Hədəf STEAM Liseyində Əzizə Cəfərzadənin yubileyi qeyd olundu (fotolar)

ezize ceferzade-yubiley2Dekabrın 30-da “XAN” nəşriyyatının təşkilatçılığı ilə Hədəf STEAM Liseyinin Qurtuluş filialında Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunan elmi-praktik konfrans, “Xatirə Ədəbiyyatı” silsiləsində yenicə nəşrdən çıxan “Tanıdıqlarım və sevdiklərim xatirələrimdə” adlı avtobioqrafiyasının təqdimatı keçirilib.

kultur.az “XAN” nəşriyyatına istinadən xəbər verir ki, konfransı giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq mərhum Xalq yazıçısının ədəbi irsindan, Azərbaycan ədəbiyyatına verdiyi töfhələrdən danışıb.

Daha sonra “XAN” nəşriyyatının icraçı direktoru, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy rəhbərlik etdiyi nəşriyyatda Əzizə Cəfərzadənin çap olunan, eləcə də çapı nəzərdə tutulan kitablarından danışıb. Vurğulayıb ki, Əzizə Cəfərzadə irsi, xüsusilə də həyatı gənc qadınlara, o cümlədən bütövlükdə gəncliyə motivasiya qaynağıdır.

Ardınca “XAN” nəşriyyatının baş redaktoru Cavid Qədir “Xalq yazıçısı Əzizə Cəfərzadənin əsərlərində tarixi motivlər” mövzusunda çıxış edərək əsərləri ədəbi və tarixi baxımından təhlil edib.

Sonra Əzizə Cəfərzadənin oğlu riyaziyyat elmləri doktoru Turan İbrahimov çıxış edərək Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşüb, Hədəf STEAM Liseyinin şagirdlərinin suallarını cavablandırıb.

Bundan başqa, “XAN” nəşrlərinin korrektoru Səbinə Abdullayeva “Əzizə Cəfərzadənin povest və hekayələri” adlı çıxışını təqdim edib.

Tədbir müzakirələr ilə davam edib.

ezize ceferzade-yubiley3

ezize ceferzade-yubiley4

ezize ceferzade-yubiley5

Yazıya 167 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.