Xələf Azəri – Peşman olarsan

IMG-20170109-WA0019

Ayrılığa belə tez tələsmə, qurban olum,
Yoxluğum ürəyini üzər, peşman olarsan.
Dörd divarın içində sızlayarsan gecələr,
Xəyalım gözlərində gəzər, peşman olarsan.

Əlin əldən üzülər, qalarsan başı daşlı,
Özünü hər kəlmədə sanarsan başı daşlı.
Əllərini qoynuna sıxıb, gözlərin yaşlı,
Salarsan yollarıma nəzər, peşman olarsan.

Çatar görüş anımız, gözləyərsən, gəlmərəm,
Açıb əlini göyə, gəl deyərsən, gəlmərəm.
Nə göz yaşın qurumaz, nə də ki, mən gəlmərəm,
Öz dərdinə birtəhər dözər, peşman olarsan.

Heç kim, heç nə kar etməz alovuna, tüstünə,
Sənə can deyənlər də durmuş olar qəsdinə.
Körpə bir uşaq kimi göy otların üstünə,
Al-əlvan çiçəkləri düzər, peşman olarsan.

Nə çəkilməz olurmuş həsrət, hicran əzabı.
Sonrakı peşmançılıq olar zindan əzabı.
Hər nəfəs aldığında bil ki, vicdan əzabı,
Ruhunu, varlığını əzər, peşman olarsan.

Yazıya 847 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.