ZİYA ALAR – Arzuların gəmisi

ziya alarBir yaşında beşikdəykən atasının tərk etdiyi uşağın anası  ərinin hal –hazırda yaşadığı ölkənin adını yenicə öyrənmişdi.Ona görə də bu gün işdən  evə qayıdanda  xəritə alıb gətirmişdi.Xəritədə oğluna atasının yaşadığı ölkə və şəhəri göstərəcəkdi.

Xəritəni döşəməyə sərib oğlunu çağırdı;

-Bax,oğlum!

-Bura haradır,anacan?

-Qazaxıstandır bura.Atan isə bax burda-Xəzər dənizinin sahilində yrləşən Aktau  şəhərindədir.

Uşaq sevinirdi.Ele bilirdi atası xəritədə və onu görə biləcək:

-Ana,bəs atamı necə görə bilərəm burda?

Ananın gözləri nəmləndi.Uşağı qucağına oturdub xəritənin nə olduğunu izah etmeye çalışdı.

-Bəs necə getmək olar atamin yaşadığı şəhərə?

Ana kağızdan gəmi düzəldib xəritənin üzərində anlatmağa cəhd etdi..Əvvəlcə kağız gəmini xəritədə Kür cayının üzərinə qoyub ehmalca sürüşdurməyə başladı.Gəmini sürüşdürdükcə danışırdı:

-Oğlum,Kür çayında gəmiyə minib bax gəlirsən buraya-Xəzər dənizinə.Burdan da gəmini düz sürüb gedib çıxırsan Qazaxıstana-atanın olduğu yerə.

Uşaq əlini xəritədə Xəzər dənizinin təsvir olunduğu yerə qoyaraq

-Atam çox uzaqda deyilmişn ki -əlini Xəzər dənizinin xəritədəki təsvirinin üzərinə qoyaraq-düz əlim boyda yermiş elə,nə yaxındır!

-Oğlum dedim axı bu kağızdakı Qazaxıstandı.Ora gərək gəmiylə gedəsən.

Uşaq yatmadı və səhərə qədər ancaq Qzaxıstana necə gdəcəyi haqqında fikirləşirdi.Onun planı hazır idi.Hələdə yatmaqda olan anasını öpüb onunla vidalaşdı.Döşəmədə açıq qalmış xəritəni götürüb yaxınlıqdakı Kür çayına üz tutdu.Anasının əlinə baxıb öyrəndiyi kimi Arzularının gəmisini düzəltdi xəritədən və kağız gəmini çayin suyuna qoyub özünü  gəmisinin içinə tulladı.

Həmin an hay-həşir qopdu.Çayda tor qurmuş balıq ovçuları idi.Biri uca səslə:

Uşa..q.İndicə bir uşaq özünü çaya atdı.Haydı qurtaraq onu!

Onlar torlarını çayın eni boyunca elə qurmuşdular ki heç bir canlı toru yarıb keçə bilməzdi.Uşağı xilas etmək üçün toru yoxlayan ovçular gözləmədikləri mənzərəylə qarşılaşdılar.Nəhəng balıq düşmüşdü torlarına.Uşaqdan vaz keçib balığı  sahilə çıxardılar.Ətrafa baxdılar;

-Təbiət mühavizəçiləri gələr.Tez balığı yaraq,hissələrə ayıraq, tez də uzaqlaşaq burdan.

O biri balıqçı:

-Bəs uşaq,o necə olsun?

-Beş dəqiqə keçib.Ölmüşdür indiyə.

Ovçular özlərini uşağın ölümünə inandırıb nəhəng balığı canlı-canlı yardılar.Balığın qarnında gördüyünden dehşete gelen ovçunun ureyi sancdı.Ağrıdan göm-göy göyərib huçunu itrdi və yerə çırpıldı..Başı keçinməkdə  olan ovçuya qarışan o biri ovçunu isə nəhəng balığın yarılmış qarnından gələn səs diskindirdi:

-Siz mənim atamsız?

-Mən Qazaxıstandayam?

 

Yazıya 811 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.