“ACI XATİRƏLƏR” ROMANI İŞIQ ÜZÜ GÖRDÜ

11245521_806009512839757_4097862866230935956_o

“Mütərcim” nəşriyyatı yazıçı, professor Akif Abbasovun “Acı xatirələr” romanını və on cilddən ibarət olacaq “Əsərlər”inin yeddinci cildini nəşr etmişdir.
Kitabların redaktorları filologiya üzrə elmlər doktoru, professor Telman Vəlixanlı və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.
Akif Abbasovun ”Əsərləri”nin yeddinci cildinə də “Acı xatirələr” romanı daxil edilmişdir.
Akif Abbasovun indiyədək Lələşin ayaqqabısı (hekayələr). Bakı: Mütərcim, 1998; “Xəyanət” (povest və hekayələr). Bakı: Mütərcim, 1999; “Qaş düzəltdiyi yerdə” (hekayələr və lətifələr) . Bakı: Mütərcim, 1999. “Dədəmə oxşayırsan” (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2004; “Aldanma sözlərə” (roman). Bakı: Mütərcim, 2004; “Gəl Məliyin dovğasına” (lətifələr). Bakı: Mütərcim, 2006; “Gəlin” (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2007;. “Atatürk haqqında hekayələr” (birinci və ikinci kitablar). Bakı: AzAtaM, 2007; “Atatürk” (pyes). Bakı: Mütərcim, 2007; “Böyük türk” (hekayələr). Bakı: Mütərcim, 2007; “Xallı kəpənək” (hekayə və lətifələr). Bakı: Mütərcim, 2009; “Müdirin ayağı” (hekayələr). Bakı: Mütərcim, 2010; “Bir qıçlı öz atasıdır” (hekayələr). Bakı: Mütərcim, 2010; “Dar günün dostu” (povest və hekayələr). Bakı: Mütərcim, 2010; “Geydirmə araq” (hekayələr). Bakı: Mütərcim, 2010; “Seçilmiş əsərləri”. 12 cilddə. I cild. Bakı: Mütərcim, 2010; “Samsundan başlanan yol” (roman və pyes). Bakı: Mütərcim, 2011; “Sənə quzu kəsim” (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2011; “Yumruq” (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2012; “Yumurta” (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2012; “Roman, povest və hekayələr”. Bakı: Mütərcim, 2014; “Hekayələr”. Bakı: Mütərcim, 2014; “Pyeslər”. Bakı: Mütərcim, 2014; “Pensiya pulu”. (hekayələr, lətifələr və ingilis dilindən tərcümələr). Bakı: Mütərcim, 2014; “Banu və babası”. (hekayələr, lətifələr və ingilis dilindən tərcümələr). Bakı: Mütərcim, 2014 bədii kitabları nəşr olunmuşdur. Akif Abbasov bundan başqa, tərcüməçilik fəaliyyəti ilə məşğul olur. İngilis və rus dillələrindən bədiim tərcümələr edir. İndiyə kimi onun tərcüməsində “Kristi Tökerin ölümü” (hekayələr). Bakı: Təbib, 2000 (ingilis və rus dillərindən tərcümələr); Uilyam Somerset Moem. “Yolagəlməz qadın” (povest). Bakı: Nurlan, 2004 (ingilis dilindən tərcümə); Uilyam Somerset Moem. “Yağış” (povest). Bakı: Nurlan, 2004 (ingilis dilindən tərcümə); “Yağış altında pişik” (hekayələr). Bakı: Mütərcim, 2004 (ingilis dilindən tərcümələr); Georgi Xuqayev. “Andro və Sandro” (pyes). Bakı: Mütərcim, 2004 (rus dilindən tərcümə); Touşan Esenova. “Ali təhsilli arvad” (pyes). Bakı: Mütərcim, 2004 (rus dilindən tərcümə); Mar Bayciyev. “Duel” (pyes). Bakı: Mütərcim, 2004 (rus dilindən tərcümə); “Tiflissayağı boşanma” (hekayələr). Bakı: Mütərcim, 2005 (ingilis və rus dillərindən tərcümələr); Qrehem Qrin. “Canlılar yaşayan otaq” (pyes). Bakı: Mütərcim, 2005 (ingilis dilindən tərcümə); “Küçə tinində hadisə” (hekayələr). Bakı: Mütərcim, 2006 (ingilis dilindən tərcümələr); Uilyam Somerset Moem. “Edvard Barnardın ruh düşkünlüyü” (povest). Bakı: Mütərcim, 2006 (ingilis dilindən tərcümə) kitabları işıq üzü görmüşdür.
“Acı xatirələr” yazıçı Akif Abbasovun sayca üçüncü romanıdır. Bundan əvvəl oxucular onun “Aldanma sözlərə” və Mustafa Kamal Atatürkə həsr olunmuş “Samsundan başlanan yol” romanları ilə tanış olmuşlar. Hazırda yazıçı “Qəbirə gedən sirr”, “Artıq adam” və İstanbulun fatehi “Fateh Sultan Mehmet” romanları üzərində işləyir.
“Acı xatirələr” iki gənc talesiz qızın həyatına həsr edilmişdir. Başlarına gələn hadisələrdən sonra onlar acı tale yaşamış, baş götürüb Moskvaya getmişlər. burada mənzilə sahib olsalar da, iş tapsalar da tale üzlərinə gülməmiş, geri dönmüşlər.
Romanda Simanın sifarişlə qaçırılması, Çerkizov bazarına basqın zamanı Emilin həlak, Rasimin şikəst olması, Nailənin saf məhəbbəti, Müjkanın seçim qarşısında qalması, polis rəisi Özündənbədgümanovun özbaşınalığı, qızların ağır günlərində Mitya dayının onlara kömək əli uzatması səhnələri parlaq boyalarla işlənmişdir.
Roman geniş oxucu kütləsi, xüsusən gənclər üçün nəzərdə tutulmuşdur.

Yazıya 1115 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.