Hörmətli Əsəd Cahangir,
Sizi – Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrini, görkəmli ədəbiyyatşünası, eləcə də Mərkəzin dəyərli əməkdaşlarını və bütün tərcümə sahəsində çalışan qələm sahiblərini 30 sentyabr – Beynəlxalq Tərcüməçilər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sizin rəhbərliyinizlə həyata keçirdiyi tərcümə və nəşr layihələri Azərbaycan ədəbiyyatının müxtəlif dillərdə tanıdılması və dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması baxımından əhəmiyyətli işdir.
Bu əlamətdar gündə bütün tərcüməçilərə yaradıcılıq enerjisi, yeni uğurlar və fəaliyyətlərində müvəffəqiyyət arzulayıram. Əminəm ki, onların əməyinin nəticəsində dillər və mədəniyyətlər arasında ədəbi əlaqələr daha da genişlənəcək.
Beynəlxalq Tərcüməçilər Günü münasibətilə Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədri,
fəlsəfə elmləri üzrə fəlsəfə doktoru
Yazıya 16 dəfə baxılıb










