Musa Ələkbərli – Bu gün necə gedim yasına (tək şeir)

WhatsApp Image 2023-12-26 at 13.34.34Gecəni gündüzə qatıb işlədin,

Kiminsə dadına çatıb işlədin,

Bir quş çimiriylə yatıb işlədin,

Yetdin arzuların hansına, Ramiz?!

.

Sənə üz tutana sən inanırdın,

Bilən yoxdu hansı dərdə yanırdın,

Özünü hamıdan güclü sanırdın,

Dostlar yığışanda başına, Ramiz!

.

Dostlarla doğmaydın həddən ziyadə,

Həmişə mehriban, qayğıkeş sadə,

Bəs niyə əlindən tez düşdü badə,

Kim soyuq su qatdı aşına, Ramiz?!

.

Qoruyub o uca insani hissi,

Heç zaman seçmədin yaxşını-pisi,

Ən böyük sınaqdır indi məclsin,

Oyan, dostlarını  gəl sına, Ramiz!

.

Sən idin ağrını, acını yenən,

Qoşmayla dillənən, cinasla dinən,

Bizim toyumuza gəlmişdin dünən,

Bu gün necə gedim yasına, Ramiz!

 

 

Yazıya 95 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.