NƏNƏ
SERYOJA – onun oğlu, ikinci kurs tələbəsi
MARİNA – onun arvadı, birinci kurs tələbəsi
KONAREYKİN – şair, bəstəkar
POLİNA SAVVİÇNA – dayə
LEŞA – Seryojanın dostu
MİLA – onun arvadı, tələbə
ATA – Marinanın atası
ANA – Marinanın anası
SERYOJA (öz-özünə danışaraq). Be-lə… Burada radius iyirmidir… Əla. (züm-zümə edir, sonra). Yaxşı, ölçüləri sonra qoyaram (ucadan oxuyur).
MARİNA. Seryoja, bax xəbərdar edirəm, uşağı oyatsan, özün sakitləşdirəcəksən ha…
SERYOJA. Yaxşı, susuram.
MARİNA. Yox, yaxşısı budur mənimlə söhbət et. Darıxıram axı…
SERYOJA. Maracan, özün bilirsən ki, sabah layihəni təhvil verməliyəm.
MARİNA. Sən ərsən, sənin vaxtın hər şeyə çatmalıdır.
SERYOJA. Sən də arvadsan. Artıq bir ildir ki, adi bir boş bişirəsən deyə sənə dil tökürəm. Hələ köynəyimi demirəm…
MARİNA. Sakit, uşağı oyadarsan.
SERYOJA. Keçən ildən köynək qarderobdan asılı qalıb. Bir düymə tikəcəksən, tikib qurtarmaq bilmirsən.
MARİNA. Dava-dava deyirsən. Yoxsa dalaşmaq istəyirsən?
SERYOJA. Məgər biz artıq dalaşmırıq?
MARİNA. Sən məni heç sevmirsən.
SERYOJA. Sevirəm. Özün bu həddə çatdırırsan.
MARİNA. Əgər sevsəydin, necə yorulduğumu görərdin.
SERYOJA. Di, yaxşı. Hər şeyi anlayıram. Bir az da döz. Elə ki anam gəldi…
MARİNA (ağzını əyir). Gələr, kömək edər… Bunu artıq eşitmişəm… Birdən daha bir ildə ləngiməli oldu.
SERYOJA. Ləngiməz. Onların hələ nə toydan, nə də uşaqdan xəbərləri var. Sən mənim anamı tanımırsan. Bu dəqiqə fikri-zikri mənim yanımdadır. Əgər ekspedisiya olmasaydı, hələ qışda özünü bura yetirərdi.
Qapı astaca döyülür.
Bu, Konareykin olacaq (qapını açır). Gena, əyləş.
KONAREYKİN. Əslinə qalsa, vaxtım yoxdur. Gün aydın, Marina Leonidovna.
MARİNA. Salam, Gena.
KONAREYKİN. Elə beləcə də fikirləşirdim: sizin körpə yatır. Ona görə zəngin düyməsini basmadım. Mənim körpəm də yuxu bişirir. Amma oyansa, eşitməyəcəyəm. Buralarda səs izoliyasiyası çox pisdir. Heyf deyildi köhnə mənzil. Yuxarıda pişik gəzəndə belə eşidirdim. Bu isə mənzil deyil, surdokameradır.
SERYOJA. Niyə ki?.. Dünən mebelləri necə tərpətməyin lap qəşəngcə eşidilirdi.
KONAREYKİN. Marina, o, zarafat edir. Mebelə-filana əlim dəyməyib. Mən yeni kantatamı ifa edirdim.
MARİNA. Mən əlüstü başa düşdüm ki, ifa edən sizsiniz.
KONAREYKİN. Doğrudan? Xoşuna gəldi?
MARİNA. Səs bir elə aydın gəlmirdi. Amma ümidvaram ki, bizim üçün bir daha ifa edərsiniz. Bəs bu gün nəyin üzərində işləyirdiniz?
KONAREYKİN. Paltar yuyulan təknə üzərində… O qədər çirkli pal-paltar var ki…
SERYOJA. Bax, görürsən, o da zarafatından qalmır.
KONAREYKİN. Bu zarafat deyil. Katorqadır. Son dəfə belə əziyyəti altı il bundan əvvəl – skripka çalmağı öyrənəndə çəkmişəm.
MARİNA. Sveta nə vaxt qayıdır?
KONAREYKİN. Bu barədə hələ heç nə yazmır. Dünən ondan acıqca almışam. Tolyattidən göndərib. Onları çox yaxşı qarşılayırlar. Bir gündə üç konsertləri olur. Salam göndərir.
SERYOJA. O sənə südü də poçtla göndərir?
KONAREYKİN. Yenə zarafatından qalmır. Bizim körpə bir dəfəyə bir butulkanı aşırır. Bu çox deyil ki?
MARİNA. Qaydasındadır.
KONAREYKİN. Ümumiyyətlə, qərara gəlmişəm ki, müvəqqəti dayə dəvət edim. Təcili işim var. Tamaşaya musiqi və mahnılar bəstələyirəm. Elan yazmışam. Oxuyum, qulaq asın: “Şair və bəstəkar müvəqqəti olaraq uşağa baxmaq üçün dayə dəvət edir”… Bəs sizinkilər nə vaxt gəlir?
SERYOJA. Bu gün-sabah gəlməlidirlər.
MARİNA (xəyala dalaraq). Onda işlərimiz qaydasına düşəcək. Nənə yükümüzü yüngülləşdirəcək, mən də bütün mühazirələrə gedə biləcəyəm.
KONAREYKİN. Sizin bəxtiniz gətirir… Di, yaxşı… Nə qədər ki, mənim körpəm yatır, gedim, həm əskiləri asım, həm də elanı… Hə, yeri gəlmişkən, Marina Leonidovna, əgər biz gəzintidə olanda dayələr gəlsələr, zəhmət olmasa, onları qəbul edin (çıxır).
SERYOJA. Mən İnstituta getməliyəm.
MARİNA. Yox, bir dayan görüm. Birdən anan gəldi. Sən də olmayacaqsan. Qorxuram axı…
SERYOJA. Axı anamın xeyirxah olduğunu sənə demişəm. Yaxşı, gəl, bir də məşq edək. Mən – oyam, yəni ana …. Hə, niyə susursan? Bir-iki, üç… Başla görək.
MARİNA (ürkək səslə). Salam, Vera Dmitriyevna. Təəccüblənməyin. Seryoja da, mən də artıq böyüyük. Mən onun arvadıyam. Vaxtından əvvəl yazıb sizə narahat etmək istəmirdik.
SERYOJA. İnamla, inamla de.
MARİNA. Seryoja ilə mən bir-birimizi sevirik. Biz sizinlə yaxından tanış olanda, ümidvaram ki, sizin mənə münasibətiniz yaxşı olacaq. Bu – sizin nəvənizdir.
SERYOJA. Di, yaxşı, sonrasını məşq etmək lazım deyil. Yaxşıdır. Mən qaçdım, Marişkin.
MARİNA. Hələ bir dayan. Bazarlıq da edərsən. Çanta ordadır… Götürdün? Bir ayaq saxla. Məni sevirsən?
SERYOJA. Əlbəttə, sevirəm.
MARİNA. İncimirsən ki?
SERYOJA. Yox-x… Tez gələcəyəm. Nahara bir şey hazırla… (qaçır)
MARİNA. Əgər çatdıra bilsəm……
***
MARİNA (dərsini hazırlayır). Yerdəyişmələr və xarici qüvvələr arasında mütənasiblik şərtlərini özündə saxlayan sistemlər superpozisiya prinsipinə…. və ya…və ya…. təsir edən qüvvələrin asılı olmaması prinsipinə tabedir… (dərindən köks ötürür). Vəssalam. Üç fəsil hazırdır (sükut). Heç nə yadımda qalmadı. Bir yandan baxanda təqsir məndə deyil. Gah paltar ütüləmək, gah əskiləri dəyişmək, gah da bizim ata üçün qayğanaq bişirmək lazımdır.
P. SAAVİÇNA. Salam, əzizim.
MARİNA. Salam. Siz dayəsiniz? Bu saat… (çağırır). Gena, dayə gəldi.
KONAREYKİN. Hər vaxtınız xeyir. Mənim yanıma gəlmisiniz? Özüm də sizə kömək edəcəyəm, mənə yalnız müvəqqəti….
P. SAAVİÇNA. Bəli, əzizim, hər şey müvəqqətidir…
***
LEŞA (Mila ilə gəlir ). Oh, kimi görürük!
MİLA. Salam.
MARİNA. Salam. Sakitcə keçin, yatır…
MİLA. Sizinçin suvenir almışıq. Bunlar əmzikdir. Deyirlər tapılmır… Birbaşa mühazirədən gəlirəm. Səninçin konspekt gətirmişəm, sonra götürərsən.
SERYOJA (gəlir). Aha, siz buradasınız?
MİLA. Gözləmirdiniz? Biz bir növ göydən düşdük.
LEŞA. Məşğələdən çıxıb gəlmişik. Canavar kimi acıq. Borşunuz var?
SERYOJA. Yox! Məncə, hələ hazır deyil!
MARİNA. Yüz əlim var bəyəm?
LEŞA. Qulaq as, qoca, bəs buzla şampan şərabı, meyvə və şokolad necə?
SERYOJA. Kasıbın olanından. Çörək, süd, turşuya qoyulmuş kələm… Keyfiniz istəyən qədər yeyin.
KONAREYKİN. Kimi – görməmişəm salam.
MİLA VƏ LEŞA (ağızlarında yemək). Uhu…
SERYOJA. Qonağımız ol.
KONAREYKİN. Təşəkkür edirəm. İndi daha Svetanın gəlişinə qədər arxayın ola bilərik. Artıq bizim dayəmiz var.
MİLA. Leşa ilə mənim uşağımız olanda onlara mən özüm baxacağam.
MARİNA. Hə? Bəs ev, iş?
LEŞA. Narahat olma. O, özünə əl qatana kimi qadınların iş vaxtını iki dəfə qısaldacaqlar, məzuniyyət də üç dəfə artacaq.
MİLA. Biz, sadəcə, qərara almışıq ki, bir qədər özümüz üçün yaşayaq. Mənzil alacaq….
LEŞA. Aha… maşın üçün pul toplayacaq, xaricə gedəcək, bağ evi kirayə edəcək, dovşan bəsləyəcək, çiyələk satacağıq.
MİLA. Xoşuna gəlmir, səni saxlayan yoxdur. Boşana bilərik.
SERYOJA. Uşaqlar, sizə nə oldu? Boş bir şeydən….
LEŞA. Bu, boş şey deyil. Qadınlar son dəfə müstəqil olublar, onlar ərsiz də, ailəsiz də keçinə bilərlər. Məsələ bundadır.
MARİNA. Bəs məhəbbət?
LEŞA. Təəssüf ki, keçicidir.
MARİNA. Keçicidirsə, demək, məhəbbət deyil.
KONAREYKİN. Siz hər şeyə çox yüngül yanaşırsınız: sevmisiniz – indi isə sevmirsiniz; evlənmisiniz – indi isə boşanırsınız….
LEŞA. Sən də boşla görüm, qoca, heç bilirsən əvvəllər nikahlar nə üçün möhkəm olurdu? Ona görə yox ki, konkret götürülmüş fərdin ürəyindən boşanmaq keçsə də, ayrılmırdı. Yox-x. Qadınlar öz kişilərindən dörd əlli yapışırdılar. Əgər ər onu tərk edirdisə, nə ictimaiyyət qadının halına yanırdı, nə də özünün qanuni iyirmi faizi ona çatırdı. Qabaqlar qadın bilirdi ki, onun ərə getməsi heç də indiki kimi asan deyil.
KONAREYKİN. Sən qədim zamanlar barədə yarımçıq məlumat verdin. Xəbərin var ki Qədim Vavilonda heç də hər kəs istədiyi vaxt evlənə bilmirdi?
MİLA. Necə yəni?
KONAREYKİN. Çox sadəcə. Günlərin bir günü bütün cavanlar bir yerə yığışır, özləri üçün ən gözəl qızları seçirdilər. Hər gözəl üçün böyük məbləğdə pul tələb olunurdu. Axıra yalnız kifirlər qalırdı. Yığılan pulların hamısını onların arasında bölürdülər. Cehizi olan həmin yaraşıqsız “gözəllər” də, nəhayət, ərə gedirdilər.
MİLA. Bax, bu, demokratik adətdir.
MARİNA. Yox, mən bu adətin əleyhinəyəm. Bu nədir: pula görə kimə gəldi ərə gedəsən.
LEŞA. Qadınlar! Sakitləşin görək. Biz mövzudan kənara çıxırıq. Bəs ev sahibi niyə ağzına su alıb?
SERYOJA. Ev sahibi fikirləşir.
LEŞA. Əgər sirr deyilsə…
SERYOJA. Sirr deyil. Mən hesab edirəm ki, ailənin möhkəmliyi əsas etibarı ilə qocalardan asılıdır. Elə özümüzü götürək: anam gələcək, hər şey başqa cür olacaq…
MARİNA. Hə, hə… Nənə özünün təbii yerini tutacaq, qayğılarımızın bir qismini üzərimizdən götürəcək və mübahisə üçün aramızda səbəb olmayacaq.
SERYOJA. Valideynlər həm maddi, həm də mənəvi cəhətdən kömək göstərməlidirlər.
LEŞA. Sənin halına iyirmi ildən sonra baxacağam.
SERYOJA. Baxarsan, baxarsan.
Qapının zəngi çalınır.
KONAREYKİN. Görünür, yeni bir dayədir. Mən elanı asmışam.
SERYOJA (qayıdır). Teleqramdır. “Təyyarə ilə gəlirəm. Omsk təyyarəsi, on iyirmi. Anan.” Nənə gəlir. Maracan, pulumuz haradadır? Mən aeroporta gedirəm.
MARİNA. Mən də səninlə gedirəm.
SERYOJA. Mənimlə hara? Bəs körpə?
MARİNA. Tək qorxuram, birdən tez gəldi, ona nə deyəcəyəm?
SERYOJA. “Birdən” nə deməkdir? Biz ki, artıq məşq etmişik.
MARİNA. Mən qorxuram.
LEŞA. Əşi, qoy getsin, biz burdayıq.
SERYOJA. Yaxşı, geyin.
MARİNA (hazırlaşa-hazırlaşa). Doğru sözümdür, Seryoja. Əgər birdən ananı görə bilməzsən, mən ona nə deyərəm…
SERYOJA. Dedim ki, gedək. Di, tez ol… Leşa, bax özündən hoqqa çıxarma. Nəbadə keçən dəfəki kimi uşağa üzmək öyrətməyə çalışasan.
MİLA. Arxayın ol.
LEŞA. Özümdən hoqqa çıxarmıram. O vaxt lazım idi. Sizin körpə artıq dörd aylıqdır, üzməyə də qabil uşaqdır.
SERYOJA. Sağ ol vallah…
KONAREYKİN. Narahat olmayın: əgər yedizdirmək, yaxud əskisini dəyişdirmək lazım olsa, gəlib, kömək edərəm.
MARİNA. Hə, uşaqlar, biz getdik. Özünüzü evinizdəki kimi hiss edin.
KONAREYKİN. Gedim bir özümünkünə baş çəkim.
LEŞA. Sən hara?
MİLA. Eşitmədin? Dedilər: özünüzü öz evinizdəki kimi hiss edin. Nə qədər ki çağa oyanmayıb, gedim, mətbəxə göz gəzdirim. Görüm orada daha nə var?
LEŞA. Bu vacibdir. Yaxşı arvad belə olmalıdır.
***
ANA. Qapı bağlı deyil. Qəribədir.
ATA. Nə olsun bağlı deyil? Kim girəcək?
ANA. Girməyəcək, soxulacaq. “İnsan və qanun” jurnalını oxumursan nədir?
ATA. Sən həmişə ifratçı qadın olmusan.
ANA. Başımı dəng eləmə. Uf… otaq necə də boğanaqdır. Bu, körpəyə ziyandır. Ona normal temperatur lazımdır.
ATA. Plaşını soyun, səninçin normal temperatur olsun.
ANA. Mənim ağzımı qapamaq lazım deyil. Avtobus dayanacağındakı kimi nə dayanmısan? Otur. İlahi, necə də səliqəsizlikdir. Şeyləri hara gəldi tullayıblar. Hamısı da ona görə ki, evdə əsl kişi yoxdur. Mən sənə çoxdan demişəm ki, bu erkən nikah xeyirliyə aparmayacaq. Bəziləri, əlbəttə, ana ürəyinin nə demək olduğunu başa düşmürlər. Qulaq as, bir görürsən? Qızın mətbəxdən çıxmaq bilmir, əri də vanna otağında özü üçün çimir. O, qızımızı əsarət altına alıb. Bütün kişilər belədir: vəhşidirlər, qəddardırlar.
MİLA(gəlir). Siz Kamçatkadan gəlmisiniz?
ANA. Bütün həyatım boyu Soçidən uzaqda olmamışam.
MİLA. Siz yəqin ki, elana görə gəlmisiniz? Dayəlik etmək üçün.
ANA. Kim dayəlik etməyə gəlib? Bəs sən burada nə edirsən?
MİLA. Təəssüf ki, yer artıq tutulub. Bağışlayın, nəzərinizə çatdırıram ki, daha sizin xidmətinizə ehtiyac yoxdur.
ANA. Kişi, bəs sən niyə həmkarlar ittifaqının iclasındakı kimi ağzına su almısan? Eşidirsən o nə deyir?
MİLA. Yox, doğru sözümdür. Uşağın birinin dayəsi var. O birindən ötrü də Kamçatkadan nənə gəlir. Siz bir qədər gecikmisiniz.
ATA. Arvad, eşidirsən o nə deyir? Onların artıq iki uşağı var. Bais sənsən: Elə hey deyirdim: “Mənim işim deyil. Qarışma.”
ANA. Ola bilməz. Biz buraya keçən il gəlmişdik. Onlar nə vaxt macal tapıblar? Nə isə məsələ özgə cürdür.
LEŞA (gəlir). Salam. Üzr istəyirəm.
KONAREYKİN. Nə hay-küy salmısınız? Mənim köməyim lazım deyil ki? Oh, salam.
ANA. Bir görürsən onlar burada bütöv bir dəstədir. Siz kimsiniz?
MİLA. Biz Seryojanın dostlarıyıq.
KONAREYKİN. Mən də qonşusuyam.
ATA. Hə, görürsən? Yad adam yoxdur: dostlar və qonşulardır.
ANA. Yalan deyir, onun qonşusu qoca bir nənədir.
LEŞA. Nənə haradadır?
KONAREYKİN. Mənə order veriləndə nənə-zad görməmişəm. Nənə qocalar evinə çıxıb getmişdi.
ATA. Bir gör ha: nənə çıxıb gedib, Marina da Seryoja ilə gedib.
KONAREYKİN. Siz yəqin ki, Marinanın ata-anasısınız? Xalacan, siz ona çox oxşayırsınız… Özü də onun kimi təravətlisiniz…
ANA (səsi mülayimləşir). Eləmi?
KONAREJKİN. Gəlin tanış olaq: Gena.
ANA. Hə, Gena vallah belə qarmaqarışıqlıqda özünə fikir vermək heç adamın yadına da düşmür. Üstəlik doğma qızın da başına həngamə aça.
KONAREYKİN. Onları rahat buraxmaqda düzgün hərəkət etmisiniz. Nə qədər sərbəst yaşasalar, bir elə yaxşıdır.
ANA. A kişi, heç olmasa, qulaq as gör nə deyirlər.
KONAREYKİN. Bu gün isə nənə – Seryojanın anası gəlir. Daha onlar üçün çox asan keçəcək.
ANA. Bütün bunlar sənin tərbiyənin nəticəsidir. Hansı nənə isə nəvəmizin qayğısına qalacaq. Gena, görürsən, müasir gənclər necədirlər? Böyüdürsən, böyüdürsən… sonra onlara lazım olmursan.
KONAREYKİN. Ümumiyyətlə, uşaqlar sizin barənizdə bunu çox yaxşı xatırlayırdılar ki….
Qapının zəngi çalınır.
Onlardır. Mən bu saat…..
***
NƏNƏ (gəlir). Hər vaxtınız xeyir.
HAMI. Salam. Hər vaxtınız xeyir.
MİLA. Siz nənəsiniz, yoxsa elana görə gəlmisiniz?
NƏNƏ. Mən burada yaşayıram. Burada mənim oğlum yaşayır.
KONAREYKİN. Sizi dərhal tanıdım. Seryojaya çox oxşayırsınız. O, sizi qarşılamağa getdi.
ATA. Deməli, siz Seryojanın anasısınız? Biz isə Marinanın valideynləriyik.
NƏNƏ. Marina budur?
MİLA. Heç də yox.
ATA. Mən hər şeyi sizə aydınlaşdıraram. Bilirsiniz, məsələ burasındadır ki… Ümumiyyətlə…
ANA. Dilin niyə topuq çalır?
ATA. Bu, mənim arvadımdır.
NƏNƏ. Çox şadam.
SERYOJA (gəlir). Salam, anacan. Xoş gəlmisən.
MARİNA (utana-utana). Salam…
NƏNƏ. Salam, Seryojacan. Bizim evdə bu əskilər, qonaqlar haradan?
SERYOJA. Ana bu… (təəccüblə). Qucağındakı bu uşaq nədir, anacan?
NƏNƏ. Bilirdim ki, təəccüblənəcəksən…
SERYOJA. Ana, təsəvvür edirsən, özümüzü necə itirdik. Hamımız bir-birimizə dəydik. Teleqramını aldıq və… Sən reysin nömrəsini göstərməmişdin. Fikirləşdik ki, təyyarə on iyirmidə yola düşür. Sən demə, o, artıq yolda imiş. Ona görə də səni qarşılamağa gecikdik.
NƏNƏ. Eybi yox… Özümlə xırda-xuruş şeyləri gətirdim. Qalanlarını baqaja vurmuşam.
SERYOJA. Ana, yaxşısı budur bəri başdan deyək ki…
NƏNƏ. Seryoja, mən sənə deməliyəm ki…
SERYOJA. Məsələ burasındadır ki…
NƏNƏ. Başa düşürsən, Seryoja…
SERYOJA. Ümumiyyətlə…
NƏNƏ. Sözün kəsəsi,.. bilirsən…
SERYOJA (özünü ələ alaraq). Ana, sənin nəvən var.
NƏNƏ (özünü ələ alaraq). Seryoja, sənin qardaşın var.
Hamı təəccüblə içini çəkir.
SERYOJA. Necə yəni qardaşım?
NƏNƏ. Nəvə haradan?
SERYOJA. Bəli, nəvən. Bu da nəvə…
(ani sükutdan sonra)
KONAREYKİN. Bu artıq mənim xoşuma gəlir.
LEŞA. Bax buna deyərəm əsl məzhəkə.
MİLA. Adam az qalır yıxıla.
ANA. A kişi, sənə demədim ki, uşaq əmziyindən çox götür, peşman olmazsan. Yaxşı ki sözümə baxdın.
ATA. Mənzil deyil ki, uşaq bağçasıdır.
SERYOJA. Bir dayan, ay ana, qoy bir dərk edim. Deməli, atamla belə qərara almısınız ki…
NƏNƏ. Hə, qərara aldıq ki, sənə… Sənin qardaşın, yaxud bacın olsa, nə eybi? Hələ ki, gec deyil… Hə, demək siz də burada… Biz orada olarkən…
SERYOJA. Hə, biz Marina ilə qərara aldıq ki, atamla sənə sürpriz hazırlayaq…
NƏNƏ. Çox gözəl, çox pakizə… Mən çox şadam… Ancaq… Sənə yazmışdım: indi atan gəmi səfərindədir. Biz ümid edirik ki, sən heç olmasa, bir qədər mənə kömək edəcəksən…
SERYOJA. Biz də ümid edirdik ki, sən gələcək və bizə kömək edəcəksən…
NƏNƏ. Mən ekspedisiya ilə əlaqədar hesabatı qurtarmalıyam.
SERYOJA. Ana, biz də dərslərə hazırlaşmalıyıq. Bəs nə edəcəyik?
NƏNƏ. Heç mən özüm də bilmirəm.
Palina Savviçna gəlir.
NƏNƏ. Palina Savviçna.
KONAREYKİN. Bu, dayədir.
SERYOJA. Gena, bu, Palina Savviçnadır. Sən köçməmişdən həmin otaqda yaşayırdı.
P. SAVVİÇNA. Sənin Seryojan, maşallah, böyüyüb ha. Salam, əzizim. Fikirləşirəm ki, canlı insanlarla heç olmasa bircə saat söhbət etmək necə də xoşdur. Yoxsa öz ayağımla gedib çıxmışam qocalar evinə. Orada da adam ayağını uzadıb ölmək istəyir. Əbədi həyat dünyasına putyovkamız artıq hazırdır.
NƏNƏ. Nə danışırsınız, Palina Savviçna?
HAMI. Nə danışırsınız, Palina Savviçna?
***
(Marina dərsini hazırlayır, Leşa ona kömək edir).
LEŞA. Heç olmasa, sən estetikanın nə olduğunu Marinaya başa sal.
SERYOJA. Bəxtəvərlikdən danışırsan. Vaxtım hanı. Su qaynayır.
KONAREYKİN. Aləm qarışıb bir-birinə.
MİLA. Daha demə.
LEŞA. Bax, Marina, bu çuğunun ərimə diaqramıdır. Bax, burada üç nöqtə qoyulub.
MARİNA (fikri dağınıq). Anacan, bu gün sizin növbənizdir. Uşaqları yedizdirməyi unutmamısınız ki?
NƏNƏ. Marinacan, gəl bu gün də sən yedirt. Mən hesabatı professor Lapinə göstərməliyəm.
SERYOJA. Lənətə gələsən, kompot lap qaynardır. Marina, meyvə qurtarmaq üzrədir. Bu da daha yüz ədəd əmzik.
LEŞA. Nə xəbərdir, canına yazığın gəlsin. Kompotu bişirməyə nə var ki? Bütöv uşaq bağçası üçün hazırlamaq olar…
MİLA. Leşa, əmziyi uşağın ağzına dürtmə. Butulkanı qoy yerə görüm. . Mikrob salarsan (uşaqlar səs-səsə verib ağlamağa başlayır).
SERYOJA. Anacan, getdin?
NƏNƏ. Saçımın lakı hələ qurumayıb. Seryoja, bir ayaq saxla.
Uşaqlar ağlaşırlar.
Onları sakitləşdir.
KONAREYKİN. Aləm qarışıb ha bir-birinə.
MİLA. Day demə.
ANA (gəlir). Bu bağlamanı al görüm. Tez ol, İvan Poddubnı kimi nə tövşüyürsən?
ATA. Oh, Lidoçka….
ANA. Vaxtını söz güləşdirməyə itirirsən. Axı, servelat üçün növbəyə yazılmışıq. Getmək lazımdır. Nömrə silinməyib ki? Göstər, dəhlizdə kimyəvi karandaş var. Düzəldərik. Di tez ol, getdik.
(Zəng səsi gəlir)
NƏNƏ. Zəng səsi eşidirəm. Məncə, sizin zəngli saatdır.
KONAREYKİN. Bu saat… (az sonra qayıdır). Zəngli saat deyilmiş. Qapının zəngi idi. Sizə teleqram var.
NƏNƏ (sevinclə). “Ura” qışqırın. Mənim anam gəlir. Sənin nənən, Seryoja. Mən hər şeyi ona yazmışdım. O gələr, işimiz öz qaydasına düşər.
MARİNA VƏ SERYOJA. Hə, nənə gələndə, işlərimiz öz qaydasına düşəcək….
Tərcümə edən:
Akif ABBASOV
Yazıya 22 dəfə baxılıb