BRİLYANT RAMAZANQIZI – ÜSYAN (tək şeir)

WhatsApp Image 2022-08-05 at 13.49.45Bu necə insafsız sevgidir,Tanrım!

Həsrət dolu yükü karvan-karvandır.

Bu necə amansız sevgidir, Allah!

Ruhum ərşə qalxıb aha calandı.

 

Bu necə yararsız sevgidir, Tanrım!

Qüruru mum edib yerlərə vurdu.

Bu necə qərarsız sevgidi, Allah!

Ömrümü kül edib göyə sovurdu.

 

Üsyan şahə qalxıb səsləndi, Tanrım!

Etiraz edirəm, alın yazına!

Qurban bəxtim olub kəsildi, Allah!

Etiraz edirəm, tale oynuna!

Yazıya 37 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.