Sözdən uca söz adamı – Telli Pənahqızı yazır…

telli

Həddən ziyadə sakit, abırlı və mütavazi insandır Əsəd Cahangir. Bəlkə də bütün istedadlı insanlar belədir, hər halda mənim indiyəcən tanıdığım bir çoxları məhz onun kimidir, dindirməsən dinməz, danışanda yanaqlarına xəfif qızartı çökər, müsahibinin, xüsusilə də qadın həmsöhbətənin, gözlərinin içinə baxmaz!

“Lap köhnə kişilər kimi”…-deyənlərə sözüm: ”Əslində bizi bir millət kimi ayaqda saxlayan elə unutmaqda olduğumuz, “arxaikləşib”- deyə tarixin qaranlıq küncünə tulazlamağa tələsdiyimiz belə keyfiyyələrdir ki, biz imtina edirik, özgələri mənimsəyir, sonra da başlayırıq arxiv axtarmağa, tarix vərəqləməyə ki, “ay aman, bu bizim gələnəksəl ədəb-ərkanımız, tarixi-irfanımızdır, niyə oğurladılar, niyə özəlləşdirdilər?” və s…
Bizdə nədənsə istedadlı insanları sevən çox azdır və Allah vergisi qabiliyyəti olanlardan çoxları çəkinir və belələrini ”görməzdən” gəlməklə onların bacarığının, istedadının üstünə kölgə salmağa adətkar olan bir toplum formalaşmaqdadır. Özündən və özü kimi “hər şeydən xəbərdar, hər sahəyə hakim olanlardan formalaşan bu dəstələr, hər yerdə özünü gözə soxmağı bacarmayanlara, necə deyərlər, “sakitcə başını aşağı salıb işini görənlərə” nədənsə belə, bir təhər baxırlar, e!”
Bu yazını hazırlayarkən internetdə Əsəd Cahangir haqqında kiçik bir araşdırma apardım. Ay Allah, bu insanın nə qədər bədxahı varmış, yaşıdları, həmkarları, haqqında zəhmət çəkib məqalə, resenziya yazdığı adamlar, onun tənqidi fikirlərinə dözməyənlər!
Görəsən istedadlı insanlara münasibətdə biz niyə beləyik? Bəlkə də ən yaxşı cavabı elə İlahi bir fəhmlə Əsəd Cahangir özü verib: “ İnsan o şeylərin ardınca qoşmalıdır ki, ölüm onları bizdən ala bilməsin! ”
Hələ 50 yaşı olanda ona yönəlik tənqidi fikirlər söyləyən “dostlarına” məşhur tənqidçi Belinskinin bu sözlərini xatırlatmışdı: “İnsanın yaşı artdıqca onu başa düşənlərin çevrəsi daralır və axırda o, tək qalır”.
Belinskinin yaşadığı dövrü deyə bilmərəm, ancaq bir həqiqət var ki, böyük tənqidçinin müasiri olan kübar elitanın nümayəndəsi sayılanların hamısı kitab oxumasalar da, hər halda qoltuqlaında, çantalarında kitab gəzdirələrin, məclislərdə hər hansı yeni bir əsərin müzakirəsində iştirak etməyə həvəs göstərənlərin sayı təəssüf ki, bizim zəmanəmizdə arzu olunan bir prosesə çevrilib. Və elə bu səbəbdən də müasir ədəbi tənqidin qıtlığından bədii özünü ifadə arialında sayı durmadan artan yazıçı və şairlərin “istehsal etdikləri” bədii nümunələrin heç də hamısı oxunmur, populyarlıq qazanmır. Çunki bu “hərtərəfli istedad sahiblərinin” heç birinin özünə rəhmi gəlmir, cızma-qarasına sərf etdiyi vaxta, əziyyətə heyfslənmir. Onların böyük əksəriyyəti üçün ədəbi tənqid anlayışı yoxdur və bu müəlliflər üçün peşəkar tənqidçi rəyi o qədər də önəmli və vacib deyil, çünki genış oxucu marağı, oxucu tələbkarlığı da yoxdur!
İndi dünyada çox şey dəyişib. Təkcə cəmiyyətin yaşam tərzi, həyati istək və arzuları, dünyaya baxışı deyil, həm də mənəviyyatında qəribə və artıq geriyə dönüşü olmayan, sanki “həyatdan nəyin, kiminsə intiqamını almaq hissi” bir tələbata, yaşam normasına çevrilən bir kütlə formalaşdırılır! Dünya sərsəmlərin, Allahsızların, mənəviyyatı qara qəpiyə dəyməyən kafası pozuq monstların əlində oyuncağa çevrilib. Haqsızlar haqlı, canilər qəhrəman, evdə ailəsinin namusunu qorumaq iqtidarında olmayanlar “dəstəbaşı” rolundadır və qarşısı alnmaz bu bədxahlar sürüsü də cəmiyyəti məhvə aparır. Bütün dünyanın görünən mənzərəsi budur: ətrafımızda hər gün baş verən kataklizmalar, kütləvi şəkildə tirajlanan kitablar, çəkilən filmlər… Əsl ədəbiyyat, sabahın bədii sözü, düşüncəsi, məntiqi baxışı, ədəbi proseslərin yaşam və inkişaf perspektivləri beləcə tənəzzülə doğru gedir.Portretin müəllifi SEHRAN ALLAHVERDİ
Özündən başqa heç kəsi bəyənməyənlər yazdıqlarını “şedevr” bilib kompüterin əlifba düyməsindən canını birtəhər qurtaran səhifələri diskə, flyaşkaya köçürüb nəşriyyata qaçırır, redaktəsiz, rəysiz çap etdrməyə nail olur, necə deyərlər; “bazar onun, mal olun”- pulunu verib kitabını alır, yeni nəşrin “təri soyumamış” dost-tanışını başına yığıb təqdimat keçirir və beləcə fidan şivli söyüdlər qollu-budaqlı nəhəng çinarların hələ də yaşıllığını, əzəmətini (oxu mənəvi dəyərini, ədəbi mahiyyətini) qoruyub saxlayan əbədi sırasını pozmağa, əsrlər boyu yaradılanları “sandıq ədəbiyyatı” adlandırıb arxivlərin qaranlıq və toz basmış zirzəmisinə yollamağa can atırlar ki, meydan bunlara qalsın!
Təbii ki, belələri də peşəkar tənqidiçi fikrindən, tənqidçi təhlilindən “cin dəmirdən qorxan kimi qorxub” qaçır və düz də eləyirlər, axı mahir və ağıllı, savadlı, söz, ədəbiyyat qədri bilən, millətin mənəvi dünyasının zəngiləşməsi qayğısına qalan, Sözün təəsübünü çəkən Söz adamı bu “küllük ədəbiyyatında” heç nə tapmadığından tərif də yazmayacaq ki, kiminsə xoşuna gəlsin.
Əslində, düşünürəm ki, normal ədəbi mühitdə tənqdçinin haqq sözü gərək istedadlı qələm sahibini qıcıqlandırmasın! Təbii ki, bunun əksi olanda tənqidçini başa düşənlərin çevrəsi gərək daralmasın, əksinə, hər bir bədii təxəyyül məhsunun uzun ömürlülüyü, məşhurluğu daha çox ədəbi təndiqi güclü olan cəmiyyətdən asılıdır. Məncə insanlar zaman-zaman çalışdıqları sahədən asılı olmayaraq, gərək iddaları ilə imkanları arasında bərabərlik işarəsi qoymağa tələsməsinlər. Çünki ədəbi təndiqi daha çox əsərin müəllifi yox, ədəbi materialın dəyəri maraqlandırmalıdır. Təəssüf ki, son vaxtlar yağışdan sonra ətrafı bürüyən göbələklər kimi sayları gündən-günə artıb çoxalan, ancaq heç bir ictimai mahiyyəti və bədii dəyəri olmayan, ədəbiyyatda hadisəyə çevrilməyən, ancaq hansı yollarlasa resenziya yazdırmağa nail olan xeyli “istedadlı yazıçı və şairlər” peyda olublar ki, Əsəd Cahangir kimi ciddi tənqidçilər onlara qarşı mübarizəni də bihudə əziyyət sayırlar və düz də edirlər.
Tənqidçi Əsəd Cahangir də ədəbi mühiti bürümüş iddia ilə imkan arasındakı dəhşətli uyğunsuzluğa, bayağılığa etiraz edənlərdəndir. Onun kölgəsini qılınclayanların, nədəsə ittiham etməyə çalışanların sayı çoxalır. Ancaq Əsəd Sözü özündən, Özü sözündən uca olan bir qələm əhlidir və həqiqi istedad sahibləri ona daha çox yaxın olmağa çalışmalıdır.
Vladimir Nabokov deyirdi ki, yaxşı oxucular kitab oxumur, xüsusi ilə də o kitabları ki, onlar ədəbi camiyənin şah əsərləri sayılır, bu kitabları sadəcə akademik məqsədlər üçün ümumiləşdirirlər və bu işi də ağıllı və istedadlı tənqidçilər görür.”
Son illər yaranan ədəbi-bədii nümunələrin akademik səviYyəyə yüksəlməməsinin səbəbi, məncə, daha çox ədəbi tənqimizin zəifliyi ilə izah olnumalıdır ki, bunun da əsas nüanslarını izah etməyə çalışdım və bir narahatlığımı da dilə gətirib yubilyara arzularımı tamamlayacam.
Tanış olmağa imkan, vaxt və hövsələ tapdığım çağdaş ədəbi mühitdə sanki, sözü kütlənin səviyyəsinə endirən yazarlar daha tez populyar olmağa başlayıblar. Bəlkə bunun bir səbəbi də estetik hərəkətin-ədəbi tənqidin susqunluğu ilə bağlıdır.
Natiqliyin əsas şərti nitqi vaxtında və nida ilə bitirməkdir-deyirlər və mən bu qızıl qaydaya əməl etməyə tələsirəm:
– Sözün yükünü əbədi çiyninə alıb onu qayğı ilə daşıyan, öz nəfəsi ilə dirildib, sevgisi ilə canlandıran, qəlbinin hərarəti ilə hərəkətə gətirib, düşüncələri ilə cilalayıb, ümidləri ilə süsləyib yaşamaq haqqı verən Söz adamı! İki 5-inin zirvəsində əlini qaşının üstünə qoyub irəliyə, dan yerindən yenicə boy qaldıran günəşə bax! Görəcəksən ki, Söz də günəş kimidir: canlıdır, işıqlıdır, hərarəti ilə könülləri isidir, gözləri qamaşdırır, nuru aləmə yeni bir günün başladığını xəbər verir. Onun, yeni Söz ümidi ilə dünyaya gələn o Günəşin pişvazına tələs! Ömrünün bu qoşa 5-nin aşrımında qapını həmişə sözlü insanlar taqqıldatsın, Sözün özündən, Özün də sözündən uca olasan həmişə, Əsəd Cahangir, ifallı və səmimi İnsan!!!

Yazıya 240 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.