Fazil Sənan – SONUNCU NƏĞMƏ

15977301_1856966671238510_1121668767748174714_nXeyli vaxt idi ki, afişalar vurulmuşdu. Konsertin başlanacağı günü səbirsizliklə gözləyirdi. Lap qabaq cərgəyə bilet də almışdı.
Gecələr yatağa girəndə saatlarla onunla «söhbət» edirdi. Onu sevdiyini, evlənmək istədiyini dəfələrlə elan etsə də, müsbət bir cavab ala bilməmişdi. İki ildən artıq idi ki, gecə-gündüzünü əlindən almışdı. Qarabaqara köl-gə kimi arxasınca sürünürdü. Öz-özlüyündə özünü nə qədər danlayırdı ki, əl çəksin, yenə ürəyi, hissi onun arxasınca sürükləyirdi. Qəti bir cavab vermirdi. Müəmmalı cavabları, isti baxışları ilə «gəl-gəl» deyirdi. Hiss edirdi ki, sevir, amma nə üçün etiraf etmir, nəyə görə dilinə gətirmir onu başa düşə bilmirdi. İki ildə bu müəmmanı hələ də aydınlaşdıra bilməmişdi.

***
Açıq havada bayram konserti verilirdi. Məsud da getmişdi konsertə. Lap qabaqda əyləşmişdi. Müğənnilər bir-birini əvəz edirdi. Gözəl yay gecəsində oxunan mah-nılar toplaşanlara gözəl bir ovqat bəxş edirdi. Aparıcı qızın: «Çıxış edir gənc və istedadlı müğənni Mətanət Vüqarlı» deməsi Məsudda bir maraq yaratdı. Ha fikirləşdi, belə bir müğənnini xatırlaya bilmədi. Görünür, səhnəyə ilk gəlişidir, fikri ilə səhnəyə diqqət kəsildi. Bir azdan orta boylu, qara saçları ağ çiyinlərinə tökülmüş, şaftalı çiçəyi rəngində səhnə paltarı geyinmiş bir qızın səhnəyə çıxması toplaşanlar arasında sükut yaratdı. Gənc qız bir anlığa gülümsər qara gözləri ilə arxada ayaq üstə dayananları süzdü və qabaq cərgəyə nəzər yetirəndə baxışları təsadüfən Məsudun baxışları ilə toqquşdu. Qızın dodaqlarından keçən xəfif təbəssüm dəyirmi sifətinə yayıldı. Musiqinin müşayiəti ilə mahnının qanadlarında uçmağa başladı. Arabir baxışları Məsudun baxışları ilə toqquşurdu. Məsud özünü unudaraq qızı baxışları ilə hamıdan gizlətmişdi. Mahnı sona çatdı. Tama-şaçıların fasiləsiz əl çalmaları «Sağ ol! Sağ ol!» deməsinə cavab olaraq aparıcı gənc müğənninin ifasında yeni bir mahnının oxunmasını elan etdi. Tamaşaçı sevgisindən ruhlanan müğənni səhnənin bütün ixtiyarını əlinə aldı. Mahnının sona çatması ilə alqış sədaları yay gecə¬sinə qa-rışaraq uzaqlarda eşidildi. Məsud ətrafına döyükdü. Arxa cərgədə əyləşmiş xanımın əlində tutduğu gül buketini görcək ayağa qalxdı və dedi:
– Xahiş edirəm, pulunu verim, o buketi mənə verin. Təsadüfi gəldiyimə görə gül almamışam.
– Buyurun. Elə mən də buketi bu gənc qıza verəcəydim. Çox gözəl oxudu. Nə fərqi var, ya mən verdim, ya siz. Alın, – deyə xanım əlindəki gül buketini Məsuda uzatdı. Məsud buketi aldı, əlini cibinə saldı ki, buketin pulunu versin.
– Yox, yox, heç bir şey lazım deyil. Gül satmırdım. Məqsədim hansı müğənni xoşuma gəlsə, ona verəcəydim. Həqiqətən də, bu gənc qız çox yaxşı oxudu. Görünür, səhnəyə təzə çıxır. Amma yaxşı gələcəyi var. Aparın verin. Halaldı o qıza. Həm də siz cavansınız. Buketi sizin təqdim etməyiniz daha məqsədəuyğundu, – deyən xanımın mənalı təbəssümünə və baxışına cavab olaraq Məsud «Çox sağ olun! Minnətdaram» deyib bu-ket əlində səhnəyə qalxdı. Müğənni artıq səhnə arxasına keçmişdi. Məsud qapını döydü. İçəridən eşidilən «bu¬yu-run» sözündən sonra qapını açıb içəri keçdi. Çıxış edən müğənnilərdən bir neçəsi içəridə idi. Məsud hamını salamlayıb üzünü ayaq üstdə dayanmış gənc qıza tutaraq dedi:
– Mətanət xanım, çox gözəl oxudunuz. Bu güllər sizin üçündür. Bir tamaşaçı və pərəstişkarınız kimi sizi təbrik edirəm.
– Çox sağ olun. Minnətdaram. Mətanət ona tərəf uza¬¬dılmış gülləri aldı və baxışları Məsudun ona zillənmiş baxışlarında ilişib qaldı. Tanıdı. Həmin baxışlar idi. Qabaq cərgədə əyləşmiş oğlanın baxışları. Qızın uzun qara kirpikləri razılıq əlaməti olaraq enib-qalxdı.
– İlk səhnə çıxışınızdı? Məsud imkandan istifadə edərək qızı yaxından tanımaq istədi.
– Bəli, ilk çıxışımdır. Məsudun iti, nüfuzedici ba-xışlarından sifəti pörtdü və başını aşağı, sinəsinə sıxdığı güllərin üstünə əydi. Güllərin xoş ətrini sinəsinə çəkdi.
– Sizə uğurlar diləyirəm.
Məsud otaqdan çıxdı. Aparıcı qıza yaxınlaşdı və Mətanət haqda lazımi məlumatları öyrəndi.

* * *
Mətanətlə olan ilk tanışlıqdan iki ildən artıq bir vaxt keçmişdi. Bu illərdə həmişə Məsud qarabaqara onu izləmiş, arxasınca kölgə kimi sürünmüşdü. Müğənni kimi Mətanətin şöhrəti gündən-günə daha da artırdı. Albomları, klipləri buraxılmışdı. Məsud sponsorluq etməyi tək-lif etsə də, Mətanət heç cür razılaşmamışdı. Baş aça bil-mirdi qızdan. Dəfələrlə evlənmək təklif etmişdi. Amma, Mətanət razılaşmamışdı. Mətanət nə qəti Məsudu rədd edirdi, nə də «Səni sevirəm» deyirdi. Bu sevdadan əl çəkməyi qarşısına məqsəd qoysa da, Məsud öz hissləri ilə bacara bilməmişdi. Mətanətin heç bir başqa adamla münasibəti olmadığını tam yəqinləşdirən Mə¬sud bu mü-əmmalı qızın sirrindən baş aça bil¬mirdi. Hər dəfə Məsudun: «Səni sevirəm, bəs sən necə?»… sualına Mətanət bir cavab verirdi:
– Səni dost kimi sevirəm, çox istəyirəm.
– Bu, nə deməkdir? Hara deyirəm, gedirsən, heç bir addımını mənsiz, mənə məsləhət etmədən atmırsan, amma «Səni sevirəm» deyə bilmirsən? Gör iki ildən artıqdır ki, sənin arxanca kölgə kimi sürünürəm. Niyə utanırsan? İstəmirsən, denən sənlə mənimki tutmaz. Mən də gedim axtarım tayımı tapıb, ailə qurum.
Məsud incikliyini bildirib ayrılmaq istəyəndə, Mətanət tez Məsudun sinəsinə sıxılar, başını onun sinəsinə qoyub ağ əlləri ilə qara saçlarını sığallayar və gözlərinin içinə baxıb deyərdi:
– Hara gedirsən, mənim həyatım? Mən sənsiz bir gün də yaşaya bilmərəm. Hələ sən başqası ilə evlənməkdən danışırsan. Amma bir şeyi bil ki, mən səni sevə bil-mərəm. İstəmirəm səni sevib bədbəxt eləyim. Bildinmi? – deyən Mətanətin yanağı aşağı süzülən göz yaşları Məsudun sinəsinə söykənmiş sifətinə damcıla¬dıqca gən-cin bir az əvvəlki incikliyi yaddan çıxır və dinməz-söy¬lə-məz yenidən Mə¬ta¬nətin əsirinə çevrilirdi.
Mə¬ta¬nət tez-tez televiziya kanallarının qonağı olurdu. Gənc, çox populyar müğənni kimi «Bir sevginin tarixçəsi» verilişinə qonaq çağırmışdılar Mətanəti. Aparıcının bir çox sual¬larına cavab verən gənc müğənni bəzi sualları cavablandırmaqdan boyun qaçıra bilmədi.
– Mətanət xanım, çox gəncsiniz. Əsl sevib-sevilən vaxtınızdır. Həm çox gözəl, həm də hamının qəbul etdiyi bir müğənnisiniz. Heç sevmisinizmi? – aparıcı müsa-hibinin sualdan özünü itirdiyini görüb verəcəyi cavaba diqqət kəsildi.
– Yox, sevməmişəm.
Aparıcı dedi:
– Necə? Hələ sevməmisiniz? Çox maraqlıdır. İnandırıcı görünmür cavabınız. Sizin kimi bir gözəlin ürə¬yini oxşayan heç olmayıbdır?
Mətanət qızardı:
– Yox, mən heç kimə «Səni sevirəm» deməmişəm.
– Yaxşı sizə eşqini elan edən varmı?
– Bəli, var.
– Xoşunuza gəlmir, deyə sevmirsiniz? Yoxsa, ka-sıb oğlandır? Aparıcı güldü.
– Xoşuma gəlir. İmkanlı da oğlandır.
– Sizin bu cavabınızı nə cür başa düşək? Aparıcı təbəssümlə Mətanətə baxdı.
– Nə cür başa düşdüyünüzü deyə bilmərəm. Onu deyə bilərəm ki, mən heç kimə «Səni sevirəm» deməmişəm.
– Yaxşı, repertuarınızda məhəbbət mövzusunda mahnılar çoxluq təşkil edir. Həm də oxu¬duğunuz mahnı-larda bir həsrət, ba¬xa-baxa yanmaq duyğusu əks olunur. Bilmək olarmı həmin mahnıları kimin üçün oxuyursunuz?
Aparıcı gənc müğənninin cavablarında nə isə açıl-mamış səhifələri oxumaq arzusu ilə yenidən müsahibinə diqqət kəsildi.
– Mən bütün mahnılarımı bir adam üçün oxuyuram və həmişə də onun üçün oxuya¬cağam. Hər dəfə səhnəyə çıxanda ancaq onu görürəm. O, məni bütün varlığıyla sevir. Bunun üçün mən özümü dünyanın ən xoşbəxt adamı hesab edi¬rəm. O mənimlə nəfəs alır. Həyatından artıq sevir məni. Mən isə heç vaxt ona deməmişəm ki, səni sevirəm.
– Niyə demirsiniz? Özünü saxlaya bilməyən aparıcı səsinin tonunu qaldırmaqla sanki oğlanın cavabsız məhəbbətinə ürəyi yandığını göstərmək istəyirdi.
– Ona «Səni sevirəm» deməklə onu bəd¬bəxt etmək istəmirəm! – deyən Mətanətin bulud kimi dolmuş qara gözlərində görünən damlalar yanaqları aşağı yuvarla-naraq nazik, yumru ağ çənəsinin altında iki həsrətin yan-ğısı kimi bir-birinə qovuşurdu.
– Bu verilişin adlı-sanlı qonaqları çox olubdu. On-ların hamısından istədiyim cavabları ala bilmişəm. Demək olar ki, nə mənim üçün, nə də tamaşaçı üçün qa-ranlıq səhifə qalmayıb. Etiraf edim ki, ilk dəfədir sizin kimi bir qonağımız olur. Gənc olmanıza baxmayaraq, çox müəmmalı cavablar verdiniz. Mən sizin cavablardan bir şey başa düşə bilmədim. Çox suallarımın cavabı qaranlıq qaldı. Yəqin ki, növbəti görüşlərin birində qa¬ranlıq qalan səhifələri işıqlandırmağa çalışarıq. Hələlik xudahafizləşirik, gələn görüşlərə kimi.
Aparıcı fikrini yekunlaşdırdı. Verilişi əvvəldən so-na kimi izləyən Məsud aparıcının dediyi kimi bir şey ba-şa düşmədi. Dumanlı fikirlər qoynunda nə vaxt yuxuya getdiyini bilmədi.

* * *
Axşam Mətanətin solo konserti idi. Biletlər neçə gün əvvəl satılıb qurtarmışdı. Məsud gündüzdən böyük bir səbət gül al¬mışdı. Güllərin arasına bir zərf də qoymuşdu. Zərfin içərisində qızılı rəngdə yazılmış: «Mən səni sevirəm! Ürəyinin döyüntüləri mahnılarında hiss olunan, amma “Səni sevirəm” sözünü deyə bilməyən Mətanət üçün!
Hörmətlə, fanatınız Məsud» sözləri də var idi.
Maşından düşən Məsud maşının arxasındakı səbəti götürüb qapıları bağladı. Həmişə olduğu kimi, qabaqda birinci cərgədə əyləşmişdi. Gül səbətini də yanına qoymuşdu. Gəlib əyləşənlər səbətə maraqla baxırdılar. Bü-tün yerlər tutulmuşdu. Ayaq üstə duranlar, əlavə stul gə-tirib oturanlar da var idi. Televiziya işçiləri lazımi işləri görüb qurtarmışdılar. Konsert canlı olaraq televiziyada göstəriləcəkdi.
Səhnə açıldı. Aparıcı müğənni haqqında giriş sözü söyləyib repertuarı elan etdi. Musiqinin sədaları altında mikrofona yaxınlaşan Mətanət tamaşaçıların alqışına cavab olaraq minnət¬darlığını bildirdi. Qabaq cərgəyə göz gəzdirdi. Məsudu həmişəki yerində görüb baxışları ilə salamladı. Bir azdan təzə tikdirdiyi sarı rəngli səhnə pal-tarında oxuduğu xalq mahnısının qanadlarında öz dünyasına çəkildi. O dünyada bir Mətanət var idi və bir də Məsud. Oxuyurdu Mətanət. Oxumağı ilə neçə il ca-vabsız qalan Məsudun «Səni sevirəm» sözünə cavab ve-rirdi. Yanan ürəyinə sanki su çiləyirdi Məsudun.
Oxuyurdu Mətanət! Bu oxumaqda öz dərdinə dər-man axtarırdı. Deyə bilmədiklərini oxuduğu xalq mah¬nı-sı ilə deyirdi.
Oxuyurdu Mətanət! Qara gözləri ilə Məsuda baxıb oxuyurdu. Baxışlarında bir yalvarış, bir sızıltı, heç kimin görə bilmədiyi bir fəryad var idi.
Məsuda zillənən qara gözlərdə bir yalvarış vardı. Bu baxışlarda, bu yalvarışda içini titrədən bir üsyankar-lıq da hiss olunurdu, Yaradana. Oxuduğu mahnı ilə üs-yan edirdi, Yaradana. Bu asikarlıqda, bu üsyankarlıqda bu sözü deyirdi:
– Mən səninəm Məsud, amma sənin ola bilmirəm!
Bütün dünyadan təcrid olunmuş Məsud səhnədə sarı rəngli, zərif bir kəpənəyin uçuşunu görürdü. Hardan-sa, çox uzaqdan qulağına gələn musiqinin sədaları ilə birgə sarı rəngli kəpə¬nəyin ona doğru can atmasını gö-rürdü. Kəpənək ona çatmağa az qalmış qəflətən əsən külək kəpənəyi ondan uzaqlaşdırırdı.
Salonun əl çalması və alqış səsləri Məsudu salona qaytardı. Əllərində gül dəstələri olan tamaşaçıların əlin-dən səhnədə tərpənmək mümkün deyildi. Rəngbərəng güllər səhnəni ağzına almışdı.
Səhnədə tamaşaçıların seyrəldiyini görən Məsud səbəti əlinə götürüb səhnəyə çıxdı. Mətanət səbəti alıb yerə qoydu. Güllərin arasında görünən zərfi tez götürüb açdı və oxudu. Yanında dayanıb ona baxan Məsudu gözlənilmədən qucaqlayıb sinəsinə sıxıb öpdü və dedi:
– Mən səni sevirəm!..
Gözlənilməz cavabdan Məsudun özünü itirməsi, onu qucaqlamış zə¬rif qolların qəflətən boşal¬ması və “Qoyma yıxılım” deməsi eyni vaxtda baş verdi.
Məsud gözlənilmədən başını onun sinəsinə qoyan Mə¬tanətin söykəyinə girdi. Onu cəld səhnədən çıxardı, ota¬ğa aparıb stulda əyləşdirdi.
Aparıcı qrafindən su töküb qızın üzünə çilədi və tə¬cili yardıma zəng vurdu. Üzünə vurulmuş soyuq sudan gözlərini açan Mətanət Məsudun gözlərinin içinə baxdı. Bütün gücünü toplayıb dedi:
– Mən səni sevirdim və sevirəm. Sevgimi dilə gətirib səni bədbəxt etmək istəmirdim. Heç bir dərman kö-mək eləyən deyil, – deyən Mə¬tanət əlini Məsudun sifə-tin¬də gəzdirdi və dedi:
– Sən ağlayırsan? Ağlama!
Həkim Məsudun sinəsinə söykənmiş xəstəni yox¬la-yıb başını buladı.
***
Evə gələn Məsud aldığı təzə qəzetləri vərəqlədi. Mətanətin qara haşiyə içərisində gülümsəyən çöhrəsini görcək sarsıldı. Xeyli sonra özünə gəlib nek¬roloqda ya-zıl¬¬anları oxudu: «İs¬tedadlı gənc müğənni Mətanət Vü-qarlı uzun sürən ağır xəstəlikdən sonra vəfat et¬mişdir».
Qəzetin digər səhifəsində isə Mətanət haq¬qında «Sonuncu nəğmə» adlı kövrək bir yazı çap olunmuşdu.
03.12.2015

Yazıya 442 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.