Şair Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb

2021-03-11-14-40-141615459214 (1)

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb.

Meracda Cəbrayıl Məhəmməd peyğəmbərə: “Mən burdan belə gedə bilmərəm, çünki qanadlarım yanar. Sən daha tək getməlisən” -dedikdə, Peyğəmbərimiz soruşmuşdu:

• Bəs, mən necə gedəcəm?

-Eşqlə! – deyə yolda onu tək buraxmışdı Allahın baş Mələyi.

Məhəmməd Füzuli də “Ey Füzuli, hər əməl qılsan, xətadı qeyri-eşq!” deməklə İlahi işıqdan – Allah eşqindən başqa nə varsa xətadı, söyləmək istəmişdi.

Şair Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı esselər kitabında da həmin İlahi Eşqdən – İlahi Qüdrətdən söhbət açılır.

 

Səbinə YUSİF,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

Qazax-Ağstafa Bürosunun Rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

  

    Yazıya (78) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.