Bu gün Odlar Yurdunda Yer də, Göy də zəfər deyir! Araz ürəyindəki kədəri silib, üçrəmgli bayrağımızın işığında Xudafərində körpülənmək istəyir. Otaylı- butaylı Azərbaycanımız sevinc içində çağlayır. Cənnət Qarabağımızda yağı düşmən daha at oynada bilmir, onun başına sığal çəkib “Haydı, irəli!” deyənlər tapılmır, torpağımıza səngər-səngər dağ çəkib, azan səsi kəsilən məscidlərimizdə bayquş kimi ulamır haylar. Sarıqulaqlar içəridən qırıla-qırıla qurduğu oyunlardan ağ süddən çıxan qaşıq kimi yenə özünə təmizlik axtarır. Tökülən qanlar ona bəs etmir. Buqələmun kimi rəngdən-rəngə girir. Mələk donunda yenə cin-şəyatin çöhrəsini gizlətmək istəyir. Min hiyləyə, min rəzilliyə yol açan maskasını təzələmək istəyir. Səhnələr dəyişir, rollar dəyişir. İslamiyyətdən dəm vuran “müsəlman qardaşımız”ın da paxırı açılır. Gözümüz görə-görə bizə yalan satdı, min hiyləyə, min kələyə əl atdı. Çörəyini, suyunu, silahını, yanacağını verdi düşmənin, çaxır içib, donuz əti yeyənə, kafirə “qardaş”-dedi. Bizə acıq verərək qucaqlayıb üzündən də öpdü, “müqəddəs” ziyarətgahlarını da hörmətdən salıb, ziyarətə də apardı. Bizi “şirin quyruğu” ilə qorxutdu, Yerevanda, Şuşada məscidimizin ora-burasına əl gəzdirib farsın yadigarı kimi dünyaya sırımaq, erməni vandallığına arxa durmaq yolunu tutdu. Haqq tərəzisi pozulmuş dünyanın kor gözlərinə, kar qulağına uyub sərhədlərimizi də keçdi, 44 günlük müharibədə zəfər yürüşümüzü Cəbrayıl torpağında ləngitməyə çalışdı. İranlı “qardaşımız”ın yalançı fətvasını gözümüzə soxdular utanmaz-utanmaz. Guya bu fətva düşmənin 30 illik qudurğanlığının, həyasızlığının, tökdüyü qanların qabağını kəsdi. Dağılmış, viran olmuş Qarabağı bizə qaytardı. Utanmasan oynamağa nə var ki?! Biz Qarabağın hər qarışını qanımızla suladıq, canımızı qurban verdik, şəhidlərimizi toxum kimi torpağa səpdik. Tapdanmış qürurumuzu, alçaldılmış ləyaqətimizi özümüzə qaytaraq deyə. 44 gündə biz dastan yazdıq- Qəhrəmanlıq dastanı, hünər dastanı. Terrorla bizi hədələyən, sarıqulaqların arxasına girib, qoltuğuna sığınan hayların 23 saat ərzində “paylarını” verdik. Ağ bayraq qaldırıb diz çökdülər. Gözəl Qarabağımızdan ermənilərin köçü başladı. Qalmağa daha üzləri var idimi?! Sarıqulaqlar vaxtilə bura qan-qada salmaq üçün mikrobları, parazitləri yığıb gətirmişdi. Onları meymun kimi siyasi səhnədə oynatmaq, hayların əliylə yerlərini genişləndirmək üçün. Gülüstan, Türkmənçayla dinc həyatımız pozulmuş, Xan Araz ayrılıq həsrətindən qovrulub, bulanıq sularıyla dənizə dərdlərini pıçıldamışdı:
Arazı ayırdılar,
Qum ilə doyurdular.
Mən səndən ayrlmazdım,
Qan ilə ayırdılar.
Bir ürəyi iki yerə böldülər. Araza dərd yüklədilər, həsrətimiz göz yaşlarına dönüb o taydan bu taya, bu taydan o taya axdı. Bir şair təbinə güc verdi, həqiqəti söylədi:
Bizi bizdən ayıran nə Arazdı, nə dağ-daş,
Bizi-bizdən ayıran qaşla-göz arasında bitən çibandı, qardaş!
Çibanların bir gün suluqlayası, yırtılası, quruyası, sağalası günü var! Yüz illərdi torpaq itirirdik, içimizi yeyə-yeyə yadların qabağında qul olurduq. Sərvətimiz talanır, dilimiz boğulur, vicdanımız, imanımız yadların ayaqları altında payəndaz olurdu. Bu, 30 illik itkilərimiz daha ağır oldu. Bir milyondan çox qaçqınımız, köçgünümüz çadırlarda, vaqonlarda ömür çürütdü. BMT boş, mənasız 4 qərarıyla tarixə gərəksiz bir təşkilat kimi düşdü, ATƏT-in Minsk qrupu beynəlxalq qanunları ələ saldı. Hər gəlişində yalan əkdi, yalan biçdi. Özləri də öz dediklərinə inanmadı. Kor-kor, gör-gör xristian həmrəyliyini Ədalətdən üstün tutdular. Ədalətə inamı öldürdülər. Ümid sənə qaldı Azərbaycan əsgəri. Ağdam Qafqazın Xirosimasına döndü. Meşələr qırıldı, evlər xarabazarlığa çevrildi. Gor eşən kimi qəbirləri də eşdilər. Yadlar ayaq açıb torpaqlarımızın sahibi kimi sərvətlərimizi xaricə daşıdılar. Çağlayan bulaqlarımızın gözünə daş basdılar, çaylarımızı zəhərlədilər. Dini ibadət yerlərimizi ələ saldılar, 67 məsciddən 65-ni yerlə-yeksan etdilər, içərisində donuz, mal-qara saxladılar. Xristian ölkələri “mədəni” olsalar da, buna göz yumdular, ağzlarına su alıb susdular. Müharibə günlərində” kilsədən bir daş düşdü”-deyib erməni yalanları ilə vay-şüvən qoparıb dünyanı ayağa qaldırdılar, səs-səsə verdilər. Sən demə, ədalət güclü olanın yanındaymış. Sənin gücübə baş əydilər, Azərbaycan əsgəri! Sən elə bir dərs keçdin ki, dünya hələ də səndən danışır. Sənin hünərini, qəhrəmanlığını, əzəmətini öyrənmək üçün təcrübənə, döyüş taktikana üz tuturlar.
Sən müharibəni də kişi kimi apardın. Dinc əhalini (ermənilərdə məgər dinc əhali var idi? Axı hamısı millətçilik xəstəliyinə tutulmuşdu!) hədəfə almadın. Düşmənsə, xaincəsinə Gəncəyə, Naftalana, Mingəçevirə, Bərdəyə, Tərtərə, daha hara, hara mərmi yağdırmadı ki?! Qazancı nə oldu, tarixə düşəsi xəcalət, xəyanət!
Sən məğrursan, qəhrəmansan Azərbaycan əsgəri! Qayalarnan Şuşaya necə qalxdın, düşmən onda gördü ki, sən ordasan, onların arasındasan. Ancaq düşmənə “İskəndər-M” raketini verənlər bilmirdi ki, daha bu günün əsgəri 90-cı illərin, Xocalı, Şuşa, Kəlbəcərin əldən getdiyi günlərin əsgəri deyilsən. Xalq-Ordu-Rəhbər birliyi qələbəni yazdı tarixə!
Qardaş Türkiyəni, Pakistanı, İsraili, bütöv TÜRK DÜNYASINI yanımızda gördük! Xalqımız öz böyük qüdrəti, əzəmətiylə, əsgərimiz igidliyi, hünəri ilə, rəhbərimiz cəsarəti, zəkasının işığıyla düşməni diz çökdürdü! Təkcə, biz erməniyə yox, onların havadarlarına da qalib gəldik.
Bu bayram həm də sənin bayramındır, ürəyi kədərli, qəlbi sınıq şəhid anası, şəhid bacısı , şəhidin ömür yoldaşı! Şəhidlərin qisası yerdə qalmadı, onların qanı tökülən yerdə Vətən torpağı gül-çiçəyə bürünüb Vətən oldu. Biz Sizlərin önündə baş əyir, şəhid haqqının itməyəcəyini əminliklə bildiririk!
Qazi qardaş, bu bayram Sənin ən işıqlı Bayramındır! Tanrı Sənə ömür versin, Vətənin ən ləyaqətli övladısan! Biz borcluyuq Sizlərə, Sizdən çox şeyi gələcək nəsillər dərs kimi götürməli, o ruhda da gəncliyimizi tərbiyə etməliyik!
Bu gün daçı-daş üstündə qalmayan Qarabağ nəhəng quruculuq meydanına çevrilib.Kəndlər yerinə-yurduna qayıdır, şəhərlər göydələnlərlə, ən müasir layihələrlə ortaya çıxır. Ağıllı kənd, ağıllı şəhər anlayışları yaddaşımıza yazılır. Bir zaman öz doğma evindən-eşiyindən ağlaya-ağlaya qovulanlar 30 ilin həsrətindən, sıxıntısından sonra gülə-gülə yerinə-yurduna qayıdır. Üç Beynəlxalq aeroport istifadəyə verilib, Türk dövlətləri Füzulidə, Ağdamda, Cəbrayılda, Şuşada öz izlərini qoyurlar! Bu, qardaşın qardaşa təmənnasız qardaşlıq borcudur. Bu bayram həm də 400 milyondan çox varlığı ilə dünyaya səs salan Boyük Türk Dünyasının bayramıdır!
Zəfər günün mübarək, ay Vətən! Sənə ancaq ZƏFƏR yaraşır! Bayrağın uca, sevincin tükənməz, qururun ən qəlbi dağlardan da uca olsun! Dərələrində selin çağlasın, çayların kükrəsin, “Qara qızıl!, “Ağ qızıl”ın ağ günlərimizin sevincini yaşatsın!!!
Bakı şəhəri, 07.11. 2025.
Yazıya 4 dəfə baxılıb










