Feyruz Muradovun yeni kitabı işıq üzü görüb

Yazıçı Feyruz Muradovun “Şirvan jurnalistləri. Hərənin bir taleyi” adlı hekayələr kitabı işıq üzü görüb.

Müəllifin ikinci kitabı olan nəşrin birinci hissəsində 1980-ci illərdə Şirvan şəhərində fəaliyyət göstərən “İşıq” qəzetinin əməkdaşları haqqında xatirələr yer alıb. Kitabda Zahid İsmayılov, Möhsün Xəlilov, Vaqif Abbasov, Xeybər İgidəliyev və Nəmidə Həsənova haqqında müəllifin xatirələri təqdim olunur.

Nəşrin ikinci hissəsinə isə müəllifin müxtəlif illərdə qələmə aldığı “Alqışların sükutu”, “Təklikdə ölməkdən qorxan adam”, “Fotoqrafın həyatının son günü” və digər hekayələri daxil edilib.

Qeyd edək ki, Feyruz Muradovun 2023-cü ildə “Xalq artistinin atası Mirzə Xəlil kim idi?” adlı ilk kitabı nəşr olunub.

Yazıya 4 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.