Əgər desək ki, bu dünyada həyatın istənilən sahəsində axtarılan, araşdırılan,öyrənilən,
hələ öyrənilməmiş, ən məxfi olan, təəccüb doğuran, heyrətə salan, möcüzə adlanan, dərkolunmaz, qeyri-adi sayılan, sirlər sirri adlanan nə varsa, bu üç hərifdən ibarət və ilk baxışdan çox sadə səslənən sözün arxasında gizlənir- əsla yanılmarıq.
Azərbaycan sözünün son hecası da can-dır, and içənin and yeri də can-dır,verdiyimiz ən dəyərli qurban da can-dır, başqasından almaq istədiyimiz ən dəyərli olan da can-dır, ölüm anında bədənimizi sonuncu tərk eləyən də can-dır, əzizləyərkən işlətdiyimiz ən əziz söz də can-dır, qarğış eləyərkən ən ağır söz də can-dır, yorulmaq bilmədən Cananını axtaran da can-dır, bütün hərəkətdə olan və hərəkətdə olmayan varlıqları bir ad altında birləşdirən söz də can-dır, istənilən fəaliyyətin yaxud işin həyata keçirildiyi ən yüksək səviyyə də can- dır, demək istədiyimiz istənilən sözün mahiyyəti də can-dır, ağır xəstələnəndə ya soyuqdan donanda bədənimizi tərk eləməyə çalışan da can-dır, rəssamın yaratdığı əsərə vermək istədiyi də can-dır, yemək yeyənə xoş arzumuz da nuşi- can-dır, hər şeyi bilməyə və həyata keçirməyə ilk olaraq irəli atılan da can-dır, hələ cavankən qədirinin bilinməsi tövsiyyə olunan da can-dır,ən nəhayət Ulu Tanrının bədən ağacında yetişdirdiyi meyvə də elə can-dır, qəlbimizi titrətməyə qadir olan duyğu da həyə-candır, istirablardan məyus olub qurtuluş diləyən də candır,məhəbbətin əsil var-dövlət olduğuna sübut olan da candır,bu dünyada cənnəti və cəhənnəmi qazanan da elə candır, arzu və əməllərini görə bir bədəndən başqasına fasiləsiz köç edən də candır,taleyin və qismətin layiq olduğu ünvan da candır,cahil bədəndə baxaraq görməyən, qulaq asaraq eşitməyən də elə candır, Veda müdrikləri on minillər bundan öncə (elə bu saat da) təzə-tər və olduqca aktual səslənən dərin məntiqli bir aforizm qoyub getmişlər;”Sivil insan o insandır ki, nə üçün xəstələnir,qocalır və ölürəm, amma istəmirəm!?sualını verib ona mötəbər cavab tapır və həyatını bu cavaba uyğun qurub yaşayır”!. İndiki, tamamilə dolaşıq dövrün azmış sivilizasiyası üçün bu aforizmi “hər qapının açarı”,”hər müşkülün alternativsiz həlli” adlandırmaq olar.Ona görə ki, müvəqqəti cisminin xəstələnib,qocalıb ,ölməsinə baxmayaraq elə son ana qədər bunları istəməyən də can-dır . Gördüyümüz kimi olduqca dərin və geniş mənaya malik CAN anlayışı özü görəsən nə deməkdir, nədir, kimdir, nədən təşkil olunmuşdur !? Təsəvvür olunmaz miqyasda və ölçüdə problemləri sadəcə bu üç hərfdən ibarət sözün mənasını anlamaqla çox asanlıqla həll etmək olar.Onun mənası barədə bilik materializmlə-idealizm, dinlə- din, dinlə -elm, dinlə-dinsizlik, pislə- yaxşı,xeyirlə-şər, dostla-düşmən, əbədiyyətlə-ölüm, varlıyla-kasıb, keçmişlə-gələcək, qadınla-kişi, şahla-əyan, gecəylə-gündüz,allahsızlıqla-m ömünlük,sevgiylə-nifrət və ilaxır əksliklər arasındakı müşkül problemlərin həllini nurlandırmağa qadir olan alternativsiz bilikdir.Mömün müdriklər demişkən; ən ali həqiqətə, ali rifaha və ali məqsədə aparan yol sadələr üçün sadədir! Ali iradə sahibinə məhəl qoymadan öz bildiyi kimi yaşayan qeyri-sivil insan törətdiklərinin əks nəticələrində dolaşaraq həllini mürəkkəbləşdirdiyi problemlərlə birgə öz əqlini də mürəkkəbləşdirdiyi ucbatından həqiqətin sadə təklifini qəbul etməyə özündə inam toplaya bilmir.Əslində isə müdriklər buyururlar ki, insan həyatı “yüksək düşüncə, sadə yaşayış “deməkdir.Deməli yüksək düşüncə üçün sadə həyat, sadə yaşamaq üçün, yüksək düşüncə tələb olunur.Bunun əksinə olaraq, təmtəraqlı həyata can atmağın səbəbi çox aşağı düşüncə səviyyəsinin əlamətidir.Mömünlərin həyatı buna nümunədir.Məhəmməd peyğəmbər(s)-ın təəccüblə dediyi kimi; “ İnsanlar özlərinə rahatlıq, komfort yaratmaqdan yorulmurlar, amma Allahın planında heç bu yoxdur”! Can haqqında bilik bax bu cür sadəliyin akademik elmidir.Tanrı müqəddəs kitabda bunu belə təsdiq edir; “Bütün biliklər arasında ən ali bilik can haqqında ruhi bilikdir və o Məni təmsil eləyir!”(Bhaqavad-qita 10.32 ),”Bu bilik-biliklər şahı, sirlər sirridir.O pakdır, bilavasitə özünü dərk etməyə imkan verdiyinə görə din kamilliyidir.O, əbədidir və onun dərk olunması sevinc gətirir”!(Bhaqavad-qita 9.2). Can(ruh)- insanın, eləcə də bütün canlıların həqiqi şəxsiyyəti olub hər bir canlının ürək nahiyyəsində yerləşir ,amma ora bitişik deyil.Saçın en kəsiyinin on mində bir hissəsi ölçüsündədir, yəni atomardır və heç bir texniki, kimyəvi, bialoji və.s vasitələrlə görmək mümkün deyil.Ölçülərinin bu dərəcədə kiçik olmasına baxmayaraq, hər bir canlı varlığın fiziki və mental mövcudiyyəti məhz onun enerjisi hesabına fəaliyyət göstərir və onun iradəsinə tabedir.Əbədiyyət, bilik və həzzdən ibarət formaya malikdir ən qədim sanskrit dilində bu sat(əbədiyyət), çit(bilik), ananda(həzz), viqraha(forma) kimi səslənir.Bunun real təzahürünü görmək mümkündür, diqqət etsək, çox asanlıqla görə bilərik ki, hər bir insan nə ilə məşğul olmasından asılı olmayaraq üç şeyə can atır; hər kəs hansısa bir biliyə(biznesdə, idmanda,peşədə, tibbdə, texnikada və sair.)yiyələnməyə çalışır, ikincisi, heç kim ölmək istəmir, hamı ömrünü uzatmağa,əbədi olmağa can atır,nəhayət, hamı nə ilə məşğul olmasına baxmayaraq hər yerdə həzz axtarır.Hər üçü canın təşkil olduqları deyilmi? Buna deyilir canın özünü axtarışı.Ruhi təbiətə malik can üçün cisimdə təcəssüm eləmək özünü və öz həqiqi təbiətini unutmaq bahasına başa gəlir.Təbiətinin tamamilə əksinə olan cismani həzzlərin əks reaksiyası canın özünü özünə unutdurur.Bu onu fiziki bədənini öz şəxsiyyəti hesab etməyə gətirib çıxarır.Cismi ilə özünü eyniləşdirən can bu illüziyanın təsiri altında bədənə məxsus olan hər nə varsa “özününkü” sayır və onlara bağlanır. Belə bağlılıqların ucbatından əbədi təbiətli can bir müvəqqəti bədəni tərk edərək başqa maddi bədən alır. Bu proses, can bu illüziyadan qurtulmayınca davam edir.Buna canın bədən dəyişməsi, başqa sözlə- reinkarnasiya deyirlər.Canın bu illüziyadan qurtulması öz gücü ilə mümkün olmadığı üçün Tanrının göndərdiyi kömək YOQA, yaxud din adlanır.Cismani bədənin təbiəti canın təbiətinə tamamilə ziddir, o müvəqqətidir, biliyə malik deyil, doğuluş, xəstəlk, qocalıq, ölüm və başqa cürbəcür iztirablarla doludur.Məhz bu əksliyin dərindən araşdırılmaması, düzgün anlaşılmaması yanlış mövqe tutmuş müasir sivilizasiyanın özülünü təşkil edir.Bu qaranlıq kainat əbədi mövcudiyyatın olduqca kiçik bir hissəsini tutur, əsas hissə yerin,zamanın,şəraitin və heç bir ikiliyin hökmü olmayan əbədiyyət, bilik və həzzlə dolu olduqca rəngarəng təbiətə malik olan hüdudsuz hissədir. Can ora məxsusdur, amma unutqanlıqdan azad olaraq, öz əzəli təbiətini bərpa etmiyənəcən onun geriyə qayıtması mümkün deyildir.Canın öz təbii keyfiyyətlərini cisimin vasitəsilə çox az bir miqdarda təzahür elətdirməsinə mistika və ya möcüzə deyirlər.Bunu Tanrı müqəddəs kitabda belə deyir;”Kimsə cana möcüzə kimi baxır, kimsə bir möcüzə kimi onun haqqında danışır, başqaları onun haqqında bir möcüzə kimi eşidirlər, amma elələri də var ki, hətta onun haqqında eşitsələr də belə onu anlaya bilmirlər”(Bhaqavad-qita 2.29).Can maddiyatla çirklənməmişdən öncə səkkiz əsas qüdrətə malikdir.Bu dünyada insan aştanqa(səkkizpillə)yoqa-misti k yoqa prosesilə məşğul olaraq bu qüdrətini təzahür elətdirə bilir. Yoqada buna siddhi deyilir.1.Anima siddhi- kiçikdən kiçik olma ,hətta atomdan belə.2.Mahima siddhi- bu əksinə, böyükdən böyük olma qabliyyəti, belə insan özündən başqa canlı və cansız istənilən obyektin ölçülərini böyüdüb- balacalaşdıra bilər.3.Lakhima siddhi- bu havadan da yüngül olma qabliyyətidir .Bu qabliyyətlə suyun üstü ilə rahat yerimək olar(İsa ə.kimi).4.Prapti siddhi- bu mistik qabliyyətlə efir kanalı vasitəsilə istənilən obyekti istənilən məsafədən götürüb gətirmək olarş 5.İşitva siddhi- istənilən maddi obyekti yaratmaq və ya məhv etmək qabliyyəti, maddi elementlərlə manipuliyasiya etmək bacarığı.6.Vişitva siddhi- bu mistik qabliyyətlə təbiət hadisələrini( yağış, külək, ildrım və .s) idarə etmək olar.7.Prakamya siddhi- bu qabliyyətlə həm öznün həm də başqalarının maddi arzularını həyata keçirmək olar.8.Kamavasyata siddhi- istənilən canlı varlığı ,hətta bütöv bir kollektivi özünə tabe etdirmək ( gipnoz deyirlər) olar.Müasir insan üçün bunlar mümkün deyil.Bu milyon il bundan əvvəlin ruhi praktikası kimi insanlara öz ruhi mahiyyətlərini dərk edib maddiyyatdan qurtulmaq imkanı verirdi. Buna baxmayaraq, müxtəlif dövrlərdə, müxtəlif dinlərdə övliyalar, mömünlər təbliğat xatirinə bu və ya digər mistik qabliyyətlər təzahür etdirirdilər ki,bu da adi insanlar üçün ilahi yola gəlməkdə inamı gücləndirən möcüzə idi.Əslində, insan bədəni can üçün özünü dərk etmək üçün verilmiş şansdır, təbii o bu şansından istifadə etməyərək, ancaq özünün heyvani instinktlərini (yemək,yatmaq,cinsi əlaqə,qorxudan qorunma) məmnun eləməklə kifayətlənərsə, onda təbiət qanununa əsasən o heyvan bədəninə göndərilir, çünki insan formasında can ozünüdərk etmə ilə məşğul olduqda cisminin bu ehtiyacları minimal dərəcədə avtomatik həyata keçir. Əks halda can üçün özünüdərketmədən başqa həyat tərzi keçirməyə Ulu Tanrı bu kainatda səkkiz milyon bədən forması yaratmışdır ki, onun da 900.000-i suda yaşayanlar; 2000.000-u tərpənməz canlı forması(bitkilər); 1.100.000-i həşəratlar və sürünənlər; 3.000.000-u heyvanlar; 1.000.000-u quşlardır. Bundan başqa 400.000 – insan forması mövcuddur ki, yer kürəsində biz tək birini tanıyırıq qalanları kainatın başqa planetlərində mövcuddurlar.İnsanlar, heyvanlar, quşlar, həşəratlar, mikroblar, bitkilər həmçinin mələklər bir ümumi “canlılar” anlayışında birləşirlər.Bütün müxtəlif formaların daxilində eyni bir ruhi təbiətə malik olan can mövcuddur ki,özü dəyişməz olsa da, özünüdərketmə səviyyəsindən asılı olaraq bir formanı başqa birisi ilə dəyişir . Beləliklə, həytın tam bütün sahələrində mövcud problemlərin, müşküllərin, qeyri-adiliklərin, möcuzələrin, qeyri-müəyyənliklərin, bütün qayda-qanun , qadağa və çərçivələrin , dərkolunmazlıqların, dahiyanəliklərin və. s., arxasında( insanın bunlardan düzgün baş çıxara bilməsi üçün) yeganə bir məsələ durur ki, oda “ MƏN BU ÖLÜMLÜ- İTİMLİ CİSİM YOX, ONUN DAXİLİNDƏKİ ƏBƏDİYYƏT, HƏZZ VƏ BİLİKLƏ DOLU ÖLMƏZ RUHİ CANAM” kimi milyon illərdir ki, özünüdərki gözləyən, olduqca sadə məntiqli faktın əvvəl nəzəri, sonra isə təcrübi surətdə qəbul olunmasıdır….! Yerdə qalan nə varsa, bunun ikinci dərəcəli illüstrasiyasından başqa bir şey deyildir. Buna isə çox asanlıqla təcrübə keçirərək tam əmin olmaq olar .Bu “mənim əlimdir- mən deyiləm”, bu “mənim başımdır- mən deyiləm”, bu “mənim ayağımdır- mən deyiləm”, bu “mənim bədənimdir- mən deyiləm” bəs “mən” kiməm ?! Sahibi ilə sahibi olduğunun arasında fərq vardır! Elə deyilmi!? İstənilən dildə “mən” dedikdə əlimiz avtomatik olaraq ürək nahiyyəsinə tuşlanır. Nə üçün!? ,çünki “mən” deyən candır oda ürəkdə yerləşir!? Can insanın həqiqi və əbədi şəxsiyyətidir . Bu həyatda hər bir şey cana özünü maddiyyatdan seçərək, əbədi təbiətinə uyğun fəaliyyət həyata keçirib geriyə -öz əbədi mənzilinə qayıtmaq üçün verilmişdir. Əks halda onun istənilən fəaliyyəti (ilk baxışdan mənalı görünsə də belə) tamamilə mənasız vaxt itirmədir ki, əvəzi artmaqda olan istirablardan başqa bir şey olan deyildir. Bütün dini təlimlərin , peyğəmbərlərin, mömünlərin, dahilərin, istedad sahiblərinin demək istədikləri məhz bunun yerə, zamana və şəraitə uyğunlaşdırılması deməkdir! Can əbədidir onun fəaliyyətinə hər hansı bir zaman kəsiyində baxaraq söylənilən fikir, öyrənilən elm, yaşanılan mədəniyyət və sair. nisbi xarakter daşıyır və müvəqqəti nəticələr verir ki, bu da əbədi canı heç vaxt məmnun edə bilmədiyindən insanın axtarışı onu məqsəddən daha da uzaqlaşdıran kəşflərilə öz təbiətinin əksinə yaşamağa vadar edir.İndiki sivilizasiyanın yaratdıqları deyilənlərə, parlaq və bariz nümunədir.Həqiqət çox sadə olsa da, öz yalançı eqoizminə əsaslanaraq , biliksizliyi ucbatından öz bildiyi kimi həyat tərzi sürməyə can atan insan kosmik harmoniyaya əks hərəkətləri ilə əqlini, fəaliyyətinin yaratdığı əks reaksiyalarda dolaşdıraraq onu daha da mürəkkəbləşdirdiyindən bu sadə həqiqəti qəbul etmək iqtidarında deyil. O problemin sadə həllinə inanmaq qabliyyətindən məhrum olub.Beləlikə;”Bil və agah ol,bütün bədənə nüfuz edən dağılmazdır.Heç kim ölməz canı məhv edə bilməz”!(Bh.q 2.17),”Can dağılmaz, ölçüyəgəlməz və əbədidir, lakin onun təcəssüm etdiyi bədən məhvə məhkumdur.Buna görə də döyüş ey Bharata övladı”(Bh.q2.18),”Can doğulmur, ölmür o heç vaxt yaranmayıb, yaranmır və yaranmayacaqdır.O- doğulmaz, əbədi, həmişə mövcud olan, əzəlidir.Bədən öldükdə, o məhv olmur”!(Bh.q 2.20),”İnsan təzə paltarı geyib, köhnəsini tulladığı kimi can da qoca və faydasız bədəni tərk edərək təzə maddi bədən alır.”!(Bh.q 2.22). Bu qaranlıq dünya sonsuz sayda kainatları və planet sistemləri ilə birlikdə əbədi mövcudiyyətin olduqca kiçik bir hissəsini tutur.Əsas hissə sonsuzluq qədər nəhəng, dərkolunmaz, olduqca rəngarəng əbədiyyət, bilik və həzzlə dolu formalardan ibarət transsendental dünyadır ; “Bura nə günəşin, nə ayın, nə alovun nə də hər hansı başqa bir işıq mənbəyi vasitəsilə işıqlandırılmayan Mənim ali məskənimdir.Ora nail olanlar bir daha bu maddi dünyaya qayıtmırlar”!(Bh.q 15.6). Bura hər bir canın əbədi və əzəli mövcud olduğu aləmdir.Müvəqqəti maddi mövcudiyyət keçirən canlar üçün bu aləmdən gələn dini və yaxud yoqa sistemləri bura məxsus olan mədəniyyəti bu və ya digər miqdarda əks elətdirərək, müəyyən praktikanın köməyilə cana onun bu əbədi, əzəli mədəniyyətini xatırladaraq geriyə qaytarmağa çalışan cəhdlərdir.Canın maddi bədəndən fərqini praktiki olaraq, ancaq fəaliyyətinin bəhrəsinə bağlanmayan insan dərk eləməyə qadirdir, ona görə ki, fəaliyyət tərzi düşüncə tərzini təsdiq edərək ona haqq qazandırır.Buna görə də maddi bədən insanın öz həqiqi mahiyyəti barədə illüzor düşüncənin və onu təsdiq eləyən təmənnalı fəaliyyətin nəticəsi olduğundan özünün maddi bədən deyil ruhi can olduğunu praktiki surətdə anlamaq üçün fəaliyyət nəticələrinə bağlı olmadan, yəni təmənnasız həyata keçirilərsə, bu zaman insan özünün maddi bədən yox, ruhi can olduğu haqda teoretik biliyinin praktiki realizəsini görərək onu yaşaya bilər.Fiziki bədəndə şüurun mövcudluğu orada canın olmasına dəlalət eləyir, can bədəni tərk elədikdə orada şüurun heç bir əlaməti özünü büruzə vermir və bu ölüm adlanır.Cisimin yerdə qalmasına baxmayaraq, filankəs bizi tərk elədi,”getdi” deyirlər.Bəli, gedən CAN idi.
Azərbaycan sözünün son hecası da can-dır, and içənin and yeri də can-dır,verdiyimiz ən dəyərli qurban da can-dır, başqasından almaq istədiyimiz ən dəyərli olan da can-dır, ölüm anında bədənimizi sonuncu tərk eləyən də can-dır, əzizləyərkən işlətdiyimiz ən əziz söz də can-dır, qarğış eləyərkən ən ağır söz də can-dır, yorulmaq bilmədən Cananını axtaran da can-dır, bütün hərəkətdə olan və hərəkətdə olmayan varlıqları bir ad altında birləşdirən söz də can-dır, istənilən fəaliyyətin yaxud işin həyata keçirildiyi ən yüksək səviyyə də can- dır, demək istədiyimiz istənilən sözün mahiyyəti də can-dır, ağır xəstələnəndə ya soyuqdan donanda bədənimizi tərk eləməyə çalışan da can-dır, rəssamın yaratdığı əsərə vermək istədiyi də can-dır, yemək yeyənə xoş arzumuz da nuşi- can-dır, hər şeyi bilməyə və həyata keçirməyə ilk olaraq irəli atılan da can-dır, hələ cavankən qədirinin bilinməsi tövsiyyə olunan da can-dır,ən nəhayət Ulu Tanrının bədən ağacında yetişdirdiyi meyvə də elə can-dır, qəlbimizi titrətməyə qadir olan duyğu da həyə-candır, istirablardan məyus olub qurtuluş diləyən də candır,məhəbbətin əsil var-dövlət olduğuna sübut olan da candır,bu dünyada cənnəti və cəhənnəmi qazanan da elə candır, arzu və əməllərini görə bir bədəndən başqasına fasiləsiz köç edən də candır,taleyin və qismətin layiq olduğu ünvan da candır,cahil bədəndə baxaraq görməyən, qulaq asaraq eşitməyən də elə candır, Veda müdrikləri on minillər bundan öncə (elə bu saat da) təzə-tər və olduqca aktual səslənən dərin məntiqli bir aforizm qoyub getmişlər;”Sivil insan o insandır ki, nə üçün xəstələnir,qocalır və ölürəm, amma istəmirəm!?sualını verib ona mötəbər cavab tapır və həyatını bu cavaba uyğun qurub yaşayır”!. İndiki, tamamilə dolaşıq dövrün azmış sivilizasiyası üçün bu aforizmi “hər qapının açarı”,”hər müşkülün alternativsiz həlli” adlandırmaq olar.Ona görə ki, müvəqqəti cisminin xəstələnib,qocalıb ,ölməsinə baxmayaraq elə son ana qədər bunları istəməyən də can-dır . Gördüyümüz kimi olduqca dərin və geniş mənaya malik CAN anlayışı özü görəsən nə deməkdir, nədir, kimdir, nədən təşkil olunmuşdur !? Təsəvvür olunmaz miqyasda və ölçüdə problemləri sadəcə bu üç hərfdən ibarət sözün mənasını anlamaqla çox asanlıqla həll etmək olar.Onun mənası barədə bilik materializmlə-idealizm, dinlə- din, dinlə -elm, dinlə-dinsizlik, pislə- yaxşı,xeyirlə-şər, dostla-düşmən, əbədiyyətlə-ölüm, varlıyla-kasıb, keçmişlə-gələcək, qadınla-kişi, şahla-əyan, gecəylə-gündüz,allahsızlıqla-m
Yazıya 794 dəfə baxılıb