracam.

Sofiko -Mən də sənnən gedəcəm

Məryəm- Mən də

Kəmran- yox, siz getməyəcəksiz. Kişi olan yerdə, qızlar davaya getməz.

Əkil bəkil quşu- Uşaqlar, Boz ayının yanına getməyin, o sizi öldürər.

Kəmran-Biz öz güllərimizi qaytarmaq istəyirik. (Sofiko, Kəmran, Məryəm, tamerlan gedirlər. Boz ayı və tülkü qayıdırlar.

Boz ayı- Mən gülləri əkdim, lakin onlar soldular.

Tülkü- Mən sənə dedim ki, bu güllər özgə torpaqda bitmirlər. Onlar ancaq öz torpaqlarında bitirlər.

Boz ayı-Onda mən torpağı da əllərindən alacam.

Tülkü- Sən nə gədər ağıllı, dərrakəlisən. Sənin yanında mən öz aclığımı unuduram. Eşq olsun sənə!!

Boz ayı-Əlbəttə ki, aclığın unudacaqsan. Bir yekə xoruz yedin.

Tülkü- Mən sənin kimi müdrik, ədalətli bir varlığın yanında özümü həmişə tox sanıram. (Onlar gül dibçəklərinə yaxınlaşırlar onları yerdən götürüb göyə baxırlar-birdən Əkil bəkil  quşu onları görər və gedirlər.

Uşaqlar qayıdır və dəhşət içində görürlər ki, gülləri torpaqla birgə oğurlanıb.

Kəmran- Axı Əkil- bəkil quşi bizə dedi ki, Boz ayının yanəna getməyək. Biz biləydik axı—çox hiyləgər və bədxah düşmənlərimiz olan Boz ayı və Tülkü torpağın arxasınca gələcəklər.

Tamerlan-Yolda mən tülkünü gördüm. O, bizi izləyirdi.

Məryəm-Bəs Tülkünü görməyini bizə niyə demədin? Biz qayıdardıq və onlara imkan verməzdik ki, torpağlarımızı oğurlasınlar.

Tamerlan- Mən elə bildim, o gözüac Tülkü özünə yemək axtarır.

Kəmran- biz öz torpaqlarımızı geri qaytarmalıyıq.

Sofiko-Mən istəmirəm torpağım Boz ayının torpağına qarışsın, mən istəmirəm mənim  güllərim onun torpağında bitsin. Mən öz Manana nənəmə nə deyəcəm? (Qəmli)

“Bayaz körpünün altında

Sakit-sakit Rioni çayı axır

O bizim kədərimizi aparır”

Məryəm-gəlin gecə xəlbətçə Boz ayının həndəvərinə gedək və dibçiklərimizi torpaqla birgə qaytaraq.

Kəmran-Onda mən tək gedəcəm. Siz musiqi qurun, oynayın. Qoy ayi düşünsün ki, biz şənlənirik. Mən də bu vaxt ərzində onun mağarasından dibçəklərimizi torpaqla birgə götürüb, geri dönəcəm.

Sofiko-əgər mən öz torpağımı qaytara bilməsəm, onda Manana nənəmə nə deyəcəm?

Məryəm-Sən onu və torpaqları qoru.

(Əkil-bəkil quşu qayıdır)

Kəmran- Mən onu da, torpaqları da qoruyacam.

Əkil-bəkil quşu-Bəz ayı çox məkirli düşməndir. Bunu heç vaxt unutmayın. Siz bilirsiz ki, mən heç vaxt torpağa yaxınlaşa bilməyəcəyəm. Mənim əcdadlarım300 il öncə Bəz ayının mənə verdiyi yabanı balı yediyim üçün məni cəzalandırıblar. Bal o qədər dadlı idi ki, mən onu yedim. Əvəzində  Boz ayı  məndən bir parça torpağımızı istədi. Mən də torpağı Boz ayıya verdim. Sonra yenə və yenə istədi. Axırda gülüstanımızda torpaq qalmadı. Əcdadlarım məni bağışlamadı. Onlar məni çox uzun ömürlə və ən dəşətlisi torpağa yaxınlaşmamaqla cəzalandırdılar. O vaxtdan mən  dılardan- divara, budağdan-budağa uçuram. Ayağım heç vaxt yerə dəymir. Əgər mən torpağa  ayaq bassam-dərhal yanaram. Siz heç təsəvvür  etmirsiniz-necə ağırdır öz uşaqlarından çox yaşamaq, onların ölümünü görmək. Ancaq mən öz balalarımın, onların balalarının ölümünü görmüşəm. Siz insanlar ağlamağı, sevdiklərimizin qəbirlərinin üstünə getməyi bacarırsınız. Mən bütün bunlardan məhrumam. Beləcə bütün dünyanı tək-tənha dolaşıram Bu bəlkə də indən bəri bir neçə əsr də davam edə bilər, əgər mən yanmasam.

Kəmran və Sofiko-Əkil-bəki quşu dilçəklərimizi torpaqla birgə geri qayaracayıq.

Əkil-bəkil quşu-Mən də sizlə birgə uçacam (uçur, uşaqlar gedir)

Boz ayının mağarası

Kəmran və Sofiko dibçəkləri görürlər. Diz çökürlər. Sofiko dibçəkdən torpaq götürüb onu öpür. Tülkü yavaş-yavaş onlara yaxınlaşır. Musiqi  səsi  eşidilir. Məryəm və Tamerlanın danışıqları eşidilir.

Tülkü- sən nə edirsən ay qız. Dibçəkləri  oğurlamaq istəyirsən?

Sofiko-Boz ayı bizim  torpaqları oğurlayıb, biz onu geri qaytarmaq istəyirik, bizim şişəklər başqa torpaqda bitmirlər.

Tülkü (qaçır özüylə bir balaca küpə yabanı bal gətirir)-Alın uşaqlar, bu yabanı balı yeyin və çıxın gedin. Boz ayı mənə tapşırdı ki, sizi yabanı bala qonaq edim. Uşaqlar üçün bu çox ləzzətli təamdır. (Musiqi səsi kəsilir. Məryam və Tamerlan gəlirlər).

Məryəm- Biz öz torpaqlarımızı bala dəyişmirik.

Sofiko-Ümumiyyətlə heç nəyə dəyişmirik. (Tamerlan əlini bala uzadır, dərhal da əlini geri çəkir. Kəmran iki dibçəyi əlinə götürür.

Tülkü-(Kəmrana) Bax, bunu əbəs yerə elədin.

Sofiko-Biz torpağı heç nəyə dəyişmirik.(Sofiko və tamerlan da dibçəklərini götürürlər).

Tülkü-uşaqlar dibçəklərinizi yerinə qoyun. Sizin boz ayıya gücünüz çatmaz. O, bir pəncəsiylə sizin başınızı əzər. Yoxsa siz bunu dərk edə biməzsiz.

Məryəm- Uşaqlar gəlin buralardan tez uzaqlaşaq. Boz ayı bizi öldürəcək.

Boz ayı-Siz hara qaçırsınız? Mənim əlimdən hələ qurtaran olmayıb. Siz torpaqları da  götürürsüz? Mən qoymaram siz artıq mənim olan torpağı aparasız! (Boz ayı Kəmranın  yaxasından tutur. Kəmranın əlindəki dibçəklər yerə düşüb, qırılıır. Torpaq ətrafa dağılır. O biri pəncəsiylə Boz ayı Sofiko və Məryəmi tutur. Onları öldürmək istəyir. Bu an Əkil-bəkil quşu uçub gəlir və Boz ayının gözlərini deşir. Uşaqlar yerə yıxılır. Tülkü gəlir.

Əkil-bəkil quşu Boz ayıya daha bir neçə ölümcül zərbə endirir.

Boz ayı can verir və qəzəb içində torpağdan ayağa durmuş uşaqların üstünə cumur. Əkil-bəkil quşu uşaqları qoruyaraq torpağa düşür və dərhal da yanır. Uşaqlar Əkil-bəkil quşunun və Boz ayının cəsədlərinə baxırlar. Dördüdə  Əkil-bəkil quşunun cəsədinin yanında diz çökürlər, ağlayırlar. Sonra onlar dağılmış torpağı dibcəklərə yığırlar.

Kəmran-Biz bir ovuc torpaq üçün böyük qurban verdik. (Tamaşaçı zalına müraciətlə)

 

ÖZ  TORPAQLARINIZI  QORUYUN!!!

 

                                             S O N

    Yazıya (106) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.