Hacı Qəni Camalzadənin Türkiyədə çap olunan “Şeytana taş atanlar” kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Qəni Camalzadənin Türkiyədə çap olunmuş “Şeytana taş atanlar” kitabının təqdimat mərasimi keçirilib.

Ədəbi-mədəni tədbirdə tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, yazıçılar, şairlər, ədəbiyyatşünaslar, tənqidçilər, oxucular,  media nümayəndələri, eləcə də müəllifin yaxın dostları iştirak ediblər.

Tədbiri AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangir açıb. Tədbirin aparıcısı olan Əsəd Cahangir ilk sözü Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevə verib.

Çingiz Abdullayev çıxışında Hacı Qəni Camalzadənin yaradıcılıq fəaliyyətindən, Azərbaycan ədəbiyyatında tutduğu mövqedən söz açıb. O, müəllifi yeni kitabının Türkiyədə nəşr olunması münasibətilə təbrik edərək yaradıcılıq uğurları arzulayıb.

Daha sonra Əsəd Cahangir “Şeytana taş atanlar” kitabı haqqında məlumat verib. Kitabın Türkiyədə nəşr olunmasının Azərbaycan ədəbiyyatının xaricdə təbliği baxımından əhəmiyyətini vurğulayan ədəbiyyatşünas müəllifin yaradıcılıq xüsusiyyətlərinə, əsərlərində insan, mənəviyyat, cəmiyyət və zaman məsələlərinin bədii ifadəsinə toxunub.

Təqdimat mərasimində Əməkdar jurnalist Zemfira Məhərrəmli, “Xalq qəzeti”nin nümayəndəsi Paşa Əmircanov, yazıçı-publisist Aydın Xan Əbilov, kitabın tərcüməçisi Nazilə Gültac, jurnalist Kəmalə Mirzəyeva, filologiya elmləri doktoru, professor Minəxanım Təkləli, filologiya elmləri namizədi Tahir Şirvanlı, Ağacəfər Həsənli, yazıçı Damət Salmanoğlu, şairlər Şahin Həmidov, Vəli Qaraçaylı, Hüseyn Sözlü, Adilə Nəzər, Yusif Nəğməkar,  Arzu Nehrəmli, Narıngül,  Şamil Ənvəroğlu, Əzizə Ağahüseynqızı, Adil Zeynallı, Gəray Göyyurd, Şəfəq Nasir, Tofiq Həsrət və Hacı Mirzəxan çıxış ediblər.

Çıxış edənlər Hacı Qəni Camalzadəni yeni kitabının nəşri münasibətilə təbrik edib, onun yaradıcılıq yolu, ədəbi fəaliyyəti və əsərlərinin bədii xüsusiyyətləri barədə fikirlərini bölüşüblər. Natiqlər “Şeytana taş atanlar” kitabının müəllifin yaradıcılıq dünyasının mühüm cəhətlərini əks etdirdiyini bildirərək əsərin Türkiyədə nəşrini Azərbaycan ədəbiyyatının təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndiriblər.

Tədbirdə şair Cəvahir Qaraqızı “Məhsəti” şairlər məclisinin təsis etdiyi “Heydər zirvəsi” diplomunu Hacı Qəni Camalzadəyə təqdim edib.

Sonda Hacı Qəni Camalzadə kitabının təqdimat mərasiminin təşkilində əməyi keçənlərə, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə, kitabın tərcüməçisinə, tədbirdə iştirak edən ziyalılara, yazıçı və şairlərə, media nümayəndələrinə və yaxınlarına dərin təşəkkürünü bildirib.

Ədəbi-bədii tədbir səmimi çıxışlar, maraqlı müzakirələr, şeir nümunələrinin səsləndirilməsi və xoş ovqatla yadda qalıb.

Yazıya 10 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.