“AİLƏ DƏYƏRLƏRİ” DƏRSLİYİ İŞIQ ÜZÜ GÖRDÜ

WhatsApp Image 2023-10-07 at 22.37.32“Mütərcim” nəşriyyatı pedaqogika elmləri doktoru, professor respublikanın Əməkdar müəllimi Akif Abbasov və  pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlinin   “Ailə dəyərləri” dərsliyinə həyat vermişdir.

 kultur.az xəbər verir ki, Dərsliyin elmi redaktoru pedaqogika elmləri doktoru, professor                                               Hikmət Əlizadə,  rəyçilər     pedaqogika  elmləri doktoru, professor,  Rusiya Təhsil Akademiyasının  xarici üzvü Hümeyir Əhmədovpedaqogika elmləri doktoru, professor, İntiqam Cəbrayılov, pedaqogika üzrə fəlsəfə doktoru İradə Əmirəliyevadır.

Dərsliyə “Ön söz əvəzi” və “Son söz əvəzi”dən başqa 12 mövzuda materiallar daxildir. Fikir verək: 1. Ailə dəyərləri kursunun obyekti və predmeti, vəzifələri. 2.  Ailə dəyərləri fənninin başqa fənlərlə əlaqəsi, tədqiqat metodları, ailə dəyərlərinin mənbələri, metodları və prinsipləri. 3. Ailənin hüquqi əsasları. 4. Ailənin mənəvi əsasları. 5. Ailənin psixoloji iqlimi. 6. Ailənin  gender problemi. 7. Ailə üzvlərinin hüquq və vəzifələri.  8. Ailə münasibətlərində tolerantlıq. 9. Valideynin nüfuzu, şəxsi nümunəsi və pedaqoji mərifəti.  10. Ailənin funksiyaları,  tipləri və quruluşu. 11. Ailə bayramları. Ailənin həyatında incəsənətin rolu. 12. Ailənin tərbiyəvi  imkanları.

Tələbələr hansı pedaqoji ixtisasa yiyələnməyinizdən asılı olmayaraq, pedaqogika və psixologiya elmlərindən xəbərdar olmalıdırlar.   Müəllim kimi sinif otağına daxil olan hər bir şəxs  həmin fənlərdən öyrəndiklərinin faydasını görür.

Son zamanlar bəzi ali təhsil müəssisələrində ailə pedaqogikası fənninin mühüm sahələrindən biri olan “Ailə dəyərləri” kursu tədris olunur.

Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında ailənin, ailə üzvlərinin, valideynlərinin və ailə dəyərlərinin rolu son dərəcə böyükdür. Bu dəyərlərlə tanışlıq gənc nəsli, uşaq, yeniyetmə və gəncləri həyatda fəal mövqeyi tutmasına, yaxşı ailə başçısı, yaxşı valideyn, yaxşı ər və arvad, gəlin, yaxşı vətəndaş olmasına imkan verir.

“Ailə dəyərləri” dərsliyi ilə tanışlıq nəticəsində tələbə gənclər ailədə qarşılıqlı  münasibətlərin düzgün qurulması, fənnin başqa  elmlərlə bağlılığı; onun mənbələri; tədqiqat metodları, valideynlərin nüfuzu, şəxsi nümunəsi və pedaqoji mərifəti; ailə tərbiyəsinin mənəvi və hüquqi əsasları;   ailənin psixoloji iqlimi; ailə üzvlərinin hüquq və vəzifələri; ailənin funksiyaları, tipləri, quruluşu; uşaqların tərbiyəsi sahəsində ata-anaların üzərinə düşən vəzifələr, ailə tərbiyəsi zamanı tərbiyənin prinsip və metodlarından istifadənin zəruriliyi, ailə münasibətlərində tolerantlıq, ailə tərbiyəsində yol verilən nöqsanlar və s. bu kimi  məlumatlara yiyələnəcəklər.

Tələbələrdən  xahiş edilir ki, özünütərbiyə ilə məşğul olsunlar,   ata-analarının, müəllimlərinin tərbiyəvi təsirlərinə biganə qalmasınlar,   Vətənimizin ləyaqətli oğul və qızları kimi formalaşasınlar, yaxşı   müəllim olsunlar, nikahları uğurlu, gələcəkdə yaradacaqları  ailə möhkəm olsun. Yaxşı nəsil yetişdirsinlər.

Dərslikdə “Apple” (“Alma”) şirkətinin rəhbəri Stiv Cobsun bəşəriyyətə müraciəti özünə yer almışdır. Dərslik müəllifi tələbələrə həmin müraciətlə  tanış olmağı məsləhət görür. Diqqət yetirək: 

“Mən işgüzar aləmdə uğurun tam zirvəsinə çatmışam. Həyatım başqalarının gözündə sadəcə uğurdan ibarətdir. Amma həyatımda işdən başqa sevincim çox az olub. Hər halda var-dövlət mənimçün adət etdiyim bir faktdır. Hazırda xəstə halda çarpayıda uzanarkən yaşadığım həyatı xatırlayıb anlayıram ki, qarşısıalınmaz ölümün qabağını  ala bilməyən sərvətim və ad-sanımın heç bir mənası yoxdur. Siz maşın sürmək və ya pul qazanmaq üçün adam tuta bilərsiniz, lakin  siz əvəzinizə xəstəliyi daşıya biləcək heç kimi tapa bilməzsiniz. Maddi hər şey tapıb almaq olar, lakin bir şey var ki, onu itirdinsə,  tapıb ala bilməzsən.

Həyatı pulla satın almaq mümkün deyil. Özünüzü yaxşıca əzizləyin və digərlərinə hörmətlə yanaşın. Biz böyüdükcə daha ağıllı oluruq və getdikcə anlayırıq ki, 30 dollara olan saatla 300 dollara olan saat eyni vaxtı göstərir. 30 dollarlıq pul qabı gəzdiririk, ya 300 dollarlıq, fərqi yoxdur, hər ikisinə eyni məbləğdə pulu yerləşdirə bilirik. Yaxud 150 min dollarlıq maşınla, ya da 30 min dollarlıq maşınla gedəcəyik. Qət edəcəyimiz yol və məsafə eynidir. Sonda təyin olunmuş nöqtəyə gəlib çatacağıq. Əgər biz 30 və ya 100 dollarlıq şərab  içsək belə,  eyni həzzi alacağıq. 300 kvadrat metrlik mənzildə yaşayırsan, yoxsa 3 min kvadrat metrlik, sən eynilə təksən.

Sizin həqiqi daxili xoşbəxtliyiniz bu dünyanın madiyyatından asılı deyil. Fərq etməz siz biznes klassla, yoxsa ekonom klassla uçursunuz. Əgər təyyarə qəzaya uğrayırsa,  sən də onunla birlikdə düşürsən. Beləliklə,  ümid edirəm ki, siz anlayırsınız, nə qədər ki, danışa biləcəyiniz dostlarınız və yaxınlarınız var,   əsl xoşbəxtlik budur. Müqayisəsi edilməyəcək beş fakt var:

1. Uşaqlarınızı zəngin olsunlar deyə tərbiyə etməyin, onları xoşbəxt olsunlar deyə tərbiyə edin. Buna görə də onlar böyüyəndə sahib olduqlarının qiymətini deyil, dəyərini biləcəklər.

2. Yeməyi dərman kimi yeyin, əks halda dərmanı yemək əvəzinə yeyəcəksiniz. Sizi sevənlər sizi heç vaxt tərk etməz, hətta onun sizdən imtina etməsi üçün 100 faizlik səbəb olsa belə. O sizinlə qalmaq üçün güc və səbəb tapacaq, sizi tərk etməyəcək.   İnsan olmaqla insani olmaq arasında çox böyük fərq var. Əgər siz tez-tez yerimək istəyirsinizsə, tək gedin. Əgər uzağa getmək istəyirsinizsə, birlikdə gedin.

Dünyanın ən yaxşı 6 həkimi bunlardır: günəş şüaları, istirahət, idman, dieta, özünə əminlik, və dostlar. Onlara həyatınızın bütün dövrlərində əməl edin və  sağlam həyatdan həzz alın”.

Stiv Cobs dünyanın ən varlı adamlarından biri olub. O, hər 4 saniyədə 1000 dollar pul qazanmaq imkanına malik bir şəxs idi.  Stiv Cobs 31 yaşında millioner oldu. Sərvəti 80 milyarda çatırdı. Hər gün bir milyon dollar xərcləməli olsaydı belə, onun bütün pullarını xərcləmək üçün 218 il lazım gələrdi.  Fəqət bu sərvət onu ölümün caynağından xilas edə bilmədi. 56 yaşında həyatdan köçdü.

Dərslik müəllifləri professor Akif Abbasov və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədli  bunları niyə görə deyir və yazırlar?

Stiv Jobson demişkən, ata-analar övladlarını – oğul və qızlarını varlı olmaq üçün deyil, xoşbəxt olmaları üçün   tərbiyə etsinlər. Azərbaycan Respublikasının Konstitusiyasından 34-cü maddəsində deyildiyi kimi, “Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur”.

Eyni zamanda Konstitusiyamızda göstərildiyi kimi, övladların da üzərinə mühüm, həm də çox şərəfli vəzifələr düşür: “Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar”.

Dərslik aşağıdakı sözlərlə tamamlanır: “Əziz tələbələr!  Sizə yaxşı ali təhsil almağı, gələcəkdə pedaqoji ustalığa yiyələnmiş müəllim, nümunəvi ailə sahibi  olmağı arzulayıram!!!”

 

 

Yazıya 70 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.