Bakı İlahiyyat Kollecində Səlim Babullaoğlu ilə görüş keçirilib

06 oktyabr 2026-cı il tarixində Bakı İlahiyyat Kollecində şair, esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.

Görüşdə Bakı İlahiyyat Kollecinin rəhbərliyi və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə kollecin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov açıb. O, qonağı tələbələrə təqdim edib, kollecdə ədəbiyyat və mədəniyyət nümayəndələri ilə görüşlərin mütəmadi keçirildiyini bildirib. Qeyd olunub ki, Səlim Babullaoğlu ilə keçirilən görüş də bu silsilənin davamıdır.

Daha sonra Səlim Babullaoğlu tələbələrin çoxsaylı suallarını cavablandırıb, yaradıcılığından nümunələr səsləndirib və şeirlərini oxuyub. Görüş zamanı ədəbiyyat və poeziya ilə yanaşı, din, əxlaq, müasir ədəbi təmayüllər və cəmiyyətin müxtəlif problemləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Səlim Babullaoğlu tələbələrə öz kitablarını, eləcə də müxtəlif tərcümə nəşrlərini hədiyyə edib.

Yazıya 50 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.