Azərbaycan milli mətbuat tarixində “Əkinçi” qəzetinin mövqeyi – Nəsibə Murtuzayeva

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

             Azər­bay­ca­nın gör­kəm­li zi­ya­lı­sı Hə­sən bəy Zər­da­binin və­tə­ni­nə olan sev­gi­si, xal­qı­na, mil­lə­ti­nə xid­mət et­mək ar­zu­su onun 22 iyul 1875-ci il­də Ba­kı­da qu­ber­na­tor mət­bəə­sin­də Azər­bay­can di­lin­də “Əkin­çi” qə­ze­ti­nin nəş­ri­nə mü­vəf­fəq olmasına səbəb oldu. Azər­bay­can di­lin­də nəşr olunan “Əkin­çi” qə­ze­ti ilə Azər­bay­can mil­li mət­bua­tı­nın əsa­sı qo­yu­ldu. Azər­bay­can mil­li mət­bua­tı­nın əsa­sı qo­yan “Əkin­çi” qə­ze­ti 22 iyul 1875-ci il­dən 1877-ci ilin 29 sen­tyabr ayı­na qə­dər ça­pı­nı da­vam et­di­rmişdir. “Əkin­çi” qə­ze­ti ay­da iki də­fə 300-400 ti­raj­la nəşr olu­nmuşdur. Ümumilikdə, qə­ze­tin 56 nöm­rə­si işıq üzü gö­rmüşdür. Hə­sən bəy Zər­da­binin qurucusu olduğu “Əkin­çi” qə­ze­ti­nin əsas ide­yası Şər­qin ge­ri­li­yi­ni, əta­lət və süst­lü­yü­nü məhv edərək hə­qi­qi azad­lı­ğını bərpa etmək idi. On­lar öz söz­lə­ri­ni, do­la­yı yol­la ol­sa da, bu qə­zet va­si­tə­si­lə xal­qa çat­dı­rıb, xal­qın ba­şa dü­şə­cə­yi sa­də dil­də fi­kir­lə­rini səs­lən­dirirdilər. İlk mət­bu or­qan ki­mi “Əkin­çi” öz əsas ide­ya­sı­na uy­ğun ola­raq in­cə­sə­nət və ədə­biy­ya­ta da aid ye­ni de­mok­ra­tik tə­ləb­lə­ri irə­li sü­rür­dü. Azər­bay­ca­nın bö­yük dra­ma­tur­qu Nə­cəf bəy Və­zi­rov, köh­nə şe­ir­lər­lə ya­na­şı, şa­ir­lə­ri müa­sir hə­yat­dan yaz­ma­ğa, xal­qı cə­ha­lət və qəf­lət yu­xu­sun­dan ayılt­ma­ğa, müa­sir ruh­da tər­bi­yə et­mə­yə ça­ğı­rır­dı. Bu­nun­la Zər­da­bi­nin sə­si­nə Azər­bay­ca­nın bir çox gör­kəm­li, maa­rif­pər­vər in­san­la­rı səs ve­rir­di. Azər­bay­ca­nın bö­yük ziyalıları “Əkin­çi”nin ətrafında cəm olmuşdurlar. Azər­bay­can mil­li mət­bua­tı­nın ilk qa­ran­qu­şu olan bu qə­zet xal­qın mil­li və müa­sir ruh­da tər­bi­yə olun­ma­sın­da çox bö­yük rol oy­na­yaraq, cəmiyyətdə maa­rif­çi və de­mok­ra­tik ide­ya­la­rın car­çı­sına çevrilmişdir. “Əkin­çi” qə­ze­ti Azər­bay­can ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da müs­təs­na xid­mət­lər gös­tərmişdir. Hə­sən bəy Zər­da­binin qurucusu olduğu “Əkin­çi” qə­ze­ti­ni nəşr et­mək­də əsas məq­sədi həm­və­tən­lə­ri­nin qəl­bi­nə, şüu­ru­na maa­rif, elm, mə­də­niy­yət to­xu­mu səp­mək­dən iba­rət idi. Baş­qa söz­lə, maa­rif, təh­sil əkin­çi üçün ən bö­yük mey­dan, mün­bit tar­la şüu­ru­nu mil­li bi­ga­nə­lik, na­dan­lıq və cə­ha­lə­tin “alaq ot­la­rı” bas­mış ge­niş küt­lə, sa­vad­sız xalq ola bi­lər­di. “Əkin­çi” qə­ze­tinin 2 il­də gös­tər­di­yi fəa­liy­yət özü­nün mü­qəd­dəs ama­lı­na – xal­qın maa­rif­lən­mə­si­nə lə­ya­qət­lə xid­mət et­mişdir. Qəzet qı­sa bir za­man­da xalq maa­ri­fi və mə­də­niy­yə­ti­nin, ana dil­li mək­təb­lə­ri­nin bö­yük car­çı­sı ol­du.

Esmira Cavadova “Azərbaycan milli mətbuatının ilk qəzeti” məqaləsində Hə­sən bəy Zər­da­binin “Əkin­çi” qəzetindəki fəaliyyətini geniş şəkildə analiz etmişdir. “Həsən bəyin bu arzusunun həyata keçirilməsi üçün Azərbaycanda heç bir şərait yox idi. Özünün dediyi kimi, “qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox, pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”. Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, “dağ çapmaq kimi” bir işə bənzəyirdi. Lakin Həsən bəy buna nail oldu. Belə ki, o vaxt Bakının qubernatoru rus generalı olan Staroselski idi, amma övrəti gürcü qızı idi. Ona görə də qafqazlılara çox hörmət edirdi. Zərdabi bu məqamdan istifadə edərək qəzet barəsində ona müraciət edir, ondan məsləhət istəyir. General ona məsləhət görür ki, qəzetin adını “Əkinçi” qoysun. Guya qəzet əkin və ziraətdən danışacaq özü də boyuna çəkir ki, onda senzorluğu da öz üzərinə götürür. Bu imkandan istifadə edən Həsən bəy ərizə verib qəzetin nəşrinə icazə alır”.

“Əkin­çi” qəzeti bağ­lan­sa da, onun ək­di­yi maa­rif, elm və mə­də­niy­yət to­xum­la­rı öz bəh­rə­si­ni ver­di: ye­ni-ye­ni mək­təb­lər açıl­dı, qə­zet­lər ya­ran­dı. Hə­sən bəy Zər­da­bi “Əkin­çi” qəzeti ilə Azərbaycan ədəbiyyatında türk­çü­lü­yün inkişaf etdirilməsinə nail oldu. Mil­li ruh­lu, və­tən­pər­vər bir zi­ya­lı, əsl mü­səl­man tə­əs­süb­ke­şi olan Hə­sən bəy Zər­da­bi XIX əs­rin so­nu – XX əs­rin əv­vəl­lə­rin­də Ba­kı­da mil­li zi­ya­lı­la­rın bir ara­ya gəl­mə­sin­də, va­hid mil­li Azər­bay­can ide­ya­sı ət­ra­fın­da bir­ləş­mə­sin­də müs­təs­na ro­l oynamışdı. Hə­sən bəy Zər­da­bi “Əkin­çi” qəzeti vasitəsi ilə qa­dın təh­si­li ilə bağ­lı ide­ya­la­rı­nın ger­çək­ləş­mə­si is­ti­qa­mə­tin­də mü­hüm addımlar atmışdır. O dövrdə bö­yük me­se­nat Ha­cı Zey­na­lab­din Ta­ğı­ye­vin mə­liy­yə dəs­tə­yi və Hə­sən bəy Zər­da­bi­nin məs­lə­hə­ti ilə 1901-ci il­də Ba­kı­da Alek­san­dra Fyo­do­rov­na adı­na rus-mü­səl­man Qa­dın Mək­tə­bi (“Ta­ğı­yev qız mək­tə­bi”) açı­lır. Bu­nun­la da bö­yük maa­rif­çi Hə­sən bəy Zər­da­bi­nin uğ­run­da il­lər­lə mü­ba­ri­zə apar­dı­ğı azər­bay­can­lı qız­lar üçün təh­sil mü­əs­si­sə­si ya­rat­maq ide­ya­sı re­al­la­şır. Bu mək­tə­bin açıl­ma­sın­da müs­təs­na rol oy­na­yan Zər­da­bi hə­min mək­tə­bin ni­zam­na­mə­si­ni də özü yaz­mış, mək­tə­bin qəy­yum­lar şu­ra­sı­nın üz­vü se­çil­miş­di. Mək­tə­bin ilk mü­di­ri Hə­sən bə­yin ömür-gün yol­da­şı və si­lah­da­şı Hə­ni­fə xa­nım Mə­li­ko­va tə­yin edil­miş­di. Hə­sən bəy Zər­da­bi “Əkin­çi” qəzetində Azər­bay­can qa­dın­la­rı­nın maa­rif­lən­mə­si­nə xü­su­si əhə­miy­yət verirdi. Dahi şəxsiyyət 1901-ci il­də Ba­kı­da azər­bay­can­lı qız­lar üçün ilk mək­tə­bin açıl­ma­sı­na bö­yük kö­mək gös­tə­rərək, Azərbaycan qızlarını el­mə, mə­də­niy­yə­tə, maa­ri­fə hə­vəs­lən­di­rib, onları gələcəkdə ge­niş ic­ti­mai fəa­liy­yətdə görməyi arzu edirdi. Hə­sən bəy Zər­da­bi “Əkin­çi” qəzetində apar­dı­ğı təb­li­ğa­tın nə­ti­cə­sin­də Ba­kı gim­na­zi­ya­sın­da oxu­yan tə­lə­bə­lə­rin sa­yı xey­li ço­xa­lmışdı. Dahi şəxsiyyət zəh­mət­keş küt­lə­lə­rin xoş­bəxt­lik və tə­rəq­qi­si­ni elm­də gö­rüb, el­min, təh­si­lin hə­yat­la əla­qə­si­nə bö­yük əhə­miy­yət ve­rirdi. Hə­sən bəy Zər­da­bi “Əkin­çi” qəzetində yazdığı məqalələrində xal­qının maa­rif və mə­də­niy­yə­ti na­mi­nə məs­lə­hət­lə­ri­ni əsir­gə­mə­yirdi və hə­mi­şə əzi­lən və is­tis­mar olu­nan küt­lə­lə­rin tə­rə­fin­də olurdu. Azər­bay­can mil­li mət­bua­tı­nın əsa­sı qo­yan Hə­sən bəy Zər­da­bi şə­hər­də eh­ti­ya­cı olan şa­gird­lə­rə kö­mək et­mək üçün Xe­riy­yə Cə­miy­yə­ti ya­ra­tmışdı. Hə­sən bəy Zər­da­bi “Əkin­çi” qəzetində yazdığı məqalələrində ic­ti­mai-si­ya­si prob­lem­lər­lə ya­na­şı, əx­laq mə­sə­lə­lə­rinə də geniş yer vermişdir. O, cəmiyyətdəki əx­laq və eti­ka mə­sə­lə­lə­rini öz dün­ya­gö­rü­şü vasitəsilə analiz etmişdir. Hə­sən bəy Zər­da­binin əsər­lə­rin­də cə­miy­yət­də möv­cud olan, bir-bi­ri­nə fə­sad təş­kil edən si­fət­lər mü­qa­yi­sə­li şə­kil­də qar­şı-qar­şı­ya qo­yu­lur­du: bir tə­rəf­də zəh­mət­keş tə­bə­qə üçün xa­rak­te­rik olan ən üs­tün əx­la­qi cə­hət­lər, di­gər tə­rəf­də isə is­tis­mar­çı si­nif­lə­rə xas olan rüş­vət­xor­luq, ri­ya­kar­lıq, sər­xoş­luq ki­mi qey­ri-in­sa­ni key­fiy­yət­lər du­rur­du. Hə­sən bəy Zər­da­bi “Əkin­çi” qəzetində yazdığı əsərləri onun gər­gin ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti ilə məş­ğul olmasının əsas sübutudur və bu əsərlər onun Azər­bay­can xal­qı­nın ta­ri­xin­də mil­li te­at­rı­mı­zın ba­ni­si, mət­bua­tı­mı­zın ya­ra­dı­cı­sı, ilk qız mək­tə­bi­nin tə­sis­çi­si, Bi­rin­ci Mü­əl­lim­lər Qu­rul­ta­yı­nın təş­ki­lat­çı­sı və səd­ri, gör­kəm­li ic­ti­mai xa­dim və fə­da­kar bir mü­əl­lim ki­mi göstərdiyi xidmətlərin göstəricisidir. Hə­sən bəy Zər­da­bi qurucusu olduğu “Əkin­çi” qə­ze­ti­ vasitəsilə Azərbaycan xal­qı­na sə­da­qət­lə xid­mət et­miş, xal­qı maa­rif­lən­dir­miş, azad­lıq hə­rə­ka­tı­nı can­lan­dır­maq na­mi­nə ya­şa­dı­ğı döv­rün bü­tün ey­bə­cər­lik­lə­ri­ni, haq­sız­lıq­la­rı­nı, xal­qın zəh­mət­keş tə­bə­qə­lə­ri­ni əzən, on­la­rı zülm al­tın­da in­lə­dən feo­dal qəd­dar­lıq­la­rı­nı çə­kin­mə­dən ya­zı­la­rın­da if­şa etmişdir. Hə­sən bəy Zər­da­binin qurucusu olduğu “Əkin­çi” qə­ze­ti­ndəki zən­gin ədə­bi ir­si və fəa­liy­yə­ti ilə Azər­bay­can mə­də­niy­yə­ti ta­ri­xi­nə yad­daş­lar­dan si­lin­mə­yən iz­lər qo­yulmuşdur. Azər­bay­can maa­rif­çi­lik hə­rə­ka­tı­nın ko­ri­fey­lə­rin­dən olan Hə­sən bəy Zər­da­bi Azərbaycanda mətbuatın sürətli inkişaf getdiyinin yolunu ana dilində çap olunan qəzetlərin yaradılmasında görürdü. Azərbaycan milli mətbuatının bünövrəsinə çevrilmiş “Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də nəşrinə icazə alındıqdan sonra nəşr olundu. Azərbaycanın milli dövri mətbuatının əsası bu tarixdə qoyulub. O, “Əkinçi” qəzetinin fəaliyyəti ilə cəmiyyətdə cahilliyi və mövhumatı aradan qaldırmaq, xalqı maarifləndirmək, öz dillərində qəzet oxuya bilən insanları görmək istəyirdi. Hə­sən bəy Zər­da­bi “Əkin­çi” qəzetində yazdığı əsərlərində Azərbaycan xalqının acı həyatına ürəkdən yanan, insanları mənəviyyatca şikəst edib zədələyən, müti, qorxaq, məzlum hala salan ictimai səbəbləri bəzən dərinliyinə qədər görə bilməsə də, yaşadığı cəmiyyətə, onun qayda-qanunlarına qarşı bütün şüurlu fəaliyyəti boyu narazılığını bildirən ədib kimi çıxış etmişdir. Dahi şəxsiyyət “Əkin­çi” qəzetində yazdığı əsərlərində həyatın, təbiətin, obrazların təsvirində özünə xas yazı maneralarından geniş istifadə etmiş, surətlərin məkanını, mühitini, ayrı-ayrı adamlar, onların məşğuliy­yəti, istifadə etdikləri əşyaların lakonik, dəqiq verilməsinə, onu səciyyələndirməyə, bir yönünü işıqlandırmağa uğurla nail ola bilmişdir. “Əkinçi” qəzetinin nəşr olunmasında və inkişaf etdirilməsində Həsən bəy ilə yanaşı onun ətrafında olan böyük ziyalılarında çox böyük xidmətləri olmuşdur. Həsən bəy Zərdabi “Əkinçi”nin əsas yazarı olmaqla o, həm qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki bir işçisi və həm də koorrektoru kimi fəaliyyət göstərmişdir. O, “Əkinçi” qəzetini maarifdən, elmdən məhrum xalqının yolunu işıqlandırsın deyə açmışdı. “Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, kənd təsərrüfatı barədə elmi yenilikləri və bilikləri təbliğ etmək, millətinin hərtərəfli inkişafına nail olmaq idi. Həsən bəy Zərdabi məqalələrində yoxsul kəndlilərin, əkinçilərin vəziyyətini, onların arzu və istəklərini işıqlandırır, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın geridə qalmış kənd təsərrüfatının inkişafına xidmət etmək üçün əlindən gələn hər şeyi edirdi. Dahi şəxsiyyət “Əkin­çi” qəzetində kənd təsərrüfatına dair yazdığı əsərlərində kəndlilərə səmərəli, elmi, təcrübi tövsiyələr vermişdir. Belə ki, “Əkinçi” qəzetinin ilk nömrəsindən son nömrəsinədək hər sayında yerlərdə çarizm, bəylər və mülkədarlar tərəfindən amansız olaraq istismara məruz qalan yoxsul kəndlilərin təsərrüfat dərd-sərlərindən danışılır, torpaqbecərmə alətləri, əkinçilik, bitkiçilik, becərmə, su problemi, heyvandarlıq, ipəkçilik və sair bu kimi məsələlərdən söhbət açılır, zəhmətkeş kəndlilərə lazımı məsləhətlər, tövsiyələr verilir. Çarizmin bütün məneələrinə baxmayaraq xeyirxah əməl sahibi Həsən bəy Zərdabi zəruri vasitə və üsulları öyrənib tətbiq etməklə millətinin, xalqının tərəqqisinə çalışmış və onlara yardımçı olmuşdur. “Əkinçi” qəzetinin fəaliyyəti Azərbaycan xalqının tərəqqisinə xidmət etmişdir.

 

Yazıya 5 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.