Tağıyeva Nərmin 29 oktyabr 2012 ci ildə Bakı şəhərində anadan olub. Hal hazırda Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən Nadir Əliyev adına tam orta məktəbin 7 b sinfində təhsil alır. O, hələ ibtidai sinif illərindən etibarən ədəbiyyata böyük maraq göstərərək müxtəlif səpkili şeirlər və kiçik hekayələr yazmağa başlamışdır. Nərminin yaradıcılığı uşaq və yeniyetmə dünyasının saf duyğularını, həyat müşahidələrini və zəngin təxəyyülünü əks etdirir.
Onun yazdığı hekayələrdə sadə, lakin düşündürücü süjetlər, eyni zamanda gənc yaşına baxmayaraq formalaşmaqda olan ədəbi düşüncə tərzi diqqəti cəlb edir. Nərminin qələmindən çıxan nümunələrdə dostluq, məktəb həyatı, ailə münasibətləri və insanlara qarşı həssas yanaşma kimi mövzular ön plana çıxır.
Nərmin Tağıyevanın yaradıcılıq potensialını nəzərə alaraq onun yazdığı hekayələrdən bir neçəsini oxucularla bölüşür, ona gələcək ədəbi fəaliyyətində uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
***
Bir var idi bir yox idi Günəşin doğmağı unutduğu bir şəhər vardı. Bu şəhərdə gecə heç vaxt bitmirdi. Küçələrdə işıq yox idi, amma qaranlıqdan da qorxan yox idi çünki hamı ona öyrəşmişdi.
Şəhərdə Zerrin adlı 13 yaşlı bir qız yaşayırdı Zerrinin ən böyük qorxusu qaranlıq deyildi Onu qorxudan insanların gözlərindəki boşluq idi. Hamı yaşayırdı, amma sanki heç kim diri deyildi. Gülüşlər süni, səslər də soyuq idi.
Hər gecə eyni saatda şəhərin köhnə qülləsindən zəng səsi gəlirdi. Heç kim bilmirdi niyə çalır, amma hamı bilirdi: o səs gələndə qapıları bağlamaq lazımdır. Zerrin isə bir gecə qapını bağlamadı
Zəng səsi kəsiləndə qüllədən bir kölgə ayrıldı. Kölgə Zerrinin qarşısında dayandı və danışdı:
“Bu şəhər xatirələrini itirib. Onları qaytarmasan, sən də itəcəksən.”
Zerrin qorxmadı. Çünki artıq itirəcək bir şeyi yox idi. O, şəhərin küçələrində gəzməyə başladı. Haradan keçdisə, divarlarda köhnə sözlər peyda oldu: unudulmuş adlar, deyilməmiş həqiqətlər, gizlədilmiş qorxular.
İnsanlar o sözləri oxuduqca üzlərini çevirdilər. Həqiqət göz yandırırdı. Amma qaranlıq çatlayırdı.
Sonda Zerrin qülləyə qayıtdı. Zəng bir daha çaldı — bu dəfə son dəfə. Qüllə dağıldı, kölgə yox oldu. Şəhər işıqlanmadı. Amma insanlar o gecə ilk dəfə gözlərini yumub rahat yata bildi.
Zerrin isə bir səhər yoxa çıxdı. Deyirlər, qaranlıq hələ də var. Sadəcə artıq yalan deyil!
***
Bitkilər və heyvanlar təbiətin canlı nəfəsidir
Təbiət insanın yaşaması üçün ən böyük nemətdir və bu nemətin əsasını bitkilər və heyvanlar təşkil edir. Bitkilər havanı təmizləyir, bizə qida, oksigen və sığınacaq verir. Yaşıl ağaclar, rəngarəng çiçəklər və müxtəlif bitkilər olmasa Yer üzündə həyat mümkün olmazdı. Onlar təbiətin sakit, amma ən faydalı canlılarıdır.
Heyvanlar isə təbiətin hərəkətli və canlı hissəsidir Onlar insan həyatında böyük rol oynayır. Bəzi heyvanlar insanlara qida verir, bəziləri yük daşıyır, bəziləri isə sadəcə sevgi və dostluq mənbəyidir. Ev heyvanları insanların təkliyini azaldır vəhşi heyvanlar isə təbiətin gücünü və gözəlliyini göstərir
Bitkiləri və heyvanları qorumaq hər bir insanın borcudur. Meşələri qırmaq, heyvanlara zərər vermək təbiətə və gələcəyimizə zərbə vurmaq deməkdir. Əgər biz təbiəti qorusaq təbiət də bizi qoruyar. Sağlam gələcək üçün bitkilərə və heyvanlara sevgi ilə yanaşmaq lazımdır.
***
1-ci fəsil: Çağırış
Qaranlıq meşənin dərinliyində yerləşən unudulmuş bir kənd vardı – adı Qaradağ. Bu kəndin yaxınlığında heç kim yaşamaq istəməzdi, çünki orada yerləşən qədim Əbədiyyət Qəsri haqqında qorxulu əfsanələr dolaşırdı.
Əfsanəyə görə, bu qəsrdə bir zamanlar İzar adlı çox bilikli, lakin qaranlıq sehrlərlə məşğul olan bir cadugər yaşamışdı. O, ölümün əbədiliyini sındırmaq istəyirdi. Sonda öz ruhunu qəsrlə birləşdirib orada əbədi qalmışdı – indi isə hər yüz ildə bir dəfə, qaranlıq ay gecəsi qapılar yenidən açılırdı
2-ci fəsil: Dörd Yad
Bir gecə, dörd qərib qəsrə yaxınlaşdı. Onların hər birinin səbəbi fərqli idi:
Elor, gənc və qorxusuz bir xəzinə axtaran.
Mira, atasının ruhunu bu qəsrdə itirdiyinə inanan bir qız.
Dren, qədim sehrləri araşdıran alovlu bir tədqiqatçı.
Rika, sadəcə öz keçmişindən qaçan biri…
Onlar qəsrə daxil olduqları anda qapılar arxalarından çırpıldı. Hər tərəfi toz basmışdı, lakin sanki divarlar nəfəs alırdı.
3-cü fəsil: Oyanış
Qəsr canlı idi. Divarlardan pıçıldayan səslər gəlirdi. Gecəyarı Mira atasının səsini eşitdi və onu izləməyə başladı. Lakin onun getdiyi yerdə divarlar qapanaraq onu digərlərindən ayırdı. Elə o anda İzarın qaranlıq ruhu oyandı.
İzar onların gəlişini hiss etmişdi. Onları öz oyununun bir hissəsinə çevirmək istəyirdi.
4-cü fəsil: Sınaqlar
Qəsrdə sağ qalmaq üçün hər biri fərqli otaqlardan keçməli idi:
Elor bir otaqda canavarlarla döyüşməli oldu.
Dren güzgü otağında öz qaranlıq tərəfi ilə qarşılaşdı.
Rika uşaqlıq xatirələri ilə dolu bir labirintdə sıxışıb qaldı.
Mira isə atasının ruhunun əslində İzar tərəfindən istifadə olunduğunu öyrəndi.
5-ci fəsil: Seçim
İzar onları bir yerə topladı və təklif etdi:Aranızdan biri mənim yerimə qəsrin ruhu olsun, digərləri azad getsin
Hamı susdu. Sonra Rika irəli çıxdı.Mən onsuz da qaranlığa aid olmuşam dedi. O, yerə oturdu, gözlərini yumdu və qəsr onun ruhunu uddu.
Digərləri azad oldu, lakin qəsrdən çıxarkən hamısı Rikanın səsini eşitdi: Gələn dəfə… sizdən biri qayıdacaq!
Yazıya 9 dəfə baxılıb








