Tovuz Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Seyran Səxavətin 80 illiyinə həsr olunan kitab nəşr edilib

Görkəmli yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə Tovuz Xeyriyyə Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə yeni kitab nəşr olunub.

“80+20=?” adlı poeziya toplusu sənətkarın zəngin yaradıcılığına, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrə ehtiramın ifadəsi kimi ərsəyə gətirilib. Kitabın redaktoru və tərtibçisi İradə Aytel, nəşri isə “Elm və Təhsil” nəşriyyatı tərəfindən həyata keçirilib. 224 səhifəlik nəşrdə Seyran Səxavətin yaradıcılığından seçilmiş 80 şeir və 2 poema toplanıb.

“80+20=?” kitabı Seyran Səxavətin 80 illik yubileyinə həsr olunmuş dəyərli ədəbi töhfə olmaqla yanaşı, oxucular üçün sənətkarın poetik irsinə yenidən nəzər salmaq imkanı yaradır.

Yazıya 27 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.