Tural Sahab – Şəhid sevgilisi

tural sahab

Toy hazırlıqaları gedir, hər kəs təlaş içində idi. Bu gün kəndin ən ağıllısı olan Cəlal  bəyin toyu idi. Uşaqlıqdan ata- anasını itirən Cəlalı nənəsi böyütmüşdü.  Əsgərlikdə olanda nənəsi də haqq dünyasına getdi. Nümunəvi əsgər olduğundan nənəsini dəfn etmək üçün ona məzuniyyət verdilər.  Kimsəsiz olmasına baxmayaraq, kənd sakinləri onu öz doğma övladları kimi bağırlarına basıb, toyunu edirdilər. Ocaqda böyük qazanlar qaynayır, kəndin artıq qadınlıqdan çıxmış arvadları hisli- paslı paltarları ilə qazanların yanında durub söhbətləşirdilər.

Bir az sonra xanəndələr də gəlib, öz müsiqi alətlərini yerləşdirdikdən sonra yemək üçün süfrəyə əyləşdilər, çünki onlar axşama qədər qonaqları  əyləndirməli olacaqdılar.

Nəysə başınızı çox ağrıtmayım, toy əyləncəli  keçdi. Ən nəhayətində axşam oldu. Hazırlıqlar bitəndən sonra bəyi yavaş- yavaş otağa gətirdilər. Qabaq dişləri olmayan yengə gəlini soyundurub, marifətləndirmişdi. Köhnə kişilərdən biri  Cəlala zifaf gecəsi haqqında bilgilər verdi.  Cəlal utancaq halda içəri keçdi. . Qapının ağzına bir təklülə tüfəng qoyulmuşdu. Başarı ilə gərdəkdən çıxan bəy bir dəfə atəş edib, kəndə bildirməlidir ki, o, kişi,  nigah bağladığı isə pak  qızdır.

İçəridə dünyalar gözəli bir gəlin  gözləyirdi onu. Yengə tərəfindən soyundurulan qızcığaz yataqda qorxusundan titrəyirdi. Cəlalla bir kəlmə də kəsməmişdir. Qonşu kənddə yaşayan kasıb bir ailənin qızı idi. Cəlal onu uzaqdan görüb, bəyənmişdi. Kəndin ağsaqqalları razılıq almışdılar.

Uşaqlıqdan öz əmisi oğlunu sevirdi, həm də  sevilirdi. Söz vermişdilər ki,  bir- birilərinin olacaqlar. Başqa əl heç birinə toxunmayacaq, eşqlərini  kirlətməyəcəkdilər. Sonra oğlan əsgərlikdə düşmən gülləsinə tuş gəlib, şəhid oldu. Hər kəs  ağladı, üzüldü. O, isə öldü. Kimsələrə deyə bilmədi dərdini. Gecələr sabaha qədər ağlayır, gündüzlər də ağılar deyirdi. Ancaq heç kimin xəbəri yoxdu bu sevgidən. Bir gün onun elçiləri gəldi qonşu kənddən, nə qədər ağlasa da etiraz edə bilmədi. Qoca atasının sözünü yerə salmaq mümkün olmadı.  Razılaşmağa məcbur oldu.

Cəlal qonşu kənddən bir nəfərin şəhid olduğunu bilirdi, ancaq nə bilsin ki, bu oğlan qızın sevdiyi olub. Qızı görüb, sevmişdi. Elçi göndərməmişdən qabaq qohum-qonşudan maraqlansa da, kimsə bir söz demədi. Əmin oldu ki, onun sevdiyi yoxdu. İndi o otağa daxil olub, sevdiyi qıza qovuşacaq, uşaqlıqdan həsrətində olduğu yuvaya  sahib olacaqdı. Otağa daxil olub, qapının ağzında uzun- uzun qıza baxdı. O qədər gözəldi ki, üzərinə yorğanı çəkib, yataqda uzanmışdı. Yanaqları qızaran, saçları üzünə dağılan bu qızı çox sevirdi, indi anladı. Onun üzünə baxmaqdan doymurdu. Mavi gözləri göy üzünə bənzəyir, onun gözlərinə düşən kölgəsi isə utancaq bir bülbülə oxşayırdı. Xoşbəxtlik dedikləri yəqin ki, bu olmalıydı. Bir an ürəyinin dayanacağını düşündü, ömrünün sonun qədər bu gözəlliyi seyr edə bilər, of deməzdi, ancaq el qınağı vardı. Bu gecə ona toxunmalı, onu qadını etməli idir. Bir kitabdan oxuduğu söz onu hər zaman düşündürdü:- “Eşq baxmaqla gözəlləşər, danışmaqla zənginləşər, lakin toxunmaqla pozular” . Di gəl ki, onu həyətdə kənd sakinləri, qapının ağzında isə dişsiz yengə gözləyirdi. Bu adət-ənənə  ürəyini bulandırırdı. Öz- özünə: “ Allah razı olsun mənə yardım etdiz, ailəmin yoxluğunu mənə hiss etdirmədiz, ancaq bunu məni sevdiyiniz üçün eləmədiz axı. Haçan bir probleminiz olsa onu mən həll edir, iki nəfəriniz dalaşsa, mən barışdırıram. Axı indi məni niyə narahat edirsiz” – desə də bu adətlərə qarşı çıxa bilmədi. Yavaş- yavaş yatağa yaxınlaşdı. O, yaxınlaşdıqca qızın ürək döyüntüləri artırdı. Qorxudan qəlbinin dayanacağını düşündü, lakin olmadı. Cəlal ona yaxınlaşıb, pencəyini soyunmağa başladı. Bu an qız hıçqıra- hıçqıra ağlamağa başladı, ilk öncə düşündü ki, yəqin həyacandan ağlayır. Bunun üçün soyunmağa davam elədi. Paltarlarını soyunub, qıza yaxınlaşdı. Alnından öpmək istəyəndə qız yorğanın altında gizlətdiyi xəncəri ürəyinə tutub: – “ mənə yaxınlaşma, əgər toxunmağa çalışsan özümü öldürəcəm”

Şok olmuşdu, yatağın yanında dizlərinin üstünə çökdü. Qızdan heç nə soruşa bilmirdi. Gözlərindən yaş axır, baxışları ilə fəryad edirdi. Bir az geri çəkildi ki, qız qorxmasın. Elə bu an qız özünü pəncərən çölə atıb  qaçmağa başladı. Təsəvvür edin toy gecəsi gəlin pəncərədən qaçır özü də paltarsız,  insanlar bir- birinə baxır, vəziyyəti anlamağa çalışırdı.

O, şərəfli bir insandı. Bu günə qədər şərəfi ilə yaşamış, bir tikə çörəyini halal alın təri ilə yaşamışdı. İndi bu olanlara dözə bilmirdi. Axı, niyə sevdiyi qız belə hərəkət elədi. O qədərmi pis bir insandı ki,  toy gecəsi ondan qaçdı?  Daha söz bitmişdi, həyat da həmçinin…

Bəzən sonun gəldiyini hiss edir insan, daha ondan sonrası yoxdu. Ölüm həyatdan daha onurlu, daha şərəfli olur. Bax, indi o an yetişmişdi. Sakitcə qapını açıb, çölə çıxdı. Alnından soyuq tər axır, ürəyi son nəğməsini susurdu . Çöldə onu gözləyən tüfəngi əlinə götürdü, sonuncu dəfə göy üzünə baxıb, çənəsinin altına dirədiyi silahın tətiyini çəkdi. Sadəcə bir səslə bitdi hər şey.Ya da yenidən başlanırdı…

Pəncərədən o şəkildə qaçdıqadan sonra atasının evinə qayıda bilməzdi.  Dağlara doğru qaçmağa başladı. Gücü tükənənə qədər qaçdı. Kənddən bir xeyli uzaqlaşandan sonra daha tükənmişdi, bir daşın dibinə yıxıldı. Səhərə yaxın orada can verdi. Kimsə onu axtarmağa çıxmamışdı, axı onların nəzərində o, əxlaqsızın biri idi indi. Olanları yalnız Tanrı bilirdi. O, öldükdən sonra güclü qar yağdı, sanki  çılpaq bədənini kəfənlədi təbiət.

Sabah hər iki kənd bu hadisədən danışırdı. Qızın atasını kimsə danışdırmadı, belə bir qız böyütdüyü üçün. Kimsə də onunla qızı axtarmağa getməyə razı olmadı. Ata məcbur olub, tək başına dağlara doğru yollandı. Məqsədi qızı tapıb, öldüməkdi. Əgər namusunu təmizləməsəydi tək özü deyil, bütün nəsili bu kənddə yaşaya bilməyəcəkdi.

Günlərcə axtardı, dağ- daş demədi, ancaq nə ölüsünü, nə də dirisini tapa bildi . Kor- peşman kənddə qayıdıb, bir müddət sonra uzaq  yerə köçməli oldu. Kənddəki arvadlar söz çıxardılar ki, guya qız əxlaqsız olub, toy gecəsi də bilinməsin deyə qaçıb, gedib. İndi şəhərdə  bədənini satmaqla məşğuldur. O, isə Tanrının yanına yollanmışdı. Tanrı  cəsədini belə vermədi  insanlara. Bütün bu olanlara , şəhid sevgilisi ilə birgə səmadan baxaraq gülümsəyirdi.

 

 

 

 

Yazıya 764 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.