9 oktyabr 2026-cı il saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Kərkük və Türkmən ədəbiyyatının tanınmış nümayəndələri – Dr. Faruk Faik Köprülü və Dr. Ümit Köprülü ilə görüş keçiriləcək.
Tədbir çərçivəsində müəlliflərin kitablarının təqdimatı olacaq. Görüşdə qonaqların yaradıcılıq yolu, ədəbi fəaliyyəti və Kərkük türkmən ədəbiyyatının inkişafı barədə söhbət aparılacaq.
Dr. Faruk Faik Köprülü şair, tədqiqatçı və tərcüməçi kimi fəaliyyət göstərir. Dr. Ümit Köprülü isə şair və jurnalist olmaqla yanaşı, Finlandiyada Türkmenşanı Media və Araşdırma Mərkəzinə rəhbərlik edir.
Yazıya 11 dəfə baxılıb










