İyunun 26-da təqaüddə olan Baş ədliyyə müşaviri Ələmdar Məmmədovun Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR Prokuroru və ölkəmizin müstəqillik dövrünün ilk Ədliyyə naziri vəzifələrində çalışmış, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri (2001–2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edən. “Mən bu zamana sığmazam” sənədli-publisistik kitabın təqdimat mərasimi keçrildi.
Tədbiri giriş sözü ilə Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov açdı. Tədbirin aparıcısı yazıçı – jurnalist Nurəddin Ədiloğlu “ Adiloğlu” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab haqqında ümumi məlumat verdi. Sonra Əməkdar elm xadimi, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, TXC Ağsaqqallar Şurasının sədri Professor Qəzənfər Paşayev, Respublikanın Əməkdar müəllimi, professor Yusif Əhmədov, Azərbaycanın tanınmış hüquqşqnasları Aslan İsmayılov, Adil Minbaşıyev, hüquq elmləri doktoru, Əməkdar müəllim, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, şair Musa Ələkbərli, tibb elmləri üzrə fəlsəfə doktorları Mayıl Məhərrəmov və Yaşar Hüseynov, Ədalət Partiyasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimli, kitabın redaktoru yazıçı-publisist İradə Aytel, kitabın müəllifi Ələmdar Məmmədov, Ədalət Partiyasının Lənkər rayon təşkilatının sədri Rahim Nuriyev və başqaları kitabın məzmunu, İlyas İsmayılovun həyatı, şəxsi keyfiyyətləri haqqında ətraflı söhbət açdılar.
Rəsmi tədbirin sonunda İsmayılovlar ailəsi adından çıxış edən Gündüz İsmayılov kitabın müəllifi Ələmdar Məmmədova, təqdimat mərasimini təşkil edən Tovuz Xeyriyyə Cəmiyyətinə və tədbir iştirakçılarına münnədarlığını bildirdi.
Müəllif Ələmdar Məmmədov da tədbir iştirakçılarına öz təşəkkürün bildirib, qonaqlar üçün kitablarını imzaladı.
Tədbirin bədii hissəsində XX əsr aşıq sənətinin ölməz nümayəndəsi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Aşıq Mikayıl Azaflının nəvəsi Aşıq Roman Azaflı ən sevilən seçmə saz havalarını ifa etdi, “Yol verin, Turan gəlir”, “Bil oğlum”, “Azaflı gözəlləməsi” , “Qoca Qartal” və başqa aşıq mahnılarını oxudu.
Yazıya 31 dəfə baxılıb