***
.
.
Əsəd Cahangirin 55 illiyinə….
.
Bəxt üzünə gülən gələr.
Çox dünyada pəncərələr,
Ötüb keçsən bir deyilir.
.
Yaxşılığa əl atana,
Haq edib könlə yatana.
İmkansıza əl tutana,
Xeyirlə əlbir deyilir.
.
Şahlar yada düşmür ,niyə?
Min ahlar yüksəldib göyə.
Nizamiyə,Füzuliyə,
Nəsimiyə pir deyilir.
.
Zülümkarın yoxdu eli,
Şər deyənin susar dili.
Çox əyrini.çox qozbeli,
Düzəldər qəbir,deyilir.
.
Doğulandan sir olana,
Könüllərdə pir olana.
Sözü,işi bir olana,
Əsəd Cahangir deyilir
.
***
.
NAZİLƏ GÜLTAC
.
Əsəd Cahangirin 55 illiyinə….
.
Əsəd Cahangirin 55 illiyinə….
.
.
Sən o gün…
.
Sən o gün şair oldun.
Sən o gün söz ilə yoğruldun.
.
O gün evin dalındakı
O heyva ağacı
Qədim əcdadının
Ruhunu çəkmişdi canına.
Sən o gün başqaydın…
Bir işıq düşmüşdü qanına.
Günəş səma boydaydı.
O aran kəndinə səsizlik çökmüşdü.
Kənd başqa haldaydı.
-Mənə vergi verilib- deyirdin,- ay ana
-Mən söz ilə sevdalandım, -ay ana
O gün
Ağ işıq zolaqlı
Bir yol uzanırdı
O kənddən bu yana.
.
Bir qadın
əlində çörək ətri.
Dilində duası
Gəzirdi hanı oğlu?
Sən o gün
Çiynində söz heybəsi
Gedirdin tanrıya doğru…
ŞƏFƏQ SAHİBLİ
.
Tanınmış tənqidçi, görkəmli şair,mütəfəkkir
söz adamı Əsəd Cahangirin 55 illiyinə
.
Dur ac yaxasını xatirələrin,
Qoxla nəfəsini ötən illərin.
Ömrün dan yerindən əsən yellərin
Özgədir ləzəti, ayrıdır tamı.
Sözün adamı!
.
Adlayıb ömründən neçə qərinə,
Xəyal çəkib səni, çəkib dərinə.
Dünyanın düşüncə badələrinə
Zaman misra-misra süzür adamı
Sözün adamı!
.
Bu keçib gəldiyin ömür yolunda,
Gözü doluxsunub bəzən yolun da.
Ürəkdən deyilən bir”sağ olun”da,
İsidir həniri, közü adamı
Sözün adamı!
.
Ümid yollarında cəfakeş oldu,
Həyat başdan-başa keşməkeş oldu.
Ömür haçan gəlib əlli beş oldu?!
Əzəldən doğrunun, düzün adamı,
Sözün adamı!
.
Ürək ağrı çəkir söz üşüyəndə,
Ocaq inildəyir köz üşüyəndə.
Bir qərib baxışda göz üşüyəndə
Doğmatək isidir gözün adamı
Sözün adamı!
.
Düşüncə fatehi, fikrin Əsədi,
Duyğu çiçəklərin tərdi-təzədi.
İrfan dünyasının ruhun bəzədi,
Ürəyin söz gəzir, sözün – adamı.
Sözün adamı!
***
.
İQBAL NƏHMƏT
.
Yazıya 5618 dəfə baxılıb