10 NOYABR ATATÜRKÜN ANIM GÜNÜ VƏ ATATÜRK HƏFTƏSİ GÜNÜDÜR!!!
(PYES)
(əvvəli var)
II PƏRDƏ
Üçüncü şəkil
Levonla Sərkis əllərini iplə sarıdıqları türk zabitini gətirirlər. Onun saçları qarışıq, sir-sifəti qan içindədir. Hərbi geyimi bəzi yerlərdən cırılıb.
Levon. Sən Baş komandanın mühafizəçisən. Yaxşı bilirsən ki, indi sənin taleyin bizim əlimizdədir, bizim mərhəmətimizdən asılıdır. İstəsək, buraxarıq, çıxıb gedərsən evinə-eşiyinə. Sən ağılsız deyilsən. Bilirsən, dediklərim ayrı-ayrı şeylərdir. Birinci halda gorbagor olacaqsan. Torpağın altında sümüklərin də çürüyəcək. İkinci halda sağ qalacaq, arvad-uşağının yanına gedəcəksən. Yunan ordusu sizdən güclüdür. Bu orduya başqa dövlətlər də dəstək verirlər. Mustafa Kamal başınızı piyləyib, siz də düşmüsünüz əli yalın ortaya ki, biz də vuruşuruq. Heç nəyə nail ola bilməyəcəksiniz. Yunanlar sizi qırıb axırınıza çıxacaqlar. İnanmırsan mənə?
Türk zabiti. Siz türk əsgərlərini yaxşı tanımırsınız. Son damla qanlarına qədər vuruşacaqlar.
Sərkis. Bəs sonra? Hamınız qırılandan sonra ağlınız başınıza gələcək? Ankaranın yolu açılacaq. Buna əmin ola bilərsən. Belə məlum olacaq ki, siz nahaq yerə döyüşmüsünüz. Onda yerdə qalanlar sizin orduya da, Baş komandanınıza da lənət yağdıracaqlar.
Türk zabiti. Bu sizin xam xəyallarınızdır. Qələbə həmişə bizimlə olub! Türk ordusuna da, Baş komandanımıza da həmişə alqış deyiblər!
Sərkis. Çal Dağı əldə saxlamaq üçün dəridən-qabıqdan çıxdınız. Nə oldu axırı? Haymanaya doğru çəkildiniz.
Türk zabiti. Bizdə belə bir atalar sözü var: “Bir işin önünə baxma, sonuna bax”. Geri çəkilmək hələ məğlubiyyət deyil.
Sərkis. Sözümü kəsmə, qulaq as. Yunan ordusu fürsəti əldən verməyib Haymana üzərinə hücuma keçdi. Hərbi sursatınız çatmır. Ərzaq sarıdan da qıtlıqdır. Az qalırsınız bir-birinizin ətini yeyəsiniz. İndi yunanlar Haymana dağını da tutublar. Döyüşlərdə, bilirsən, nə qədər canlı qüvvə itirmisiniz?
Levon (qəh-qəhə çəkərək).Sayı yox, hesabı yox. Min nəfərə yaxın əsgər, səksəndən artıq zabit. Elə bilirsiniz itkilərinizdən xəbərimiz yoxdur?
Türk zabiti. Təklifiniz nədir?
Sərkis. Bizə sizin baş komandanın ölüsü, ya da dirisi lazımdır (bir kisə çıxararaq göstərir). Bu, qızıl kisəsidir. Sənə çatır. Biz deyənlə durub-otursan əlavə mükafatın da olacaq.
Türk zabiti. Sizin millətin qanında var bu satqınlıq, yaramazlıq, şər toxumu səpmək, ara qarışdırmaq, ara düzəltmək. Sizin xəmiriniz pis-pis işlərlə, hiylə və məkirlə, xəyanətlə yoğrulub. Həmişə yediyiniz qaba tüpürmüsünüz.
Levon (əlini qaldırıb onu vurmaq istəyir, Sərkis qoymur. Mühafizəçiyə). Ömründə bir dəfə sən də yediyin qaba tüpür. Qorxma, dünya dağılmaz. Əvəzində azadlığa, var-dövlətə çatarsan.
Türk zabiti. Onda mən türk yox, erməni olardım. Məni öldürə bilərsiniz. Fəqət qulağınızda sırğa edin. Biz Çanaqqala müharibəsi, İnönü döyüşləri kimi Sakarya meydan müharibəsini də udacağıq. Vətənimizi düşmənlərə verən deyilik! Ölkəmizə sahib çıxmaq arzunuz da gözünüzdə qalacaq! Torpağımıza soxulan, soxulmaq istəyən soxulcanların, ilanların biri də cəzasız qalmayacaq! Yadınızda saxlayın: yırtıcı quşun ömrü az olar!
Sərkis (sinirli). Gəl daşı tök ətəyindən, tərslik eləmə. (Levona) Ara, bu musurman həmişə belədir. Xeyrini bilmir, sonra peşman olur.
Türk zabiti. Yanılırsan.
Sərki. Gecə qara, cücə qara. Axşam düşəndə fürsət tap, bıçağı sapla Mustafa Kamalın ürəyinin başına, ol dünyanın xoşbəxti.
Türk zabiti. Xəyanətkar millətin verdiyi vəd də yalan olur.
Sərkis. Levon, eşitdin, o bizə inanmır. Elə isə mükafatını qabaqcadan veririk (ikinci kisəni də çıxarıb, hər iki kisəni onun ayaqları altına atır).
Türk zabiti (ayağı ilə kisələri vurub kənara atır). Hər dəfə ermənilərə rast gələndə onların nə qədər rəzil və murdar olduqlarına bir daha əmin oluram. Yunanlar, Çal Dağı və Haymananı ələ keçirsələr də, onların durumu heç də ürəkaçan deyil. Bizim də bunlardan xəbərimiz var. Bizim bir həmləmiz yetər ki, yunanlar geri çəkilsinlər. Siz erməniləri insan yox, şeytan doğub. Doğan yerdə onun qarnına şiş bataydı. Mən sizə nifrət edirəm (türk zabiti Levonun üstünə atılır, ayağı ilə də Sərkisi vurur). Levonla Sərkis türk zabitini yerə yıxıb əzişdirirlər. Onun müqavimət göstərdiyini görüb bıçağı sinəsinə vururlar.
Türk zabiti (yerində qıvrılaraq). Məhv olsun düşmən! Yaşasın Baş komandan! Mustafa Kamal paşaya, türk ordusuna eşq olsun! Yaşasın azad və müstəqil Türkiyə! (ölür).
Sərkis. Mən bu türkləri yaxşı tanıyıram. Bunlar öz rəhbərlərinə xəyanət etməzlər. Ölənə kimi vuruşacaqlar. Zabitin dediklərində həqiqət var. Əlac özümüzə qalıb. Qızılları götür, əkilək. Gəlib çıxan olar, atamızı yandırarlar (gedirlər).
Şəkil dəyişir. Təpə. Ətraf yaşıllığa qərq olub. Ağacların arxasından pulemyotların lülələri görünür. Bir neçə türk əsgəri əyləşib söhbət edir. Onların arasında Azərbaycandan gəlmiş könüllü Fərhad da var.
Uğur. Bu yunanlar yaman baş aparır ha! Qovuruq, fırlanıb yenə üstümüzə gəlirlər.
Özgün. Baş aparmaq üçün baş lazımdır. Başları olsaydı, gəlib buralara çıxmazdılar.
Fərhad. Sənin sözlərin yadıma bizim Molla Nəsrəddini saldı. Yaman baməzə kişi olub. Sizlərdə ona Xoca Nəsrəddin deyirlər. Bir dəfə Molla evinə gələndə görür ki, qonşular onun həyətinə yığışıblar. Birisi Mollaya deyir: «Arvadın yıxılıb ağlı başından çıxıb”. Molla halını pozmur. Deyir: “Mən öz arvadımı hamıdan yaxşı tanıyıram. Onun ağlı heç əvvəldən yox idi. Görəsən başından çıxan nədir?!” İndi, ay uşaqlar, bu düşmənin başındakı ağıldır, yoxsa bizim Molla demişkən, nədir? Bilmirəm.
Əsgərlər gülürlər. Özgün siqaret çıxarıb yandırır.
Uğur. O gün Fevzi Çakmak paşa deyirdi ki, bu müharibə yunanlarla son müharibə olacaq. Onları Ağdənizə tökəcəyik!
Fərhad. Uğur, deyirsən yunanları yuyub sonra asacağıq ki, qurusunlar?! Necə fikirləşirsən, onları dənizə töksək, günahları yuyular?
Özgün. Fərhad, onların günahını heç nə yumaz. Nə su, nə güllə, nə də od!
Samət çiynində tüfəng gəlir.
Uğur. Gəl, Çərkəz Ədhəmin gül balası.
Samət. Uğur, yenə başladın? Allah Çərkəzin başına daş salsın. Başımızı piyləyib ağlımızı almışdı.
Özgün. Türk ozanları bilirsən sənin kimilər barəsində nə deyiblər? Qulaq as (tüfəngi götürüb saz kimi çalır):
Qaracaoğlan, gəz mərd ilə,
Ülfət qılma namərd ilə.
Fələk bizi bu dərd ilə
Qoyar qaçar, demədimmi?
Üğur. Ay Samət, bəs bilmirdin ki, Çərkəz Ədhəm bərkə düşəndə, öz canının hayına qalacaq, sizi qoyub qaçacaq? Ay canım, adam qoşulanda da bir fərlisinə qoşular.
Samət. Xəcalətimdən az qalır yerə girim. Arvad-uşaq da üz döndərmişdi. Nə yaxşı ki, Mustafa Kamal paşa ilə İsmət paşa məni bağışladılar. Günahımı yumaq üçün fürsət verdilər. Daha ağlım başıma gəlib, narahat olmayın. Ancaq sizdən bir xahişim var: keçmişimi xatırladıb mənə əzab verməyin.
Özgün (Uğura). Eşitdin? Doğru deyir. Daha düşükləmə. Samət, əslində biz səni dolamaq üçün yox, döyüşqabağı kefimizi açmaq üçün zarafat edirik. Fərhad, başla. Molla nə deyir?
Fərhad. Mollanın evinə oğru gəlir.
Fevzi Çakmak paşa sakitcə gəlib qulaq asır.
Oğru otağın birindəki şeyləri yığışdırıb çölə çıxır. Molla da əyləşdiyi otaqdakı şeylərdən əlinə keçəni bir çamadana yığıb onun dalınca düşür. Gəlib çıxırlar oğrunun evinə. Oğru baxır ki, Molla onun yanında dayanıb. Ondan soruşur: «Sən mənim evimə nə edirsən?» Molla cavabında deyir: “Bəs bura köçmürük?”
Əsgərlər gülürlür. Fevzi Çakmak paşanı da gülmək tutur.
Fərhad onu görüb pərt olur.
Fevzi Çakmak paşa. Fərhad, oğlum, narahat olma. Hər şey qaydasındadır. Mən çox sevinirəm ki, döyüşqabağı deyib-gülürsünüz. Savaşa belə nikbin ruhla, üzügülər gedərlər. Onda qələbə də asan qazanılır. Molla Nəsrəddinin lətifəsi idi?
Fərhad. Bəli, paşam.
Fevzi Çakmak paşa. Ağız ədəbiyyatında türk xalqlarının ortaq nümunələri çoxdur. Atalar sözlərimiz, bayatılarımız, «Koroğlu», «Dədə Qorqud» dastanlarımız…
Döyüş başlanır. Pulemyot, top səsləri. Əsgərlər silah başına keçirlər.
(əsgərlərə) İgidlər, uğurlar sizə!
Fərhad (atəş açır). Al gəldi… Düz sinəsindən vurdum. Aşdı.
Samət. Birini də mən vurdum.
Şəkil dəyişir. Fevzi Çakmak paşa qərargahda əyləşib. Yunan ordusundan əsir alınmış iki əsgər dayanıb gözləyir. Əli silahlı üç əsgər onlara nəzarət edir. Yorğunluqdan və bir də vaxtlı-vaxtında yemədikindən əsirlərin sifətlərinin əti çəkilib. Qorxudan gözlərinə qaranlıq və vahimə çöküb.
Fevzi Çakmakt paşa (hündürboylu əsirə üzünü tutaraq). Buyur, görüm.
Əsir (çəkinə-çəkinə). Desəm, inanmayacaqsınız. Əslində biz əsgərlər bu müharibəyə öz xoşuna qoşulmamışıq. Mən kəndli babayam. aşımızı əkin-biçinlə zorla dolandırırıq. Bir çətən külfətik… Yalvarıram, məni öldürüb anamı gözü yaşlı qoymayın.
Fevzi Çakmak paşa (sinirlənib ayağa qalxır, siqarını yandıraraq). Bəs bu yayın istisində öldürdüyünüz cavanların anası yoxmu?
Əsir (başını aşağı salaraq gözlərinin yaşını axıdır). Mən əvvəldən Allahıma yalvarırdım ki, müharibə tez qurtarsın. Müharibəyə gələnə qədər heç toyuq başı da kəsməmişəm. Adam öldürmək mənlik deyil. Gülləni də qorxa-qorxa atıram. İlk günlər atəş səsindən diksinirdim, elə bilirdim güllə mənə dəyib. Əlimlə bədəni yoxlayıb salamat qaldığımı görəndə bir təhər sakitləşirdim… Üstümüzə pulemyotları tuşlayaraq bizi məcbur edirdilər ki, vuruşaq. Hansı təpəyə hücum əmri verilirdisə deyirdilər: bu təpənin arxasında Ankaradır. On altı gün ötdü. Ankara görünmədi… “Türklərin əlinə keçsəniz, hər tikənizi qulağınız boyda edəcəklər” deyib bizi qorxudurdular …
Fevzi Çakmak paşa (o biri əsirə müraciətlə). Buyur, görüm, yəqin səni də zorla müharibəyə göndəriblər?! (əsirin dinmədiyini görüb). Sən könüllüyə oxşayırsan Yəqin öz xoşunla müharibəyə qatılmısan?!.
Əsir dillənmir. Bayırda canlanma. Mühafizəçinin səsi eşidilir: “Farağat!” Fevzi Çakmak paşa qalxıb çölə çıxır. Atatürk görünür.
Atatürk (komanda verir). “Azad!” (görüşürlər).
Fevzi Çakmak paşa. Paşa həzrətləri, xoş gördük!
Atatürk. Gün aydın! Nə var, nə yox?
Fevzi Çakmak paşa. Əsirləri dindirirdim.
Atatürk. Gedək, sorğu-sualı davam etdir.
Atatürk və Fevzi Çakmak paşa qərargaha daxil olurlar.
Fevzi Çakmak paşa (sualını təkrar edərək). Sən də məcburən müharibəyə gətirilibsən?
Atatürk (əsirin susduğunu görərək). Hara vətəndaşısan?
Əsir (başını qaldırmadan). Türkiyə.
Atatürk. Harada doğulmusan, müharibəyədək harada yaşamısan?
Əsir. İstanbulda.
Atatürk. Demək, sənin vətənin Türkiyədir. Millətindən asılı olmayaraq hamı vətəni qoruyur. Sən isə vətənə qarşı vuruşursan. Bilirsən səni necə bir aqibət gözləyir?! (xəyanətkara nifrətlə baxaraq). Türkiyənin, türk xalqının siz rumlulara nə pisliyi keçib ki, onu sevmirsiniz, bu ölkəyə, bu millətə qarşı belə namərdlik, nankorluq edir, xəyanətkar mövqe tutursunuz? (əsirin susduğunu görərək).1919-cu ildə yunanlar İzmirə girəndə sənin doğulduğun, boya-başa çatdığın, çörəyini yediyin, suyunu içdiyin, havasını udduğun bu şəhərdə daşı-daş üstə qoymur, dinc sakinləri öldürür, uşaqların başlarını kəsirdilər. Siz rumlular da sevinc içərisində onların qabağına qaçır, düşmənlərimizi duz-çörəklə qarşılayırdınız…
Fevzi Çakmak paşa. Yadına düşmür? Yəqin İzmirin işğalı zamanı rumluların yunan ordusunu sevinclə, coşqun hərarətlə qarşıladığına, döyüşçüləri qucaqlayıb öpdüklərinin sən də şahidi olmusan. Yəqin sən özün də o birilərə qoşulub işğalçılara gül-çiçək dəstəsi gətiribsən.
Atatürk. İzmir mitropoliti Xristostomas çağırılmamış qonaqlara, işğalçılara xeyir-dua verirdi.
Fevzi Çakmak paşa. Rumlular yunan taburunun qarşısına çıxaraq: Zito Venizelos! Zita yunan əsgərləri! – deyə qışqırırdılar.
Atatürk. Yunanlar türklərə divan tutmağa başlayanda yerli rumlular da onlara qoşulmuşdu. Onlar da türkləri öldürür, evlərini yandırır, talançılıq edirdilər. Bunların heç biri yadına düşmür? İnanmaq olmur.
Əsir. Doğru deyirsiniz, komandir, bu əslində biz gənclərin deyil, bizim böyüklərimizin, ağsaqqallarımızın, ağbirçəklərimizin günahıdır.
Atatürk. Öz səhvini başa düşdüyün üçün, yoxsa canını qurtarmaq üçün belə deyirsən? Bunu bilmədik. Amma həqiqəti söylədin
Fevzi Çakmak paşa. Əsirləri aparın.
Atatürk Fevzi Çakmak paşanın qulağına nə isə pıçıldayır. Fevzi Çakmak paşa əli ilə işarə verir. Türk əsgərləri dayanırlar.
(əsgərlərə).
Rumlu əsiri aparın, o biri isə qalsın.
Atatürk (əsirə).Mən belə başa düşdüm ki, sən siyasi oyunların qurbanısan, istəmədiyin halda müharibəyə qatılmısan.
Əsir (sevincək). Doğru buyurursunuz, qurbanın olum.
Atatürk. De, görüm, yunan ordusunun durumu necədir?
Əsir. Onların gücü tükənməkdədir. Ciddi ərzaq qıtlığı ilə üzləşiblər. Bir tərəfdən bu, digər tərəfdən fasiləsiz döyüşlər əsgərləri yorub əldən salıb. Daha pisi, mərmi ehtiyatı azalıb. İtkiləri elə çxdur ki, yüz əlli nəfər əsgərdən təşkil olunmuş bölüyün hər birində indi vur-tut 25-30 döyüşçü qalıb. Müharibə döyüşçüləri təngə gətirib. Bir himə bənddirlər ki, aradan çıxsınlar. Geri çəkilmək barədə söz-söhbət gəzir.
Atatürk (ayağa qalxaraq). Bunu buraxın, çıxıb evinə-eşiyinə getsin.
Əsirin gözlərinə işıq gəlir. Atatürkün ayaqlarına düşüb çəkmələrini öpür. Əsiri aparırlar. Fevzi Çakmak paşa Atatürkü ötürür. Üz-gözlərindən yorğunluq tökülən sanitarlar yaralanmış əsgərləri güllə altından çıxarıb kimisini xərəkdə, kimisinin qoluna girərək dalda yerə aparırlar.
(Fevzi Çakmak paşaya). İndi müharibə bir dönüş nöqtəsinə gəlib çıxıb. Tərəflər geri çəkilmək üzrədirlər. Türklər daha qətiyyətli və dözümlü çıxdılar. Biz müdafiə xətlərində açılan gədikləri aşmaq üçün əlavə qüvvələrdən istifadə etdik. İndi əks-hücuma keçə bilərik. Ancaq nəzərə almaq lazımdır ki, qarşıdakı savaş heç də asan olmayacaq. Sol cinahda yunan qüvvələrinin qarşısı alınıb. Ankaranı gözləyən təhlükə sovuşub. Lakin hələlik bu azdır. Düşmən Orta Anadoludan da qovulmalıdır. Fevzi Çakmak paşa, bütün komandirlərə çatdırın: əks həmlə zamanı əsas diqqət sağ və orta cinahlara yönələcək!
Fevzi Çakmak paşa. Yunanlar geriləmək fikrində deyillər. Əksinə, Sakarya çayının qərbində səngər qazırlar.
Atatürk. Ona görə əmr edirəm: Solumuzdakı ən yüksək təpəyə hücum! (gedirlər).
Levon və Sərkis gəlirlər.
Levon. Ara, bu Türkiyənin padşahı lap keyquludur. Bütün torpağı əcnəbilərə pay-bölüş edib… İndi dəbdə Mustafa Kamaldır. İşlərimiz yalnız onda düzələcək ki, o, ortadan götürülsün. Türk zabitini dilə tuta bilmədik. Zalım oğlu ölümünə razı oldu, ancaq dediyindən dönmədi. Belə yerdə türklər özləri deyiblər: «Ağıl olmayınca başda, nə quruda bitər, nə yaşda». Hə, aşna, əlac özümüzə qaldı. Mustafa Kamalı öldürsək, tarixə düşərik.
Sərkis. Nə danışdığını bilirsən. Mən də istərəm ki, o öldürülsün. Onun axırına öz əllərimlə çıxardım. Amma Mustafa Kamalı öldürmək mümkün olan şey deyil. Əvvəla, türk milləti, türk xalqı onu çox sevir, ona inanır, onun ardınca ölümə belə desən gedir. Həm də bu adam tilsimlidir. Padşah onun ölümünə fərman vermişdi, bacarmadı. Neçə dəfə sui-qəsd təşkil olundu, alınmadı. Vəziyyətdən çıxmağı bacarır. Zalım oğluna güllə də batmır. Lap möcüzədir. Yəqin xəbərin var.
- Var.
Sərkis. 1915-ci il Conkbayır döyüşlərində ingilis snayperi onun ürəyinin başını nişan alıbmış. Əlləri titrəmədən tətiyi də çəkib. Atəş açılıb, ancaq Mustafa Kamal sağ qalıb. Musurmanlar belə qəribə hadisələr baş verəndə deyirlər: “Anası namaz üstündə imiş!” Eşitmisən yəqin niyə ölməyib. Cib saatını döş cibinə qoyubmuş. Vallah möcüzədir. Elə bil əvvəldən ürəyinə damıbmış. Həmin saat onu ölümün pəncəsindən qurtarıb. Güllə saata dəyib yerə düşüb.
- Bu müharibədə türklər məğlub olsa, bizim işlərimiz düzələcək, qalib gəlsələr – bütün ümidlərimiz puça çıxacaq. Bu Mustafa Kamal olmasaydı, Türkiyə çoxdan batmışdı.
Sərkiz. Bilməmiş olmazsan. Çoxdandır Türkiyə torpaqlarında ingilislərin də gözü var. Fəqət nə qədər müharibə aparsalar da, istəklərinə çata bilməyiblər. Çanaqqala, Arıburnu, Anfartalar, Conkbayır döyüşlərində Mustafa Kamal ingilislərə aman verməyib. Onlar İstanbulu tutmuşdular. Oradan da çıxarıldılar. Londonda parlament üzvləri bir yerə toplaşıb tələb ediblər ki, Böyük Britaniyanın baş naziri Herbart Henri Askvit gəlib bizə anlatsın ki bu nə məsələdir? Bu qədər xərc niyə havaya sovrulub, heç bir qələbə qazanılmayıb? Baş nazir, bilirsən, nə deyib?
Levon. Sən də özünü çox bilən göstərmə. Mən bilirəm nə deyib. Deyib: Cənablar, burada mənim təqsirim yoxdur. Dünyada tarixi şəxsiyyətlər yüz ildə bir dəfə doğulur. İndi mən nə edim ki, bu xoşbəxtlik Türkiyəyə nəsib olub. Mustafa Kamal paşa meydana çıxıb. Günah məndə yox, onda, onun qabiliyyətində, gücündədir.
Sərkiz. Mustafa Kamalı məhv etmək üçün onun ətrafındakı adamları, ona sadiq şəxsləri bir-bir dənləmək lazımdır.
- Birincisi Fevzi Çakmak paşadan, sonra İsmət paşadan başlamaq lazımdır. Yunanları İnönüdə darmadağın etdilər. Mustafa Kamal bu döyüşü uğurla başa çatdırdığına görə İsmət paşaya İnönü ləqəbi verib.
Sərkiz. Mustafa Kamal at belində döyüşün ən təhlükəli yerlərini gəzir. İmkan olsa onu, olmasa ya Fevzi paşanı, ya da İsmət paşanı aradan götürməli, bu xalqa dağ çəkməliyik. Gəlsənə paltarımızı dəyişib türklərin içərilərinə girək. Müharibədir, it yiyəsini tanımır.
- Paltarlarımızı dəyişdik, bəs burnumuzla nə edək? Əyri badımcan kimi adamın gözünə girir. O saat biləcəklər ki, erməniyik.
Sərkiz. Düz deyirsən. Onların arasında olsaq, sui-qəsd həyata keən kimi bizi parça-parça edərlər. Yaxşısı budur, daşın, ağacın arxasında gizlənib məqam gözləyək.
Gedirlər. İsmət paşa və onbaşı Xalidə Edib Adıvar gəlirlər.
İsmət paşa. Neçə gündür Mustafa Kamal paşa dinclik nədir bilmir. Yenə döyüş meydanındadır. Atla təhlükəli yerləri gəzir. Rəsmi fəaliyyətimdə olduğu kimi, şəxsi həyatımda da Mustafa Kamal paşa mənim vəlinemətimdir. Bütün hadisələrdə uğurlara yiyələnməyimdə onun çox böyük zəhməti olub. O özündən daha çox mənim uğur qazanmağıma çalışıb… Biz hamılıqla onu qorumalı, sağlamlığı qayğısına qalmalıyıq.
Levon və Sərkis xəlvəti gəlib gizlənirlər.
Xalidə Edib Adıvar. Paşa həzrətləri mənim xətrimi istəyir. Odur ki, sözlərimdən incimir. Hərdən onunla ərklə danışıram. Hər dəfə ona deyirəm ki, özünə fikir versin. Qulaq asmır. Yorğunluqdan və yuxusuzluqdan gözlərinin ətrafını tünd mavi dairələr bürüyüb. Gözünün acısını çox vaxt əyləşdiyi kresloda alır. Bu da olur onun yuxusu, istirahəti. Müharibələr də bitib-tükənmək bilmir. Deyəsən paşa həzrətləri gəldi. Mən gedim (çıxır).
Türk zabiti İsmət paşaya yaxınlaşır.
- Baş komandan sizi soruşurdu.
İsmət paşa. Qərargahdan bəzi sənədləri götürüm, gedək.
İsmət paşa qərargaha daxil olur, zabit gözləyir.
(çıxır). Gedək.
Levon (astaca Sərkisə). Hərəmiz birinə atəş açaq. Hədəfə təkcə İsmət paşa alınsa, yanındakı zabit bizi vura bilər.
Levon İsmət paşanı, Sərkis zabiti nişan alır. Atəş açılır. Levonun gülləsi açılmır. Türk zabiti yıxılır. İsmət paşa cəld yerə yatır, tapançasını çıxarır və Sərkisi vurur. Levon qaçır. Milli ordunun bir neçə əsgəri qaçaraq gəlir. Yaralı zabitin qoluna girərək qaldırıb aparırlar.
Atatürk (gəlir, yerdə sərələ qalmış Sərkisə baxaraq). Burada nə hadisə baş verib?
Əsgər. Dığalar İsmət paşaya güllə atıblar..
Atatürk (İsmət paşaya). Yaralandın?
İsmət paşa. Xeyr, əfəndim. Xoşbəxtlikdən güllə açılmadı. Amma bir zabitimiz yaralanıb.
Atatürk (ətrafına baxaraq). Yarası ağır idi?
İsmət paşa. Məncə, yüngül yaralanıb.
Atatürk (yaxınlaşaraq Sərkisə baxır). Atəş açan budur? Ermənidir…
İsmət paşa. Elədir, paşam.
Atatürk. Ehtiyatlı olmaq lazımdır. Bu ermənilər bizimkilərə xətər toxundurmaq üçün həmişə fürsət axtarırlar. Tələt paşanı da, Ənvər paşanı da, Camal paşanı da öz qanlarına qəltan edən də bunlar oldu.
İsmət paşa. Doğru buyurursunuz, paşam. İki nəfər idi. O biri qaça bildi (əsgərlərə). Bu yaramazı buradan rədd edin.
Sərkisi xərəyə qoyub aparırlar. İsmət paşa da gedir. Onbaşı Xalidə Edib Adıvar gəlir.
Atatürk (Xalidə Edibə). Xoş gördük, xanım əfəndi!
Xalidə Edib. Xoş gününüz olsun, paşam.
Atatürk. Xalidə xanım, işlər necədir?
Xalidə Edib. Şükür allaha, pis deyil. Hamı qələbə gününü gözləyir. O isə uzaqda deyil.
Atatürk (uzaqlara baxaraq, Xalidə Edibə). O təpələri görürsünüz?! Ora Qaradağdır Bir baxın, yunanlar geri çəkilirlər.
Atışma. Yaralılar, çiyni tüfəngli əsgərlər gəlib səhnədən keçirlər. Atatürk və Xalidə Edib söhbəti kəsib onlara baxırlar.
Xalidə Edib. Paşa həzrətləri, əməliyyat uğurlu gedir. Bu məni çox sevindirir.
Atatürk. Planımız baş tutdu, xanım əfəndi. Qaradağ az sonra geri qaytarılacaq. Amma itkilərimiz çox oldu. Bax, bu məni ağrıdır. Tümənlərimizin birində əsgərlərin tən yarısı həlak olub.
Xalidə Edib. Döyüş itkisiz ötüşmür, əfəndim. Əsas məsələ odur ki, düşmənə yaxşı dərs verdik.
Azər və Baycan Levonu gətirirlər. Levon yunan zabiti formasında, əli-qolu bağlanmış və son dərəcə pərişan.
(tanıyaraq). Nəm-nişanından İsmət paşaya atəş açıb qaçan dığaya oxşayır.
Atatürk. Azər, oğlum, onu necə ələ keçirdiniz?
Azər. Döyüş ara vermişdi. Səngərə yatıb dincimizi alırdıq. Xəbər gəldi ki, bir nəfər yerə yata-yata ağaclığa sarı gedir. Ehtiyatla başımı qaldırıb baxdım. Gördüm həmin bu yaramazdır. Yoldaşlarıma dedim ki, istəyirəm onun ardınca gedim. Baycan tək yola çıxmağıma razı olmadı. Birlikdə bu dığanın ardınca düşdük. Öldürə bilərdik, fikirləşdik ki, əsir götürək. Demə, döyüş meydanından aralanmaqda məqsədi varmış (gülmək tutur). Cənab Baş komandan, gərək bağışlayasınız. Özünü ağaclığa təzəcə vermişdi ki, başının üstünü aldıq. Ələ keçdiyini görüb sarısını uddu. Qorxusundan ağaclığa nə üçün çəkildiyi də yadından çıxdı. Dərhal tərk-silah etdik.
- Yolda bizə yalvarıb-yaxarırdı ki, onu buraxaq. Hərəmizə bir kisə qızıl boyun oldu. Qızılları aldıq, özünü isə bura gətirdik. İsmət paşaya atəş açan ermənidir. Bu da qızıllar… (kisələri uzadır).
Xalidə Edib (qızılları alaraq). Ordunun ehtiyaclarına sərf olunar.
Azər. Bu ermənilər harada olsalar, ziyankarlıqla, qan tökməklə, xəyanətlə məşğul olurlar. Dəsxətt hər yerdə eynidir.
Baycan. Ötən əsrin əvvəllərində Cavad xan Gəncədə rus qoşunu ilə döyüşəndə şəhərin erməni sakinləri rus generalı Sisyanova bələdçilik edirdilər.
Azər. Bunlar 1905-ci ildə, 1915-ci ildə, 1918-ci ilin martında Bakıda, başqa bölgələrimizdə saysız-hesabsız qırğınlar törədib, azəri türklərini qətlə yetiriblər. Türklərə qarşı nanklorluq və xəyanət etdiyinə görə qulağı kəsilən Andronik, bir Allah bilir, Qarabağda saysız-hesabsız dinc əhalini qılıncdan keçirdi.
Baycan. Yaxşı ki, türk ordusu köməyimizə gəldi. Qafqaz İslam ordusu, Nuru paşa ilə Kazım Qarabəkr paşa imdadımıza çatmasaydı, ermənilər Azərbaycanda daşı daş üstə qoymazdılar.
Atatürk. Biz – türklər və azərilər qardaş millətik. Bir-birimizə arxa, dayaq durmalıyıq. O zamanlar Azərbaycana kömək əlimizi uzatdıq, Azərbaycan Demokratik Cümhuriyyəti də dar günümüzdə bizə dəstək durdu. İndi budur, siz azərbaycanlılar burada – Anadoluda bizim yanımızdasınız, bizimlə çiyin-çiyinə düşmənlərimizə qarşı vuruşursunuz. İgidlər, bu köməyə görə sağ olun! Mən sizdən çox razıyam. Neçə-neçə Anadolu türkü Azərbaycanda, azəri türkləri Anadoluda şəhid olub. Onların ruhu şad olsun!
Xalidə Edib. Azərbaycan rusların, ermənilərin caynağından xilas olub öz dövlətini qurdu. Fəqət qoymadılar ki, bu dövlət yaşasın. Ruslar gəlib yenidən işğal etdilər.
Atatürk. Xalidə xanım, sabah nə olacağını heç kim qabaqcadan söyləyə bilməz. Sovetlər birliyi də Osmanlı dövləti kimi, Avstriya-Macarıstan kimi parçalana bilər. Bu gün əlində möhkəm tutduğu müttəfiqlər ovuclarından qaça bilər, o zaman Türkiyə nə edəcəyini bilməlidir!
Fevzi Çakmak paşa və İsmət paşa gəlirlər.
Fevzi Çakmak paşa. Güclü top atəşindən, təyyarəçilərimizin bombardmanından düşmən özünü itirib, pərən-pərən düşüb. Türklər irəliləyirlər. Qaradağ geri alınıb.
Atatürk. Baş qərargahı azad olunmuş yerə köçürün!
İsmət paşa. Oldu, cənab Baş komandan! (gedir).
Azər. Paşa həzrətləri, əfv edin. Biz gedək (gedirlər).
Fevzi Çakmak paşa. Düşmən hələ Türkiyə ərazisini tərk etməyib. Yunanlar geriləyir. Görəsən, bu, ümumi geriləmədir, yoxsa düşmən haradasa mövqe tutub yenə döyüşə girəcək?
Atatürk (əli ilə göstərərək). Türk süvari kolordusu Sakarya çayının o biri sahilinə adlayıb yunanların nicat yollarını kəssin!
İsmət paşa. Aldığım məlumata görə, türk partizanları dağlardan enib düşmənin arxasına keçiblər. Onlar qəfil həmlələr edir, nəqliyyat yollarını, dəmir yol stansiyalarını tutur, relsləri sökürlər. Bununla yunan qüvvələrinin rahatca geri çəkilməsini çətinləşdirir, onlara itkiləri verirlər.
Atatürk. Düşmənin müqaviməti qırılıb. İndi onlar öz başlarının hayındadırlar. Afinadan ümumi geriçəkilmə əmri verilib. Yunanlar məğlubiyyətə uğrayıb qaçırlar.
Fevzi Çakmak paşa. Lakin ağıla gəlmək, tutduqları əməllərdən peşman olmaq, xəcalət çəkmək əvəzinə ötüb keçdikləri yerləri viran qoyurlar. Bununla həm bizimkilərdən qisas alır, həm də qəzəblərini söndürməyə çalışırlar. Necə edək? Yorulub əldən düşmüş türk ordusu indi onları təqib edəcək halda deyil.
Atatürk. Sivrihisap üzərinə bir süvari həmləsi yapsanız kifayətdir.
Əsgər və zabitlər gəlirlər. Səhnəyə türk bayrağı gətirilir (onlara müraciətlə).
Türk xalqının mərd oğul və qızları! Ananızın südü, doğma vətənin çörəyi Sizə halal olsun! Zəfər münasibətilə Sizi təbrik edirəm!
Əsgər və zabitlər. Baş komandana eşq olsun!
Alqışlar qopur. İstiqlal marşı səslənir:
Qorxma, sönməz bu şəfəqlərdə süzən al sancaq,
Sönmədən yurdumun üstündə tütən ən son ocaq.
O bənim millətimin yıldızıdır, parlayacaq.
O bənimdir, o bənim millətimindir ancaq!
Çatma, qurban olayım, çöhrəni, ey nazlı hilal,
Qəhrəman irqimə bir gül, nə bu şiddət, bu cəlal?
Sana olmaz dökülən qanlarımız sonra həlal…
Haqqıdır, haqqa tapan millətimin istiqlal!
Səhnə qaranlıqlaşır. Şəkil dəyişir. Döyüş meydanı.
Yerdə bir neçə yaralı və cəsəd var. Atatürk döyüş meydanını gəzir.
Atatürk. Milli ordumuz düşmənə layiqli dərs verdi. Mən qələbəyə inanırdım. Zabitlərimiz də, əsgərlərimiz də özlərinə arxayın idilər, bilirdilər ki zəfər onlarındır. Yaralıları xəstəxanalarda yerləşdirin. Onların müalicəsi üçün əllərindən gələni əsirgəməsinlər. Xəstəxanalar dava-dərmanla və ərzaqla təmin edilsin. Həlak olanlar qəhrəmanlara layiq şan-şöhrətlə dəfn edilsinlər. Qələbə məndə xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əsgərlərin halına acıyır, onların ailələri, övladları, valideynləri barədə ürək ağrısı ilə düşünürəm (birdən ayaq saxlayaraq fikrə gedir). Bu qəhrəman sağdırmı?
Şəfqət bacısı. Xeyr, əfəndim, həlak olub.
Atatürk. Onun sifəti mənə tanış gəlir. Fəqət, yadıma sala bilmirəm. Əlində kağız var. Yəqin məktubdur. Xahiş edirəm, açıb oxuyun. Bəlkə məktubdan bir şey öyrənə bildik.
Zabit (məktubu götürüb oxuyur). “Əgər döyüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş komandana söz verib evə qayıtmışdım. Anam, bacım, bir də mən döyüşləri izləyir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qardaşımı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, cansağlığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evimizin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gördüm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çıxardılar. Evsiz-eşiksiz idim.
Atatürk (acı təəssüflə). Zavallı…
Zabit (məktubu oxumaqda davam edir). Xalamın xahişi ilə onlarda gecələməli oldum. Səhər ertə yuxudan qalxdım. Saçlarımı qayçı ilə kəsdim ki, məni oğlan bilsinlər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Partizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını göstərirəm: 1+1+1+1+2…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hələlik döyüşürəm qələbə gününü gözləyirəm. Baş komandana, ordumuza böyük ümidim var…”
Atatürk (aşağı əyilib bir daha diqqətlə cəsədə baxır). Bu ki Aydandır (kövrələrək). Təəssüf, çox təəssüf. Çox qeyrətli, vətənpərvər və igid qız idi. Qanlı müharibə bu məsum, bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının həyatını aldı. Onu qoruya bilmədik. Aparın, Aydan qızımızı dəfn edin.
Aydanı xərəyə qoyub aparırlar. Fevzi Çakmak paşa, İsmət paşa və
Salih Bozok gəlirlər.
Salih Bozok. Sakarya meydan müharibəsi başa çatdı. Yunan kralı Konstantinin gecəsi-gündüzü yox idi. Müharibənin başlanğıcında kefi kök idi. Türklərə tutulacaq divandan, ölkəsinin qüdrətindən, ordusunun gücündən və yenilməzliyindən dəm vurur, cəbhədən gələn xoş xəbərlərin eşqi ilə badə qaldırırdı. Tezliklə krallığının ərazisini genişləndirəcəyini düşünən Konstantin taxtına dirsəklənərək saatlarla incə belli yunan qızlarının şəhvət oyadan rəqslərinə tamaşa edirdi.
Fevzi Çakmak paşa. Salih bəy, siz bilən, rəqqasə qızlar onda bir maraq və ehtiras yaradırdımı? Əsla. O, sadəcə onların rəqslərinə baxmaqla vaxtını öldürür, başını qatırdı. Onun bütün vücudunu cavan və gözəl, yarıçılpaq qızlara ehtirasdan daha güclü bir ehtiras və hərislik bürümüşdü: türk torpaqlarına yiyələnmək, ələ keçirdiyi yerlərdə türkləri qul, kölə vəziyyətinə salmaq!
Salih Bozok. Xəyalındakılar yuxuda da ona dinclik vermirdi. Bir gün yuxusunun çin olacağını düşünür, zəfər gününü səbirsizliklə gözləyirdi.
İsmət paşa. Konstantin orduya “Ankaraya!” əmrini verib cəbhəyə yola salanda ingilis rabitə zabitlərini qələbə münasibətilə Ankarada açılacaq böyük zəfər süfrəsinə dəvət etmişdi. Kral Konstantin asan bir işə qol qoyduğunu düşünürdü. Fəqət zənni onu aldatdı.
Fevzi Çakmak paşa. İndi o öz taxtında qanıqara və yorğun əyləşərək böyük itkilər verib, beli qırılmış ordusunun biabırcasına geri qayıtmasını gözləyir.
Atatürk. Ankarada zəfər münasibətilə böyük ziyafət təşkil edin. Fəqət süfrənin başında yunanlar deyil, bu torpağın sahibləri – türklər özləri əyləşəcəklər!!!
(ardı var)
Yazıya 219 dəfə baxılıb