Fəridə Məmmədova — SonRa və ya “bizim olan heç nə”

fəridəməmmədova996071_242440289264989_151238565_n 

Şəhriyar del Geraninin ” bizim olan heç nə” hekayəsindən sonra


Sən güzgüyə baxırsan  və  özünü görürsən. Kənardan adi,bəsit,ən aydın məsələdi bu.əslindəsə belə deyil.sənin güzgüyə baxmağınla özünü görməyin arasında qısa bir zaman dilimi keçir- beynin  siqnalı dərk etib,cavab qaytarması.  Və sən əslində özünü gördüyün  an baxdığın həmin an deyil,o keçmişdə  qaldı.  Sən özünü heç vaxt indidə görmürsən,həmişə gələcəkdəki indidə görürsən.

Mətn və mütaliə prosesi bu prinsipə əsaslanır – güzgü effekti.

‘’Bizim olan heç nə’’-ni oxuduqca bunu düşünürəm. Müəllifin bizə  demək istədiyi və bizim anladığımız,dərk etdiyimiz olaylar tam fərqli şeylərdi.bəlkə biz heç vaxt  bu hekayədə onun  nə dediyini bilməyəcəyik də. O fikir seli ilə hücum edir sanki üstümüzə və o selin içində bizim bəzi qorxularımız,həssas nöqtələrimiz,qaçdığımız nüanslar var,və biz həyəcana qapılırıq,boğulmamaq üçün daldalanacaq axtarırırq və müəllif bizim  qan qoxusu  çəkən akula kimi hansı işığa yüyürəcəyimizi  təxmin edir o işığı  yandırır bizimçun- şeirsəl cümlələr.

‘’ Dəmiryol vağzalı çox gözəl yerdi, ümidli yerdi. Vağzalda olanda adam hətta dənizdə boğulan birinin də haçansa qayıdacağına inanır…özü də qatarla’’  –  bu cümlədəki ümid işığına qaçıb daldalanırıq.gizlənirik.və bu zaman kəsiyində  müəllif bizdən  zəif tərəflərini qaçırdır,gizləndiyimiz üçün orda kənarda neynədiyini görə bilmirik.canımızın hayındayıq bir növ. Və bizim mətndən,o fikir selindən anlaya bildiyimiz yalnız o seldən sağ  çıxara bildiyimiz  qədərdi…   hekayə bitir,sel keçir biz kənara çıxırıq  və əslində nə baş  verdiyini heç vaxt  anlamırıq. Bəlkə əslində heçnə baş verməyib də.

Hekayə başlayarkən müəllifin  ‘’kimsə’’dən gətirdiyi sitatda elə bil mağarada doğulan uşağa ocağı göstərib deyir ki, baax bala,günəş budu. Uşağın ayağı yer tutub  mağaradan  göy üzünün  altına çıxıncaya qədər aldadır onu.(bizi) və  burda da müəyyən qədər zaman keçir. Müəllif çox usta bir kleptoman  kimi oxucudan heç  diqqət etmədiyi qədər xırda zamanları oğurlayır və  bu zamanın içində tələ qurur.

Və o zaman kəsiyində sənin itirdiklərin – müəllifin ən böyük qazancıdı elə. Səninçun divar hörür,piramidanın içinə salır səni,misir  fironlarının mumiyaları kimi dayanıb qalırsan orda, hec ağlına da gəlmir yaxınlaşasan,bəlkə heç  əslində divar yoxdu  orda? Bəlkə illuziyadı hər şey?

Və ən qorxunc bir tələ daha – sevgiylə  məhv etmək. Qəzəb,kin,nifrət yox,məhz sevgiylə məhv etmək.

Cibindəki son qəpikləri  peroşki satan bacısına,peroşkiləri ac pişiklərə  vermək…biz yenə tələdəyik…pişik sevgisi  pərdəsiylə gözlərimizi bağlayır yenə və biz o qızcığazın  içindəki bacı nifrətini  görə bilmirik.gəlib çatmır bizə.

Müəllif bizi  güzgüylə beynimizin arasındakı zamanda azdırır. Yolu tapandasa gec olur,tələdən can qurtaran quyruğu qopuq siçana  dönürük –  Yarımçıq.

Və məncə hekayəni  bitirəndən sonra adını təkrar  bir də oxumalıyıq –   ‘’bizim olan heç nə’’

 

Yazıya 1056 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.