Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev “İlin on oxucusu” layihəsi ilə bağlı xüsusi videomüraciət ünvanlayıb.
Yazıçı öz müraciətində sözügedən layihənin əhəmiyyətini vurğulayıb, Azərbaycan və Qazaxıstan respublikaları arasında ədəbi-mədəni əlaqələr barədə fikirlərini bölüşüb.
Ədəbiyyata olan hörmətin artırılmasına, kitab oxumağın təbliğinə yönəlmiş bu layihəyə dəstək verən beynəlxalq səviyyəli qələm sahibinin xüsusi videomüraciətini diqqətinizə təqdim edirik:
Anar Rzayev: Mənə elə gəlir ki, son 45 ildə tarixin ən böyük hadisələrindən biri türk xalqlarının müstəqillik qazanması və müstəqil türk dövlətlərinin yaranmasıdır, o cümlədən Azərbaycanın və Qazaxıstanın. Bu xalqlar arasında mədəni və tarixi əlaqələr var. Amma indi bu, həm də siyasi və iqtisadi əlaqələrdir. Mədəni əlaqələrə gəlincə, mən hələ çox illər bundan qabaq türk mədəniyyət nazirləri Azərbaycana gələndə çıxışımda demişdim ki, biz türk kültürünü birləşdirən türk UNESKO-sunu yaratmalıyıq. Sonra bu təklif qəbul olundu və adını TÜRKSOY qoydular. TÜRKSOY çox böyük işlər görür. Mənə elə gəlir ki, bir də türk dünyasının real yazıçılar təşkilatını, real yazıçılar klubunu yaratmaq lazımdır.
Mənim Qazaxıstanla çox möhkəm əlaqələrim var. Dəfələrlə Almatıda, Astanada olmuşam. Mənim ilk kitabımı qazax dilinə rəhmətlik Berik Şaxanov tərcümə edib. Mən onu həmişə minnətdarlıq hissi ilə xatırlayıram.Oljas Süleymanovla, Muxtar Şaxanovla yaxın dost idik. Muxtar Şaxanovun, Muxtar Əvəzovun kitablarını sevə-sevə oxuyurduq. Nurpeysovun, Ənvər Əlimcanovun əsərlərini, Qazaxıstanın klassik yazıçısı və şairi Abayın əsərlərini də sevə-sevə oxuyurduq.
Bizim Qazaxıstanla əlaqələrimiz çox qədimdir və bu əlaqələrin gələcəkdə daha sıx inkişaf etməsini arzulayıram.
Mən bu kitab marafonu mərasimini çox vacib iş sayıram. Qazax oxucularını, qazax xalqını və qazax yazıçılarını təbrik edirəm. Qiyabi də olsa, marafona qoşuluram.
Qazaxıstan Yazıçılar Birliyinin mətbuat xidməti
Әзербайжанның халық жазушысы, Әзербайжан Жазушылар одағының төрағасы Анар Рзаев «Жылдың он оқырманы» жобасына орай арнайы бейнеүндеу жолдады.
Қаламгер өз үндеуінде аталған жобаның маңызын атап өтіп, Қазақстан мен Әзербайжан республикаларының әдеби-мәдени байланысы туралы ой бөлісті.
Әдебиетке деген құрметті арттырып, кітап оқуды насихаттауға бағытталған бұл жобаға қолдау білдірген халықаралық деңгейдегі қаламгердің арнайы бейнеүндеуін назарларыңызға ұсынамыз.
Қазақстан Жазушылар одағының баспасөз қызмет .
Mənbə: Қазақстан Жазушылар одағының ресми телеграм каналы
Yazıya 7 dəfə baxılıb









