Dernəyin Şöbə Başkanı Reşit Can ilə götüşdük.)
İlk əvvəl şəhərin gözəlliyindən, səliqə-səhmanından və insanların qonaqpərvərliyindən söz salmaq istəyirəm. Muş şəhərindən çıxarkən dərnəyin başkanı Rəşit bəylə əlaqə saxladım, Muş şəhərindən Diyarbakıra yola düşdüyümü söylədim.
Türkiyə turumda getdiyim hər yerdə gözəl qarşılandığım kimi, Diyarbakırda da elə qarşılanacağıma inanırdım. Bilirdim ki, türklər arasında şəhid adı çəkiləndə axar sular dayanır. Eyni zamanda ziyarətim zamanı buna şahid olurdum. Diyarbakırda da elə oldu. Dərnəyin başqanı vaxtından əvvəl otokarda məni gözləyirdi. Avtobusdan düşən kimi, görüşdük. Ağırlığı 25-30 kiloqram olan kitab qutularını dostu ilə birlikdə maşına qoydular. Bu insanların qonaqpərvərliyinə və iradəsinə baxdıqca heyran qalır, həm də öz-özümə düşünürdüm, yəni bu qədər ağır yükü, bu qədər məsafəni mənmi qət etmişəm.
Rəşid bəylə birlikdə dərnəyə gəldik. İlk öncə deməliyəm ki, dərnək çox zəngin idi. 1915-ci ildən ta bu günümüzə qədər olan şəhidlərin xatirə fotoları birinci mərtəbədə asılmışdı. Rəşid bəy müharibənin nə olduğunu bilirdi. Çünki o da, o yolu keçmiş, o yolda da qazi olmuşdu. Qaziliyin nə demək olduğunu yaxşı bilirdi. Onu diqqətlə dinlədikcə hiss edirdim ki, içindəki vətən sevgisi üzünün cizgilərindən bəllidir. Söhbət edə-edə ikinci mərtəbəyə qalxdıq. Onun iş otağında söhbətimizə davam etdik. Qəzetimizlə bağlı məlumat verdikdən dərhal sonra Moskva təmsilçimiz Saleh Qurbanova zəng etdim və onu da Rəşid bəylə tanış etdim. Maraqlı telefon tanışlığından sonra yaxınlıqdakı kafedə süfrə arxasında mövzumuza davam etdik. Rəşid bəylə duz-çörək kəsdik. Kəsdiyimiz duz-çörəyin adını bacı-qardaş dostluğu qoyduq. Mən Rəşid bəyi Azərbaycana dəvət etdim. Qazilərimizlə və şəhid ailələri ilə onu tanış etməyin vacibliyini hiss edirdim. Yeməkdən sonra məni qalacağım otelə gətirdilər. Bununla bizim bir günlük görüşümüz başa çatdı. Amma bizi səhəri gün bir neçə görüşlər gözləyirdi.
Ertəsi gün
Türkiyənin Diyarbakır (Əvvəllər İL Halk kütubhanesi olmuş), son zamanlarda Prof. Dr. Fuad Sezgin adına Kütubhanede olduq. Kitablarımızı müdür Metin Aksoya hədiyyə etdik. Görüş başa çatandan sonra
Türkiyənin Diyarbakır Yeni Şəhər Kaymakanlığında olduq. Orada Kaymakan ve Belediyye Başkan Vekili Murat Beşikçi ilə görüşdük Kitablarımızı Murat Beşikçiyə hədiyyə etdik. Ancaq mənim Rəşit bəylə əsas mövzu ilə bağlı müsahibəm qalmışdı. Görüşlər başa çatandan sinra təkrar dərnəyə gəldik.
Reşit Canın dediklərindən: – Bayraqları bayraq yapan üstündəki qandı, Torpaq uğrunda ölən varsa vətəndir!
Diyarbakırda şəhid ailələrində, qazilər arasında birlik var. Bizim birliyimiz əbədi və sonsuzdur.
Qazilərin duruşu, vətən sevgisi, ailələrin qüruru, ürəkdən vətən sağ olsun deməsi, mən xoşbəxt valideyinəm ki, bu vətənə oğul vermişəm deməsi doğrudan da insanı rahatladır. Ana dünyaya gətirdiyi övladını yadına salır, həm də onun şəhidliyi ilə də fəxr edir.
Dövlətlərin xoşbəxt yaşaması üçün oğullar əsgər olur, oğullar qazi olur, oğullar şəhid olur.
Şəhid ailələri ilə görüşnək həm şərəfli, həm də çox ağırdi. Onların qanayan yaralarını hiss etmək o qədər də çətin deyil. Ona görə çətin deyil ki, o yaranı onların məsum gözlərindən görmək olur.
Şəhidlik zirvəsinə ucalan oğulların hər biri vətən üçün can qoydu. Doğmalarına, ata-analarına, bütün türk dünyasına şərəfli bir ad qoydular, ŞƏHİD!
Şəhidlik elə bir zirvədir ki, o zirvəyə ölümsüzlük zirvəsi deyilir. Ölümsüzlük zirvəsində yeni bir həyat başlayır. Başlanan həyatın təməli isə Allahın şəhidlərə baxş eydiyi Cənnət adlanır. Elə bir cənnət ki, o cənnət yer kürəsində deyil, mavi göylərdədir. Cənnətin hər şeyi bu dünyadakından fərqlidir. Necə ki, Qurani-Kərimdə deyilir, Cənnət meyvələrindən yeyərlər…
Allah öz adlarından biri olan ‘Şəhid” adını şəhidə verib. Əlçatmaz olan zirvədə biz onları görməsək də onlar bizi görür.
Gülsüm ADİLQIZI
Yazıya 227 dəfə baxılıb