SÖZDƏ ALLAHA İNAM, ƏMƏLDƏ ŞEYTANA XİDMƏT

                              İranda Azərbaycan və fars dillərində nəşr olunan

                                   “Xudafərin” dərgisinin  baş redaktoru

                                    Hüseyn Şərqi SOYTÜRKƏ

 

Hörmətli Hüseyn bəy!

Ürək ağrısı ilə yazırsan ki,  İsrail ordusu Təbrizdə iki azyaşlı uşağı öldürdü. 7 yaşlı — Taha Bəhruzi və Əlişan Cabbari…  Sənin ağrın mənim ağrımdır qardaş!  1 il 8 ay ərzində İsrailin davamlı hava hücumların nəticəsində  Qəzza zolağında 17.000-ə yaxın uşaq ölüb. Amma BMT-nin gözü KOR, qulağı KARDIR… Allahın bir AHƏNG üstündə köklədiyi bu DÜNYANIN YAŞAM ritmini BƏNDƏNİN   kökdən salması, özündən zəiflərin ləyaqətini tapdalaması, nəhayət hər xalqın gələcəyi olan uşaqların qətlə yetrilməsi BƏŞƏRİ cinayətdir.

Sənin təbrincə desəm, ORTA DOĞU odlu-alovlu  KƏLƏF içindədir. Müsəlman xalqalrının  çabalamasının  SSENARİ  müəllifi  əslində ABŞ-dır. Ağlı başında olan DÖVLƏT (və onun RƏHBƏRİ)  dinindən, dilindən, millətindən asılı olmayaraq  günahsız İNSANLARIN  qanını tökməz!.. Vaxtilə dünya ABŞ-ın uşaq oyuncaqlarının içinə partlayıcı maddələr qoyub badamgözlu, koreyalı, vyetnamlı körpələrə təyyarədən “hədiyyə” kimi atarkən necə rəhmsiz dövlət olduğuna şahid olmuşdu. Bəşər tarixində  ilk  dəfə atom bombalarını Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə  məhz ABŞ atmışdı…

Bir neçə gündən sonra – iyulun 4-də ABŞ-ın 249 yaşı tamam olacaq! Yarandığı gündən bəri təqribən irili-xırdalı 220-yə yaxın müharibə aparan ABŞ  (eləcə də ABŞ-ın 51-ci ştatı  “sayılan”İsrail) insan qanı tökməyə əyləncə kimi baxır. Dilində sülh, demokratiya şüarı, əməlində hegemonculuq, qoculuq, cahangirlik iddiası var ABŞ-ın…  “Mütləq gücün simvolu” olan əskinasların – dolların üstündə “IN GOD WE TRUST”“Biz Allaha inanırıq” yazdırsa da, Ağ EVin sözdə mələk, işdə kələk sahiblərinin çoxu  Şeytana qulluq ediblər. Kimi dolların üzərində Mason Lojasının, kimi isə satanizmin simvollarının həkk olunduğunu deyir. NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, hətta Ümumdünya Sağlamlıq Təşkilatı və s. qurumlar kimi, BMT – də ABŞ-ın diktəsi ilə fəaliyyət göstərir… Hollivudun savaş filmləri belə öz məzmununu Ağ Evin siyasətindən götürür…

ABŞ yeganə dövlətdir ki, Qarabağda Azərbaycanın tarixi və dini abidələrini darmadağın edən qondarma “Dağlıq Qarabağ Respublikası“na 30 ilə yaxın  maliyyə dəstəyi göstərdi…  Azərbaycana maliyyə və hərbi yardımlara qadağa qoyan ”Azadlığa dəstək aktına”  ədalətsizcə 907-ci düzəlişi etdi… Dünyada когда армянин родился, еврей заплакал” məsəli də təsasüfu yaranmayıb. Son hadisələr göstərir ki, İsrayıl  “ağlaşma yolu ilə” ABŞ-i istədiyi “oyuna” cəlb etdi.  ABŞ-ın dəmir yumruğu daim Damokl qılıncı kimi  ŞƏRQDƏ müsəlmanların başının üstdə asılıb… Təcavüzkar İsrailə dəstək verməklə ABŞ  bu gün  işğalçı Rusiya üçün YAŞIL işıq yandırdı. ABŞ-ın sehrli dirijor cubuğu ilə qəmli matəm marşları  təkcə  Şərqdə  deyil, Ukraynada da çalınır. Qaçqınların sayı milyonları ötür.  Vaxtilə Ruzvelt, Çörçil və Stalin bir araya gəlib dünyanı bürüyən faşizm taununun qarşısını aldılar. İndi  onalrın varisləri  faşizmin əl-qol açmasına yardım edirlər.  Bəşəriyyətin bağrı minbir yerdən ÇAT verir…  Dünyanın  HƏRB və SÜLH  acarı  təkcə AĞ EVİN əlindədir… İraqda kimyəvi, İranda nüvə silahı məsələsi  ABŞ-ın əlində bəhanədir.

Fələstin, Əfqanıstan, İraq, Misir, Liviya, Yəmən, Suriya,  bu gün İran, sabahsa başqa bir müsəlman dövlətini hədəfə alacaq… Bəli, Mədain xərabələrinə bənzəyir müəlman dünyasının  böyük şəhərləri, qərinələr boyu tikilən mədəni abidələr bir-bir məhv edilir. Hazırda ABŞ-da Trampa, İsaraildə Netanyahu hakimiyyətinə, İranda molla rejiminə, Rusiyada Putinə qarşı etirazlar dalğaları var. Fəqət, müharibəni qızışdıran, məsum uşaqların qətlə yetirilməsinə laqeyd qalan  BU SİYASƏT ADAMLARININ  damarlarında insan qanı yox, iblis qanı axır…

   Əgər İranda hədəf dini rəhbər idisə,  illərlə qılıq dəyişib Əli Xamenei  ilə bir məsciddə namaz qılan Mossad əməkdaşları niyə onu öldürmürdülər?..

Axı Bir gülün TİKANINI yox edərkən, KOLUNU kökündən çıxarmaq təkcə Təbiətin deyil, Cəmiyyətin də nizamını pozur. Vallah, bir AHƏNG üstündə Allahın köklədiyi bu DÜNYANIN YAŞAM ritmini BƏNDƏNİN  kökdən salması, özündən zəiflərin ləyaqətini tapdalaması, nəhayət hər xalqın gələcəyi olan uşaqların qətlə yetrilməsi BƏŞƏRİ cinayətdir.  Bu müharibədə göyə qalxan ah-nalələrə necə  dözmək olar? Allah sizi və bütün GÜNEY AZƏRBAYCANDA yaşayan soydaşlarımızı qorusun. Qoy bu ağır, həyəcanlı günlər tez başa çatsın! Amin.

24 iyun – TÜRKLÜK  gününüz mübarək olsun!

     Adınıza və soyadına hörmətlə,

       Nurəddin ƏDİLOĞLU.  

 

 

 

Yazıya 17 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.