ŞƏHİD QIZI

ziya alar(hekayə)

Sonuncu döyüşlər və son on əsgər.Zabit  “geriyə” əmrini verdi.Əsgərlərdən biri etirazla:

-Yox,cənab zabit,biabırçılıqdır.

-Nə danışırsan,əsgər,mən səni yox,bax, o körpələri düşünürəm,əmirdən çıxanı özüm güllələyəcəm!

Zabitin tərsliyini bilən əsgərlər hər biri susdu.Bir ortayaşlı könüllü əskər isə başqa yolla çıxdı əmirdən-ayaqyolu bəhanəsilə bir az aralı kolluğa getmək izni istədi.Getdi və zabit xəbər tutanda o artıq dəstədən çox aralanmışdı.Zabit qəzəbindən güllələri qutarınca onun  dalıyca qurşun yağdırdı.Nə faydası..əskər gözdən itmişdi.Qəzəbindən boğulan zabit həmin əsgərin dəstənin himayəsinə sığınan ailəsinə irəli çıxmaq əmri verdi.

-Gördünüz necə qaçdı döyüş meydanından,o vətən xainidir,bilin!

Əsgərin on yaşlı qızı atasına ünvanlanan təhqirə dözməyib zabitə cavab qaytardı.Onsuzda əsəbdən dəli kimi cinlənən zabit hirsini birinə tökməli idi.Azyaşlı qızın çiynindən var gücüylə itələdi.Uşağın başı bir az aralı durmuş əsgərin əlindəki silahın qundağına elə zərbəylə dəydi ki,başından qan fışqırırdı. Anası və balaca bacısı onun başını sarıyıb qurtarmağa çalışırdılar.Qız huşunu itirmişdi.Eyni zamanda düşmən əsgərləri daha yaxınlaşır və güllələrin səsi qulaqları gizildədirdi.Zabit  “getmək” əmri verdi.Kim çıxa bilərdi axı bu qəddarın əmrindən.Hər kəs qaçmağa üz tutdu-yerə sərilmiş zərif bədən və üstündə ağlayan lap balaca bacısı ilə anasından başqa.Zabit ananı təpiklə ayırdı qızından.

Geri dönüb ailəsi ilə uzaqdan-uzağa vidalaşmaq istəyən əsgər bu vəhşi mənzərəni seyr edirdi.Təpik yeyən arvadını baş örtüyündən tanıyıb yerdə cansız uzananında qızı olduğunu ehtimal edirdi.Dəstənin uzaqlaşmağını gözləyib qızının yanına qaçdı.

-İlahi,qızım yaşayır,sən ona kömək ol!

Qızını qollarına alıb qaçdıqca qaçdı.Hələ düşmənlərin ayaq basmadıqları qonşu kəndə yetişib kömək istədi.Kənddə az-maz insan qalmışdı- təkcə düşmənin yolunu gözləyən könüllü əsgərlər.Cibində olan-qalan nə pul var idisə bir əsgərə uzatdı:

-Qızımı xəstəxanaya çatdır.Mən isə üstünüzə gəlməkdə olan düşmənləri məhv edəcəm!

Əsgər qızcığazın sağalması üçün əlindən gələni edəcəyinə söz verib atanı inandırdı.

Ata  yenə də geriyə-düşmən əsgərlərinin irəlilədiyi yerə qədər  qaçdı.Düşmənləri  şərabla dolu süfrə açıb qələbəni qeyd edirdilər.Dəli kimi nərə çəkib bu an üçün saxladığı qumbaranı tulladı.Qumbara düşmən məclisinin düz ortasında partladı.Sağ qalanları silahı ona tuşlayıb qurşunları yağış kimi yağdırırdılar.. Orta yaşlı  əsgər özünü silahının qurşunları bitənəcən qoruya bildi.Qonşu kəndin könüllüləri əskərin lap son hayqırtısında köməyə çatdılar.Pərən-pərən düşmüş düşmən əsgərlərinin sağ qalanlarını da məhv edən könüllülərin başçısı qan içində can verən əsgərin başını dizinə qoyub hönkürə-hönkürə:

-Hər iki kəndi öz qanınla xilas edib  tarix yazdın,ey şəhid!

Şəhidinə qiymət verən xalq bu yaxşılığı unutmadı.Paytaxtda mərkəzə yaxın küçələrdən birinə onun adı-Şəhid Əlixan-adı verildi.

****

Həmin o qəzəbli zabit  hərbi hospitalda rastlaşdı yaraladığı qızla.Qız yenicə ayılmışdı.Ayılan  kimi gözləri nifrətlə dolu bir əsgərin ona necə diqqətlə baxdığının şahidi oldu:

-Məni tanıdın,ay qız?

-Yo..o

-Mən sənin dəstədən səni,bacını və ananı atıb qaçan atanın zabiti idim.Yadında saxla;-atan vətənə və ailəsinə xəyanət edən xaindir.Vətən xaininin qızısan!

Qız yaddaşını itirmişdi.Gözlərini açar-açmaz eşitdiyi sözlər xatırlamadığı ailəsindən yeganə bilgisi oldu.

Bir daha rastlaşmadığı həmin zabitin dediyi “ ana və bacı”sının da haqqında soruşmadığına görə onlarsız-tənha qaldı.Uşaq evində keçirdiyi on səkkiz yaşının tamamına qədər ailə uzvlərinin heç olmasa adını xatırlamağa nə qədər cəhd etsədə alınmadı.Amma atasının adı dilinin ucunda fırlanırdı.Min list vərəq korlasa da dilinin ucunda fırlanan bu adı öyrənmək ona qismət olmadı.Atasına nifrət edirdi.Vətən xaininin qızı olmaqdan çox heç nədən utanmırdı.Onun adını isə ana və bacısının axtarışı üçün öyrənməyə çalışırdı.

****

Yaddaşındakı əngəllik ucbatından normal təhsil ala bilməyən və işsiz qalan  gənc qız  əlacsız qalıb son anda illər öncə onu əxlaqsızlıq yuvasına dəvət edən bir qadına sığındı.

Həmin qadının nəzarət etdiyi əxlaqsızlar yuvasında beş ilini ötürdü.Daha o qadına ehtiyacı qalmamışdı.Bədənini satmaq üçün kifayət qədər təcrübə və müştərilər toplamışdı.Həmişə bədənini satan bu qız bəzi yaxşı pul verən  müştəriləri üçün rola girməli olur-ruhunu da satırdı.

Bu günkü müştərisi də həmin yaxşı pul verən müşdərilərdən idi.Onunla görüşmək üçün çıxmışdı evdən.Yol boyu həmin müçtəridən daha çox pul qoparmağın yolunu fikirləşirdi.Qərarı belə oldu:

-Onu yaxşı əyləndirmək üçün  “şən olmalı,ehtirasını alovlandırmaq üçün ağrımasam da guya ağrıyırmışam kimi ,qışqırmalı”-bir sözlə ruhunu da satmalı idi.

Müştəri onu heç vaxt görmədiyi bir otelə çağırmışdı.Taksi onu otelin qarşısında düşürtdü.Otel şəhər mərkəzinə yaxın  küçənin girişində yerləşirdi.Küçənin adı otelin yol tərəfə olan hissəsində yazılmışdı. Küçənin adını oxuyan qız  anidən əlləri ilə hər iki gicgahını sıxdı.Güllə səsləri eşidirdi.Həmin o hirsli zabit “vətən xainidir atan” deyirdi.Küçənin adını bir daha diqqətlə oxudu-“Şəhid Əlixan küç”-bu onun illərdir dilinin ucunda fırlanan amma tapmaqda əlacsız qaldığı atasının adı idi.Yaddaşı qayıdırdı.

Təcili yardım maşınında ilk tibbi yardımdan sonra ayıldı.Artıq atasının adını bilirdi və anasıyla bacısının axtarışı haqqında düşünürdü.Ağlına ilk gələn şey “o küçə atamın adını daşıyırsa çox güman ki,ailəmi də həmin küçədə məskunlaşdırmış olacaqlar”.

Xəstəxanadan bir başa həmin küçəyə qayıtdı.Şəhid Əlixanın ailəsinin yaşadığı binanı soraqladı.Küçədə hər kəs tanıyırdı şəhid ailəsinin yaşadığı  mənzili.Mənzili ona nişan verdilər.Bir nəfəsə qaçaraq həmin mənzilin açıq qapısından özünü içəri atdış.Mənzildə divanda uzanıb  televizora baxan  yaşlı qadın və stolun arxasında rəsim çəkən gənc qız əyləşmişdi.Tərəddüd etmədən yaşlı qadını qucaqladı:

-Ana..

Yaşlı qadın onun alnına tökülən saçını kənarlaşdırıb:

-Anan demişdi..demişdi ki,mənim qızımı alnından saçının bitdiyi yerə qədər uzanan çapıqdan tanıyacaqsız.Həqiqətəndə sən o qızın bacısısan,mən isə bacının qayınanasıyam.Anan mən deyiləm, qızım.Amma ananız sizi mənə tapşırıb.

Bacısını qucaqlayıb hönkürməyə başladı.Hər iki bacı səhərə qədər yatmadan bu günə qədər başlarına gələnləri nağıl etdilər.Böyük bacı atasının divardan asılmış qanlı əskər paltarını geyinib bir qərara gəldi-o,bu günə qədər “vətən xaini” kimi tanıdığı şəhid atasının ləkələdiyi ləyaqətini qaytaracaqdı:

-Bacı,gedirəm, orduya könüllü yazılacam!

 

Müəllif : ZİYA ALAR

Yazıya 782 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.