Səlim Babullaoğlunun Beynəlxalq Tərcüməçilər Günü münasibətilə təbriki

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu Beynəlxalq Tərcüməçilər Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbərliyini və əməkdaşlarını təbrik edib.

Təbrikdə deyilir: “Tərcüməçilər dünya ədəbiyyatının Azərbaycan oxucusuna, Azərbaycan ədəbiyyatının isə dünya oxucusuna tanıdılmasında mühüm missiya daşıyırlar. Onların fəaliyyəti müxtəlif ədəbiyyatlar arasında qarşılıqlı əlaqələrin və mədəni dialoqun genişlənməsinə xidmət edir.

Beynəlxalq Tərcüməçilər Günü münasibətilə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangiri və bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni ədəbi-tərcümə layihələrində müvəffəqiyyətlər arzulayıram.”

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.