Səxavət İzzəti Əndəlib – “Sənin eşqin kimi, ürəyın kimi, Donan küçəmizdən keçirəm indi”.

 

 

KÜÇƏ MIZDƏN

 

Sənin həsrətinlə a kövrək maral,

Yanan küçəmizdən keçirəm indi .

Mənimlə danişan xatirələrdən,

Dinən küçəmizdən keçirəm indi.

 

Dərd çalır, ğəm çalır sazının simi,

Əl vursan ağlıyar kövrəkdir himi,

Sənin eşqin kimi, ürəyın kimi,

Donan  küçəmizdən keçirəm indi.

 

Qaldı bu küçədə nəyim var nəyim,

Sınan telli sazım, ağlıyan neyim,

Bir gün əllərində şair üurəyım,

Sınan  küçəmizdən keçirəm indi.

 

Dözdüm hər zülümə dedim qədərdi,

Kimlər bu küçədən gəlib gedrdi,

Mənim keçirdiyim əzabı, dərdi,

Qanan  küçəmizdən keçirəm indi.

 

“Əndəlib” dərd gəzir döşümün üstə,

Daşım dayanmadı daşımın üstə,

Dönüb ağ buluda başımın üstə,

Qonan küçəmizdən keçirəm indi.

 

MƏN SƏNI UNUDA BILMƏDIM GÜLÜM

 

Sən məni unutdun xeyrin olsun,

mən səni unuda bilmədim gülüm!

Yazıram sevənlər oxusun bilsin,

mən səni unuda bilmədim gülüm!

 

Hələ yadımdadı ilk baharıdı,

Əl çatmaz zirvələr tala qarıdı,

Səni ilk gördüyüm birgün varıdı

O günü unuda bilmdim gülüm!

mən səni unuda bilmədim gülüm!

 

Duymadım baharı, itirdim yayı,

Keçdi ömrüm günüm keçdi havayı!

Unutdum hər şeyi səndən savayı,

Tək səni unuda bilmədim gülüm!

 

Ey mənim ömrümün amanın kəsən!

Mənim günlərimə şəriksən nəsən?

Gecədə gündüzdə ürəyimdəsən,

mən səni unuda bilmədim gülüm!

 

Içim için için qaynayır mənım,

Həsrətin içimdə oynayır mənim,

Bir misirə dilimdə göynəyir mənim-

« Mən səni unuda bilmədim gülüm»

 

Sevgilim ömrü, günü unutdum,

Səhəri, axşamı, danı unutdum,

Belə fikr eləmə səni unudum,

Mən səni unuda bilmədim gülüm!

 

 

ANAMIN ƏLLƏRİ

Üzümə toxandı bir gül yarpağı

Ay ana əllərin yadıma düşdü

Yarpaqlar bəzədi bağçanı, bağı

Ay ana əllərin yadıma düşdü

 

Saldığın ağacın gülü danişdi

Çaldığın laylanın dili danişdi

O alma naqqışlı xali danişdi

Ay ana əllərin yadıma düşdü

 

Anasız bu dünya ahdı, azardı

Nə yaxşı dünyada analar vardı

Qızım qollarını buynuma sardı

Ay ana əllərin yadıma düşdü

 

Enişlər, yoxuşlar üzümə durdu

Ağrılar, acılar ömrümü yurdu

Sənsiz keçən ömür ağır ömürdü

Ay ana əllərin yadıma düşdü

 

Alışan ocağam , qovrulan sacam

Yüx olan varlığam dağılan gücəm

Əlin ver əlimə sənə möhtacam

Ay ana əllərin yadıma düşdü

 

 

 

KƏSMƏ ŞIKƏSTƏ

 

Yox əzzim çağırıb yox əzzim deyib

Mənimlə ağladı kəsmə şikəstə

Bəlkədə mənimlə köhnə tanışdı

Məni qucaqladı kəsmə şikəstə

 

Əzzim deyə- deyə ketdi əzizlər

Qurtardı tükəndi bitdi əzizlər

Onun nəvasiylə yatdı əzizlər

Yenə də çağladı kəsmə şikəstə

 

Yordu ilim ayım günüm könlümü

Dərdlərə, ğəmlərə ğənim könlümü

“Əndəlib” yenədə mənim könlümü

Özünə bağladı kəsmə şikəstə

 

 

 

 

Yazıya 633 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.