Anamin saçının qara vaxtları
Hopub yaddaşıma göy qurşağıtək,
Göynəyir sinəmdə, sinə dağıtək,
Ovunmur evimin kür uşağıtək
Anamın saçının qara vaxtları.
Ah, necə duruydu eşqim, ay Allah,
Nə qədər təmizdi ürəyim onda…
Nələr vəd etməzdi mənə xəyallar,
Nə daşqın dənizdi ürəyim onda –
Anamın saçının qara vaxtları.
Bilirdim Göylərdə qar var, yağış var,
Bilirdim yollarda eniş – yoxuş var,
Bircə bilmirdim ki, bu yer üzündə
Neçə ” yox olmaq” var,
Neçə “çıxış” var
Anamın saçının qara vaxtları.
Belə hərlənəsi başım yoxuydu,
Belə sellənəsi yaşım yoxuydu,
Sevgi məktubları yazırdım hələ-
Bu gidi dünyayla işim yoxuydu.
Anamın saçının qara vaxtları.
Hələ ümidlərin sıx vaxtlarıydı,
Arzumun çoxunun sağ vaxtlarıydı,
Baxtımın, günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.
Deyim ki, yuxuydu –
yuxu deyildi,
Deyim ki, nağıldı-
Axı deyildi?
Bir onu bilirəm, ay ağ saçlarım,
Anamın ömrünə yağı deyildim,
Anamın saçının qara vaxtları.
***
Dar günün şeiri
Yigildi başima dostum-qardaşim,
Dərdimi yüz yerə yozub getdilər.
Dünyani,zamani söydülər yenə,
Seltək coşub,
Yeltək əsib getdilər.
Gördülər dərdimin dərmani yoxdu,
Səbrim öz sinəmə sancilan oxdu,
Şöhrətim çoxdusa,dərdim də çoxdu
Bəlkə də dərdimdən bezib getdilər.
Dedilər-həyatdi,uyu dibində
Vayi dibindədi,
toyu dibində…
“Məlik”siz Məmmədəm quyu dibində,
Mənim kəndirimi kəsib getdilər.
***
Ölüb dirilirəm minillərdi ki,
Ölüm göstərirsən nə mənə,Tanri?..
Sənin qəhrin hədər,mənim qargişim-
Nə sənə yaraşar,nə mənə,Tanri.
Nə sadiq əsgərdi kədər,gör sənə,
Üzüm üzlər görüb,kədər görsə nə?..
Qiyma körpə gözdə kədər görsənə,
Qönçə yanaqlara nəm ənə,Tanri.
Məmmədi qorxutmaz qar-ayaz daha,
Neynər Savalanda qara,yaz daha?!.
Yüz də taleyimi qara yaz daha-
Nəmənə dərddi ki,nəmənə,Tanri?!.
***
DAVALİ KİNOLAR
Davali kinolar-nagil dünyamiz,
Dəyişən kimiydi şəkərlə,balla.
Elə yalvarardiq-kinoçu dayi,
Davali kinolar gətir sən Allah!
Oydu sevincimiz,kədərimiz də,
Oydu Allahimiz,dinimiz o vaxt.
Taxta tapançalar kəmərimizdə-
Tətiyə dönmüşdü dilimiz o vaxt.
Hər çala bir döyüş səngəri idi,
İstiyə-soyuga baxmazdiq onda…
Hərəmiz bir Vətən əsgəri idik
Hər gün ölməliydik Vətən yolunda!
Sirli-sehrliydi duygular yaman,
Biri kövrəkdisə,biri dəliydi.
Axşam kinolarda ölən qəhrəman
Gecə yuxularda dirilməliydi!
Toz-torpaq içində hey sürünərdik,
Əli qumbarali o soldat kimi…
Elə ki,axşamlar evə dönərdik-
Payimiz yagli bir qapaz olardi,
Gündüzkü döyüşə mükafat kimi.
Biz nə biləydik ki,nə qanlar düşüb,
Kim səpib bu boyda dərdi.möhnəti?..
Ogullar köksünü güllələr deşib,
Analar köksünü ogul həsrəti!..
O kənddə uşaqlar sevinir yenə,
Davali kinolar gəlir hələ də…
Hansi kəndindəsə yer kürəmizin
Davada uşaqlar ölür hələ də!..
***
KƏDƏRİMƏ AÇİQ MƏKTUB
Son pənahim,
Son əlacim deyilsən,
Qardaşin deyiləm,
bacim deyilsən,
Mən indi yaşimin bu yari vaxti
Əlindən hayana qaçim deyirsən-
Nədi,əl çəkmirsən yaxamdan mənim?…
Elə hey deyirəm səndən yazmayim,
Bir az işiq olsun şeirlərimdə.
Ulduz işigitək,
ay işigitək
Axib qarişirsan misralarima,-
Üstümə qayidir şeirlərim də…
Elə hey deyirəm səndən yazmayim,
Elə hey deyirəm,əmələ gəlmir…
Bu zalim ürək də bir yola gəlmir
Yenə də bir ayri tərəfi qalir.
Bir yandan tuturam tərs damarini-
Quzey qönçəsinin dərdinə dönüb
Hopursan şeirimin misralarina-
Güney güllərinin tərifi qalir-
Üstümə qayidir şeirlərim də.
Olur ki,
əlindən şeir yazmiram,
Şeir ha qargiyir,
söyür-yazmiram…
Yenəcə bogaza yigirsan məni.
Gəzirəm,səsindən başim çatlayir,
Yatiram,yuxuda bogursan məni
Gah görürəm-
Zərli sandiginda Mələk nənəmin
Ogul gəlişinə muştuluq kimi
43 il saxlanan kəlagayisan…
Gah da ki-
Abdulla kişinin 43-də qalan
sol ayagisan-
Gözümə soxursan barmaqlarini
Allahin yoxdumu,Tanrin yoxdumu,
Nədi,əl çəkmirsən yaxamdan mənim?!…
Yazıya 938 dəfə baxılıb