Nazim Hikmətin Türkiyədə bilinməyən şeiri

 

Nazim Hikmət  ‘’Dünya Gənclər və Tələbələr Festivalı’’  üçün  Berlinə səyahəti zamanı yazmış olduğu bu şeir Lev Oşonin tərcüməsində 21 avqust 1951-ci ildə sovetlərin ‘’Ədəbiyyat qəzeti’’ndə dərc edilmişdir.

Şeir Fransa Vyetnam arasında gedən Birinci Hind -Çin müharibəsinin qəhrəmanlarından həmin vaxt həbsdə olan Henri Martinə itfah edilmişdir.

Şeirin türkçəsi Türkiyədə nəşr edilməyib və şeiri Melih Güneş adlı bir memar Rusiyada yaşayarkən tanış və dost olduğu VeraTulyakovanın arxivindəki 60 illik qəzetlərin arasında tapıb.

Bilkənt Universiteti  Türk Ədəbiyyatı Mərkəzinin şairin 50 illik ildönümü münasibətilə təşkil etdiyi  ‘’Vətən,dünya və İnsanlıq şairi Nazim Hikmətin türk və dünya ədəbiyyatındakı yeri’’  adlı beynəlxalq simpoziumda  Melih Güneş  ‘’Nazim Hİkmətin külliyatındakı köhnələr və itginlər’’ adlı çıxışında şeiri Türkiyədə təqdim edib.

Nazim hikm't

Şeirin ruscadan tərcüməsi :

Henri Martinin səsi

 

Sən burdasan,Henri Martin,

Nəğmələr və bayraqlarla qarşıladıq səni

Və bizimləydi bütün Berlin.

Nəğmələrimiz gəncliyin

Həyatın

Və sülhün nəğməsiydi.

Alnına qırış,saçına dən düşməmişlərin nəğməsi.

 

Bayraqlarımızın arxasınca

Göyərçinlər havalandı göy üzünə.

11125283_448885768620439_991706997_n

Qarşımızdaydın sən – cəsur və yaraşıqlı

Günəşin şəfəqlərində parlayan dəniz kimi.

Bizsə sahildik,dağlardıq

Külək kimi hayqıran səsinlə

əks-səda verən meşələrdik.

 

Danışdın bizimlə…

Tanıyırıq səsini

ən yaxın dostumuzun üzü kimi.

 

Səsin bizə dedi ki,

‘’qoymayın öldürsünlər qardaşlarımızı

azad edin onları həbsxana divarlarından’’.

Tanıyırıq səsini,qardaşım,

O səs

Ölüm hakimlərinin üzünə çəkilən sillə kimiydi.

 

Hökmdən sonra

Ağlamağa başlayanda sənin incə sevgilin

Səsin dəmir barmaqlıqların arxasından

Qayğılı bir danlaqla oxşadı onu

‘’saxla göz yaşlarını,əsgər qadını,

göstərmə düşmənə’’.

 

Tanıyırıq səsini,Henri Martin,

Biz – haqqa qulaq asanlar

Biz – haqqı olanlar sevib-sevilməyə

Uşaqlar böyütməyə,qocalmağa

Rahat bir qocalığa – ətrafımızda oynayan nəvələrlə

Bizlər – öldürmək və öldürülmək istəməyənlər

Tanıyırıq sənin səsini ovuc içimiz kimi.

 

Sən burdaydın,Henri Martin,

Burda,Berlində

Hamının gözləri önündə

5 avqust 1951-ci ildə.

Qara,sarı,ağ – biz

104 ölkədən qız və oğlanlar

Dayanmadan alqışladıq səni

Nəğmələr və ucalan bayraqlarla.

Sənə çiçəklər verdik

Və daha da sevdik Fransanı

Anaları necə igidlər doğub sənin kimi…

 

fəridəməmmədova996071_242440289264989_151238565_n

Məlumat və tərcümə : FƏRİDƏ

kultur.az üçün

 

Yazıya 1078 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.