Stiqmata (qanlı yara)

10822331_321169254735741_458443261_nKürsüyə   dirsəklənərək  kilsənin  hazırki  vəziyyətini  düşünən   yepiskop   dərin   düşüncələrə  dalmışdı  . Köməkçisi   İosif    də  qayğılı   görünürdü . İnsanlar   kilsədən  uzaqlaşmışdılar . Nə-ticədə kilsə  gəlirlərindən məhrum olmuş , çətin   anlar  yaşamağa  başlamışdı   və  indi   İosiflə  yepiskop  məlum  vəziyyətdən   çıxış   yolları axtarırdılar . İnsanları   yenidən kilsəyə qaytarmaq lazım idi . Yepiskop  gənc tələbəsinə söylədi :

- Övladım , bəşəriyyəti  idarə  edən  yeganə  qüvvə  qorxudur . Bəşər   övladı  yalnız  qorxduğu  Varlığa  sitayiş  edir . İbtidai  insan  heyvandan  və  oddan  qorxduğu  üçün    onların İlahi  varlıq  olduğunu  zənn  edirdi .  Şəhər əhalisi  əmin  olmalıdır ki , yepiskopun vücudunda   İsanın   ruhu yaşayır  və  o , Tanrının hökmündədir. İosif , axmaq başını heç  olmasa  bircə  dəfə  işlət .                                                   Bir neçə  gün  düşündükdən sonra  yepiskopun  hüzuruna gəldi , təzim etdi, şən   halda  təklifini  bildirdi :                                                                                                                                                 - Biz  sizin  bədəninizdə çarmıxların izlərini – stiqamataları yaratmalıyıq , o zaman insanlar bizə inanacaq , təşvişə düşəcək , yenidən kilsəyə qayıdacaqlar . Əmin olacaqlar ki , sizi  Tanrının oğlu   İsa  göndərib .

Yepiskop  xeyli  düşündükdən sonra təklifi qəbul etdi , lakin bədəninin zərər  çəkməsini istəmirdi Xalqa  Tanrının  sözlərini  söyləyən ,  onları  əzabdan   qorxmamağa  çağıran  yepiskop  indi özü əzab çəkməkdən  qorxurdu . Tibbi  vasitələrdən istifadə  edərək yepiskopun əllərində  və  ayaqla-rında  stiqmataya  bənzər  yaralar  yaratdılar . Lakin  bu , yetərli  deyildi .  Hadisələrin mahiyyət  gücünü  bir az  da  artırmaq lazım idi . Məryəm ananın mikroheykəlindən faydalı  şəkildə  istifa-də  etmək  olardı . Gənc   İosifin  fikrinə  görə  heykəl qan ağlamalı idi . bu , insanları  daha   çox qorxuda bilərdi .

İosif o gecəni çox düşündü. Nəhayət  səhərə yaxın ağlına parlaq  fikir gəldi. Tez yuxudan oyanıb, heykəli iki  yerə böldü ,  içini oymağa başladı. Daha  sonra bir quzu  kəsib qanını  ehmalca  qaba qoydu. Heykəlin  gözləri olan yerdən qan axması üçün,  gözlərindən  balaca  bir deşik açıb , qanı içinə boşaltdıqdan sonra, heykəli əvvəlki vəziyyətinə qaytardı . Növbəti gün   hər  kəs  bu  maraqlı hadisədən danışırdı. Məryəm ana heykəli qan ağlayır, yaşlı Yepiskopun   bədənində isə  işgəncə izləri peyda  olub. Bu  hadisə nədən  xəbər verirdi , anlamağa çalışırdılar. Kimlərsə  bunun  sadəcə  bir  təsadüf olduğunu düşünsə də, bəziləri bu  hadisənin qiyamətin əlaməti olduğunu  düşünür  və Yaşlı  yepiskopun  Xiristianların, Yəhudilərin  və  Müsəlmanların   gözlədiyi    Məsih   olduğunu deyirdilər. İnanca  görə  Qiyamətə  yaxın  İsa  Məsih  göylərdən enib,  bütün  dinləri   birləşdirib,  Tanrının krallığını quracaqdı. Bu hal səfilləri  sevindirsə də  zadəganları , kilsə nümayəndələrini qorxudurdu, axı onlar  bir  zamanlar İsanı  çarmıxa çəkmək istəmişdilər,   Tanrı isə  onu  xilas etmişdi. İndi geriyə qayıdan İsa onlardan mütləq  intiqamını alacaq, kilsənənin gəlirlərini  ac və yoxsul insanlara paylayacaqdı.                                                                                                        Həqiqəti isə, yalnız Yepiskop və  köməkçisi İosif bilirdi.

***

Yepiskopun  və    köməkçisinin   olmadığı  zamanlarda  kilsə  xadimləri  bir yerə   yığılıb,  bu təhlükədən necə xilas olacaqlarını düşünürdülər.  Nəhayət ki,   Noterdamın  kanburuna   oxşayan orta yaşlı rahib çıxış yolu tapdı . Yepiskopa iftira atılacaqdı ki, İsa olmadığı halda, özünü Məsih kimi təqdim edir. Daha sonra  onu çarmıxa çəkəcəkdilər və beləliklə  Tarix  təkrarlanacaq,  yenə də İsadan xilas olacaqdılar. O öldükdən sonra isə səhvlərini anlayıb, tövbə edəcək, İsanın heykəli önündə göz yaşları və dualarla Tanrıya yaxınlaşacaqdılar.

Kilsənin pulla  tutduğu   adamlar  bu  yalanı hər  yerdə  yaymağa,   danışmağa başladılar.  Onla-ra inanan da   oldu,  inanmayan da,  ancaq   inanmayanlar da susdular – O,  İsadır. Yalan  demir – demədilər. Bu da inanmayanlara güc verdi.  Artıq  Yaşlı Yepiskop və İosif   kilsəyə  gələ  bilmir, hətta küçəyə belə çıxmırdılar qorxularından.  Bu işin içindən  necə  çıxacaqlarını anlamırdılar  Kəsilmə zamanını gözləyən qurbanlıq quzu kimi sakitcə gözləyirdilər. Və nəhayət bir sabah qapı döyüldü, qəzəbli kütlə Yepiskopu alıb, şəhərin kənarına apardı. Xüsusi  hazırlanmış  böyük  xaça mismarladılar, qara zəncirlərlə möhkəm bağladılar. Bir  neçə silahlını da,  kimsə  onları  xilas  et-məsin  deyə   nəzarətçi qoydular.  Yepiskop  günün  altında  inləyə- inləyə  bir  həftəyə dəhşətlə  can verdi.  Bu zaman müddətində  Məryəm ana heykalının içindəki qan da axıb qutarmışdı.                   Kilsə zəngləri həsrətində olduğu zəfər  nəğməsini  ifa  edə bilmədi .

 

Müəlliflər : Tural  Sahab , Nicat  Həşimzadə

Yazıya 806 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.