Aprel ayının 2-də Laçının ən parlaq imzalarından biri olan Eynulla Sadığın (Axundov Eynulla Sadıq oğlu) “Hara gedir bu insanlar” adlı kitabı işıq üzü görüb (“Maarif” nəşriyyatı – 2022). Kitabda şairin müxtəlif vaxtlarda yazdığı şeirlər, qələm adamları ilə yazışmalar, hekayətlər, məqalələr və s. mətnlər yer alıb.
Xatırladaq ki, bu, şairin oxucularla ikinci görüşüdür. 2007-ci ildə onun “Mən necə qocaldım” adlı şeirlər kitabı professor Məhərrəm Qasımlının redaktorluğu ilə çap edilmişdi.
İkinci kitabın redaktoru gənc şair Pərviz Axund, ön söz müəllifi Tahir Əyyuboğludur.
Yazıya 172 dəfə baxılıb