Mahirə Nərimanqızı –“Tanrı cəzası” haqqında qısa qeydlər

1491773_640718229308367_868915249_n

Azərbaycan ədəbiyyatında Heyran xanım, X.Natəvan,Məhsəti Gəncəvi , M. Gülgün,X.Hasilova, M.Dilbazi,Ə.Cəfərzadə və s. xanım yazarlarımız öz izlərini tarixə yazmışlar.Bu gün də xanım yazarlarımız ədəbiyyatımızın söz xəzinəsinə öz töhfələrini verir.Onlardan biri də Tahirə xanım İsaqızıdır.
Tahirə xanım nəzmdə qoşma və gəraylıları ilə ,dərin fəlsəfi mənası olan rübailəri ilə könülləri oxşayırsa,nəsrdə mövzusu həyatdan götürülmüş dərin məzmunlu hekayə və romanları ilə oxucularını cəlb edir.

“Tanrı cəzası” romanı müəllifin sayca üçünçü olan kitabında yer almışdır. Romanın elə ilk səhifələrindən oxucu hadisələrin axarına düşür, böyük maraqla olayların inkişafına, baş verənlərin dərin psixoloji-daramatik təsirinə qapılıb gedir.
Əsərin personajlarını asanlıqla iki cəbhəyə bölmək olar;İnsani keyfiyyətləri yüksək olan əsl insanlar;pula-paraya, öz nəfsinə yenik düşən, getdikcə insanlıqdan çıxanlar.
“Yerdən kəsən varsa, göydən də baxan var” proloqu ilə başlayan əsər xeyirin şər üzərində qələbə çalacağı ideyasını təlqin edir.

Əsər çoxşaxəli süjet xəttinə mailkdir.Hadisələrin ardıcıllığı, personajların hər birinin tipik xüsusiyyətləri o qədər canlı və inandırıcı verilmişdir ki, oxucu özünü bu hadisələrin içində hiss edir.Müəllif süjet xətlərini böyük ustalıqla bir-birinə birləşdirmiş və gözəl bir əsər yaratmışdır.
Əsərin dili öz təbiiliyi ilə diqqəti cəlb edir.Müəllif hər bir surəti öz daxili dünyasına uyğun olan xüsusi leksikonla danışdırır. Mənfi tiplərin dilində:”Mən bir südlü inək olub badyamı calamalıyam?”(Qeysər),”Zıqqıma!”(Muxtar) ,”İlanın başı ağrıyanda fit çalar,”və s. kimi qeyz-əsəb, hədə və s.hisslərin təzahürü olan ifadələr işlənirsə,müsbət qəhrəmanların dilində:”qadan alım”,”canım qurban”,”qurbanın olum” və sair kimi ürəkdən gələn, sevgi ifadə edən ifadələr işlənir.

Ədəbi dilin qaydalarına görə,dialekt və şivələr bədii əsərdə tiplərin dilində işlənə bilər, müəllifin dilində işlənməsi isə qəbuledilməzdir. Amma Tahirə xanımın ədəbi dilində bu sözlər o qədər yerində işlənir ki, oxucuya daha xoş gəlir, öz söz bazasını zənginləşdirməkdə ona kömək etmiş olur.Məsələn:”Uşaqlar zinzilə vururdular”,” yenə burnu gicişirdi”,”çayın buğu burnunu gicişdirdi”, “Şeyda ufallıca onu özündən kənar edib qalxdı”,”hamı bayırı dinşədi” və s.

Əsərdə bədii təsvir vasitələrindən də çox gözəl istifadə olunmuşdur;”İmranın içi qeyzerə dönmüşdü.Püskürəcəyindən qorxurdu”(səh.43),”Bir-birinə sığınmış bu ana-bala ağlamırdı.damcı-damcı əriyirdi.(səh.45),”Muxtarın içindəki “bəlkələr”toxumu rişələnmiş,çüçərməyə başlamışdı”(səh.19) və s.

Məncə, bu romanının daha geniş və sanballı təhlilə ehtiyacı var.

Tahirə İsaqızının “Tanrı cəzası” adlı romanının zamanla ayaqlaşan gözəl bir əsər kimi ədəbiyyatımızda öz layiqli yerini tutacağına inanır və müəllifə uğurlar arzulayıram.

Yazıya 967 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.