Uğur Canpolat – Nəyin yoxsunuyuq?

12107065_10207803496475538_4856283366618263230_nİçimiz yoxsulluq ölkəsi;


Ürəyimizdə nəyin acısını daşıyırıq?”

 

Həyatımızın hesabını adətən sahib olduqlarımız və yaxud təcrübələrimiz əsasında veririk. Özümüzü bunların vasitəsilə təsdiq etməyi üstün tuturuq.

Əksərən bunlar üzərindən  cəmiyyətin  etibarını qazanırıq . Aldığımız dəvətlər də bu təcrübələrə əsaslanaraq həyata keçir.

Qısacası maddi varlıqlarımız kimi, mənəvi varlıqlarımız da həmişə dəyərləndirilməyə ehtiyac duyur.

Molla Nəsrəddinə istinadən söylənilən “Ye kürküm, ye!” ifadəsi də bunu dilə gətirməkdədir.

Dahi Yunusun “Dərvişlik olsaydı tac ilə bir kürk, biz də almış olardıq otuza qırxa” məsələsi də bizə özü ilə bu həqiqətdən xəbər  verməkdədir.

Əslinə baxsanız, nöqsanlarımız, yoxluqlarımız, çatışmamazlıqlarımız da bizi səciyyələndirən xüsusiyyətlərdir.

Onlar da bizim parçalarımız, yəni bizi ortaya qoyan ünsürlərdir. Müsbət cəhətlərimiz kimi mənfi cəhətlərimiz də olduqca vacibdir…

Qısa olaraq dəyərləndirsək, bəzən bu nöqsanlarımızın heç fərqində belə olmuruq. Olmaq da istəmirik. Xatırladıcı o məqamlara uzaq bir məsafə qoyur, zaman-zaman hətta buna qarşı da çıxırıq.

Qısacası yoxsun olduğumuz mövzular, onlara qarşı verdiyimiz reaksiya və göstərdiyimiz mövqelər vardır. Bu xüsuslar həyata baxışımızı müəyyən edir.

Biliyin yoxsunuyuq!

Bəzilərimiz bu yoxsunluqdan xilas olmaq üçün elmin arxasınca düşür, çiləsinə elçi oluruq. Əziyyət çəkərək əmək verib bu vəziyyətdən azad oluruq. Nəticədə özümüzü işıqlandırmaqla bərabər həm də ətrafımıza fayda verib işıq saçırıq. Bəziləri isə nadanlığın, cəhalətin nə olduğunu dərk etməyib öz savadsızlıqları ilə bir fəxarət hissi kimi yaşayırlar. Məsuliyyətdən xilas olduqlarını düşünərək bilikdən yoxsunluğu könüllü olaraq davam etdirirlər!

Sizcə başqa nələrin yoxsunuyuq? Bu fikirlərin üzərində düşünməyə dəyməzmi?

Bu düşüncə bizə həyatımızı gözdən keçirmək və yenidən oyanaraq tənzimləmə imkanı verməzmi?

Dostluğun yoxsunuyuq!

Getdikcə artan bir hal, çox təəssüf! Uzun zamandır görüşmədiyiniz birinin adını telefonda gördükdə ilk ağlınıza gələn şey “Görəsən niyə?” sualıdırsa deməli artıq dostluqlar da yetim qalmışdır.

Səmimiyyətin yoxsunuyuq!

         Söz və davranışların arxasınca qaçmağa başlamışıqsa, görəsən bu cümlə ilə verilən mesaj nədir sualı zehnimizdə əks-səda verirsə, deməli vəziyyət olduqca ağırdır. Əgər şübhə ətrafımızı əhatə edibsə, səmimiyyət əsir edilmiş deməkdir.

Fədakarlığın yoxsunuyuq!

Kimsə məndən dəstək istəməsin. Başqasını düşünəcək halım yoxdur. “Keçəl çarə bilsə öz başına çəkər” məsəlini söyləyib arxasından “Sağ gözün sol gözə faydası varmı?” kimi ritorikaları inkişaf etdiririksə, təəssüf ki artıq fədakarlığın da yoxsunu olmuşuq.

Mərhəmətin yoxsunuyuq!

Şəfqət hissi səmtimizə baş çəkmir. “Acıma, acınacaqlı hala düşərsən!” sözü dilimzdən düşmür. Ətrafımıza baxdıqda ölkəmiz və dünyada baş verən vəhşəti görürük. Fikrimizi qarın doydurmağa və firavan yaşamağa yönəltmişkən dünya aclıq ilə imtahana çəkilir. Əgər ölkəmiz də aclıq mövzusunda geri qalmırsa deyəsən etirazımız yersizdir axi?!

Bu qədərmi? Əlbəttə ki yox!

Çox təəssüf  ki, sevginin, qayğının, yardımlaşmağın, simpatiyanın, səy göstərməyin və daha çox xüsusun yetimi vəziyyətinə düşmüşük!

“Dayanmaq yıxılmağın bir öncəsidir” prinsipini mənimsəyib tez tədbir görmək məcburiyyətindəyik.

Məndən demək!

 

Türkcədən dilimizə uyğunlaşdıran: Aydan Umudova

        

 

 

Yazıya 1047 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.