AZƏRBAYCAN
Odlar yurdu, hər gün, hər an,
Ürəyimdən alovlan, yan.
Dəlidağtək məğrur dayan,
Səndən ayrı yaşarmı can
Azərbaycan!
Şuşa, Laçın gələcəyin,
Cəbrayıltək dərdin, qəmin.
Gül-çiçəkli Kəlbəcərin,
Gözlərindən tökərmi qan
Azərbaycan!
Ağdam, Qubadlı, Zəngilan,
Yandı yurdum, yandı yuvam…
Qarabağda at oynadır-
Vəhşi dığa, kor Balayan
Azərbaycan!
Tamaşa əyləyir cahan,
Düşmənlərin nankor, nadan.
Qan gölündə üzür dünyan,
Xocalıda al qana-qan
Azərbaycan!
Gözümdə kölgədi qəmim
Görünmür dumanın, çənim,
Üç rəngli bayrağım mənim,
Qiyamətə qalarmı qan?
Azərbaycan!
TÜRKİYƏM!
Başa vurub zəfərini Afrindən,
Ordu tutup şanlı əsgərlərindən,
Bayrağımla, bayrağınla yenidən,
Qarabağa yürüsənə Türkiyəm!
Bu gün, yarın… danışığı masaldı,
Sözdən sözə vədə vermək kolaydı,
Azərbaycan Qarabağla azaddı…
Mehmətinə səslənsənə Türkiyəm!
Şuşa boyda ürəyimdə yaram var,
Qarabağda əsirlikdə qalan var,
Xocalıda qətliam var, qıyam var,
Turan deyib kükrəsənə Türkiyəm!
Xarı bülbül Ağdamımda ötmədi,
Zəngilanı xan çinarlar öymədi,
Anam öldü, Kəlbəcəri görmədi,
Kəlbəcəri səsləsənə Türkiyəm!
Yaranışdan mərhəmətli, igitsən,
Məzlumları, yetimləri kirit sən,
Düşməninin qanlar tutan gözünə,
Külümüzü üfürsənə Türkiyəm!
Yurd yuvası talan olan Hicranam,
Ömrü, günü yalan olan Hicranam,
Türk qızıyam, balan olan Hicranam,
Hasrətimdən üşüsənə Türkiyəm
Mərhəmətin Timsalisin Türkiyəm!
Qucaq açdın Yahudiyə, Ərəbə,
Sahib çıxdın kimsəsizə, kimsəyə.
İman ettin, səcdə qıldın Kabəyə;
Mərhəmətin timsalisin Türkiyə!
Fərq qoymadın nə Erməni, nə Rusa,
Qapı açdın İngilis, Belarusa
Sevə sevə Türkistandan Turana,
Məhabbətin misalisinn Türkiyə!
Yaranmadın dəlidolu nahaqdan,
Göz oxşayıb könül açdın uzaqdan.
Yolun keçdi şanlı Çanakqalaladan
Tarixlərin masalısın Türkiyə!
Günəş kimi işıq saldın cahana,
Qan kusturdun insafsıza, nadana..
Heç qıymadın bəla gəlsin balana..
Anaların anasısın Türkiyə!
Arfin üsdə qollarını salmağın,
Qollarını qollarına sarmağın.
Ay ulduzluı, alov dilli bayrağın,
Dalğalanan simasısın Türkiyə!
Əskərlərin hələ Suriyalarda,
Haqqın qardaşısan qoca dünyada.
Mərhəmətdə, ədalətdə, imanda,
Yer üzünün insanısın Türkiyə!
Mərhəmətin timsalisin Türkiyə!
Mən Türkəm!
Nadanların gözlərinə çəpərsən,
Düşmənlərin hiyləsinə sipərsən,
Dünya boyda yaradılan Türk sənsən,
Soyu-kökü yer yüzündə bir nərəm…
Mən Türkəm!
Nə amalım, nə əqidəm dəyişməz,
Kolum sınar biləklərim əyilməz,
Aldadılıb ağlım-başım yeyilməz,
Ovuç-ovuç əllərdə ələnmərəm…
Mən Türkəm!
Bu dünyanın barış adlı balası,
Göydə günəş yərdə abu-havası,
Haqsızların, zalimlərin bəlası,
Sevə-sevə bir ömürə gələnəm…
Mən Türkəm!
Şüarımız bir azadlıq bir barış,
Kimsədən çalmadıq torpak bir qarış,
Özbəkistan, Kazaxıstan qarışıq,
Türkmənistan, Qırğızıstan deyənəm…
Mən Türkəm!
Turanın torpağı, daşı Hicranam,
Millətimi, devlətimi səvənəm,
Bu dünyada bu başımı təkcənə,
Torpağıma, Bayrağıma əyənəm…
Mən Türkəm!
O soyuq dəkabr gəcələrindən…
Kim bilir bəlkə də, sənin qolların,
Boynuma dolanan Vətən olacaq.
Alıb sinəsinə bir ömür boyu,
Boyuma biçilən kəfən olacaq!
Dərdimi, qəmimi unutduracaq,
Gözümün yaşını qurutduracaq,
Kim bilir bəlkə də, qürbət ellərdə,
O, mənə Vətəni yaşatdıracaq…
Kim bilir nələr var alın yazımda,
Doğulduğum gündən perikdi ruhum!
Burda səksəkəli deəyilik, Ana,
Aldığım nəfəsi qorxaraq udum…!
Yollar çox uzaqdı, yollar bitməyir,
Yolumu nə boran, nə qar kəsməyir,
Tökülür gözümdən qara damlalar-
Üstümdən qara yel, səmum əsməyir..
Burda təbiətin üzü günəşli….
Burda adamların qanı istidir…
Elə bil doğmaca Kəlbəcərdəyəm-
Elə bil Sakarya evin içidir…
Hicranın ürəyim Bakıya sarı…
Çırpınır gecələr ulduzla, ayla…
O soyuq deəkabr gecələrindən-
Yuvamdan didərgin düşmüşəm, Ana!
ANA
Ürəyimdə arzularım,
Çiçək-çiçək açmır, Ana…
Hayat dolu umutlarım,
Işıq-ışıq saçmır, Ana!
Gözlərim hey gəzir səni,
Bilirəm gələn deyilsən…
Indən belə yarpak kimi,
Üstümdə əsən deyilsən…
Daha yoxsan! Yansın dilim,
Adını da pıçıldamır…
Parçalanan ürəyim,
Daha canımda yaşamır.
Heç kimə qaynamır qanım,
Bu nə ayrılıq, nə sitəm?
İntizardan yanır canım,
Açmırsan qapını gələm…?
Ayaz vurub, şaxta vurub,
Damarımda solub qanım.
Sümüklərim üşüyür,
Havada donur ahım!
Indi-indi bilirəm ki,
Köçgün, yurtsuz, yuvasızam!
Sınıb yanıma düşüb,
Zəril, qolsuz qanadsızam!
Sıxdı acı hayat məni,
Yalan dünya, yaman oldu…
Uyuduğun qərib məzar
Ana, mənim anam oldu…
BAX
Can çəkirəm can içində,
Ay vüsalım yan içimdə.
Vətən, torpaq qan içində,
Ürəyimdə dağlara bax..!
Yaram kimi qaşıdığım,
Yalan kimi yaşadığım,
Balam kimi daşıdığım,
Kürəyimdə ağlara bax…
El-obası talan olan,
Yeri-yurdu yağmalanan,
Göy üzündə alovlanan,
Kurşunlanan bağlara bax
Saflıq ac qurdun quzusu,
Eşq ölümün yuxusu,
Bu dünya bir siir quyusu,
Ölənlərə, sağlara bax…
Hicran qalıb sorağında,
Güc tükənib qollarında…
Yürüdüyü yollarında-
Duman, sisə, qarlara bax..
Yazıya 426 dəfə baxılıb